Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3203/2020 08.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Xocalı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Xocalı şəhərində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 517-2.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində icazəsi olmadan komendant saatının tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, taksi şirkətindən taksi sifariş vermiş, lakin taksi gec gəldiyi üçün komendant saatının tələbini pozmuşdur. Bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə, qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 517-2.1-ci maddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 517-2.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli, 1166 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşmançılıq çəkməsini inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi İXM-in 517-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində xəbərdarlıq növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüsal Qurbanov İş № 3(005)-3203/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:20-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılan işin qısa məzmunu elan edir. Sədrlik edən məhkəmə iclasına gəlmiş şəxslər barədə məruzə etmək üçün məhkəmə iclasının katibinə söz verir. Məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gəlmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən bununla bağlı gəlmiş şəxsin fikrini soruşur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu məsələni məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Sədrilk edən yerində qısa müşavirə edərək, qərara alır: - Məhkəmə iclası inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan davam etdirilsin. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini və səlahiyyətini müəyyənləşdirir. xx.xx.1982-ci ildə Xocalı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, Xocalı şəhərində qeydiyyatda olan Sədrlik edən məhkəmənin tərkibini və məhkəmə iclasının katibini elan edir. Sədrlik edən – Qurbanov Vüsal Rafiq oğlu Məhkəmə iclasının katibi – Hüseynov Elçin Rövşən oğlu Sədrlik edən işdə iştirak edən şəxslərə hakimə və məhkəmə iclasının katibinə etiraz etmək hüquqlarını və etiraz etmək üçün nəzərdə tutulmuş əsasları elan edib izah edir. Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxsə hüquq və vəzifələrini elan edib izah edir. İşdə iştirak edən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirir. Sədrlik edən işdə iştirak edən şəxsin vəsatətinin olub-olmadığını aydınlaşdırır. Vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokolu elan edir. Sədrlik edən işdə iştirak edən şəxsə izahat verməyi təklif edir. Şəxsin izahatı: - Möhtərəm hakim! Mən, taksi şirkətindən taksi sifariş vermişdim, lakin taksi gec gəldiyi üçün komendant saatının tələbini pozmuşam. Bir daha belə hallara yol verməyəcəyəm. Əlavə suallar olmadı. Sədrlik edən təqdim olunmuş sənədləri və inzibati materialı araşdırır. Sədrlik edən müşavirə otağına getməsini elan edir. Sədrlik edən müşavirə otağından qayıdır və qərarı elan edilir. Qərarın məzmunu, ondan apellyasiya şikayəti verilməsi qaydası, müddəti, məhkəmə iclas protokolu ilə tanış olmaq və ona dair qeydlər vermək hüquqları elan olunub, izah edilir. Məhkəmə iclası bağlı elan edilir. Protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən: Vüsal Qurbanov Məhkəmə iclasının katibi: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №3(005)-3203/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3203/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver