Məhkəmə qərarları › İş №3(005)-3203/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3203/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3203/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2, Tələbkar – Zərərçəkmiş şəxs ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin nümayəndəsi X3 Barəsindı inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsi tərəfindən X4 tərəfindən MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs "xxxx" MMC-nin borclu olduğuna görə icra sənədi üzrə tələb vəzifəli şəxs kimi tələb olunmuş, lakin Şəxs tələbi icra edə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5052/2010 saylı, xx.xx.2010cu il tarixli icra sənədinə əsasən, "xxxx" İKB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 1857/925/01 nömrəli kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-dən 688802 manat məbləğində borc "xxxx" İKB-nın xeyrinə tutulmalı, tutma Şəxs məxsus Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 3,0 ha torpaq sahəsinə, ünvan 2 ünvanda yerləşən 42 saylı mənzilə, ünvan 3nında yerləşən 30,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 3nında yerləşən 15,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinə, X1 məxsus ünvan 4 ünvanında yerləşən 56,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən 38,4 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməli, həmin əmlaklar boşaldılaraq açıq hərracda satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməlidir. İcra sənədi Binəqədi Rayon İcra Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və Şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, icra sənədi üzrə icraata xx.xx.2010-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" MMC-nin ünvanına bildiriş göndərilmiş, bildiriş borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Hərracın yekunları haqqında protokollara əsasən, Şəxs xüsusi mülkiyyətində olan ünvan 3nında yerləşən 30,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi 22313 manat, ünvan 3nında yerləşən 15,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi 10200 manat, X1 məxsus ünvan 4 ünvanında yerləşən 56,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi 40163 manat, Şəxs məxsus ünvan 2 ünvanda yerləşən 42 saylı mənzil 135000 manat, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 3,0 ha torpaq sahəsi 51000 manat satış qiyməti ilə açıq hərrac vasitəsilə satılaraq ümumi borcdan silinmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ASC xx.xx.2023-cü il tarixli məktubla Nərimanov Rayon icra Şöbəsinə müraciət edərək, borclu "xxxx" MMC-nin hələ də, borcunun olduğunu, hal-hazırda 521794,89 manat məbləğində qalıq borcun qaldığını və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs xx.xx.2023-cü il tarixdə Şöbəyə çağırılmış, ondan izahat alınmış, borclu icra sənədi üzrə borcu qəbul etmədiyini, belə ki, verilən kreditin təminatı olaraq, girov qoyulmuş əmlakların dəyərinin verilmiş krediti və faizi dəfələrlə artıq olaraq ödədiyi halda həmin əmlakların dəyərindən dəfələrlə aşağı qiymətləndirildiyini, nəticədə-həmin qiymətlərlə hərraclar keçirilərək əmlakların “ipoteka haqqında” Qanunda nəzərdə tutulmuş endirim qaydasında tələbkar bankın balansına keçdiyini və borcun tam ödənilmədiyini, onun mülkiyyət hüquqlarının pozulduğunu, eyni zamanda icra sənədi üzrə borclu "xxxx" MMC-nin uzun müddətdir fəaliyyətinin dayandırıldığını, həmin müəssisənin adına hər- hansı daşınar və ya daşınmaz əmlakların olmadığını, fəaliyyət göstərməyən şirkətin kredit borcunun ondan tələb olunmasının Azərbaycan Respublikası Qanunvericiliyinə zidd olduğunu, vəzifəli şəxs kimi məsuliyyət daşıdığını, lakin hal-hazırda icra sənədini icra edə bilməyəciyini və icra sənədinin icrasına xitam verilməli olduğunu izahatında qeyd etmişdir. Beləliklə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi məhkəmə qərarının icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin rəhbəri Şəxs bildirmişdir ki, "xxxx" MMC-nin rəhbəri olmuş və həmin müddət biznes fəaliyyəti üçün bankdan kredit götürmüşdür. Lakin həmin borcdan yayınmaq niyyəti olmamışdır. Məhkəmə qətnaməsində borcla bağlı onun milyonluq mülkiyyətində olan əmlaklara həbs qoyulmuş, daha sonra isə həmin əmlaklar satılaraq borcuna yönəlmişdir. Lakin buna baxmayaraq borcunda azalma olmamış, nəticədə əmlakları satılmışdır. Qətamələrin icrasından boyun qaçırmamışdır. Qətnamədə göstərilən borc məbləğlərinin ödənilməsi məqsədilə mülkiyyətində olan əmlaklarının hərrac yolu ilə satıldığını, əmlaklarının aşağı qiymətə qiymətləndirildiyini, bu barədə məlumatlı olmadını bildimişdir. Göstərilənlərin nəzərə alınmasını barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ASC (əvvəlki adı: "xxxx" İKB ASC)-nin nümayəndəsi X5 qalıq borcunun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmədə tədiqiq edilən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5052/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən, "xxxx" İKB ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli 1857/925/01 nömrəli kredit müqaviləsi üzrə borclu "xxxx" MMC-dən 688802 manat məbləğində borc "xxxx" İKB-nın xeyrinə tutulmalı, tutma Şəxs məxsus Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 3,0 ha torpaq sahəsinə, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilə, ünvan 3nında yerləşən 30,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 3nında yerləşən 15,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, X1 məxsus ünvan 4 ünvanında yerləşən 56,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 5 ünvanında yerləşən 38,4 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin əmlaklar boşaldılaraq açıq hərracda satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməlidir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2010-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, "xxxx" MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5052/2010 saylı, xx.xx.2010-cu il icra vərəqinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında 279, 425, 280, 265, protokollara və xx.xx.2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən aydın olur ki, "xxxx" MMC-nin rəhbəri Şəxs ünvan 3nında yerləşən 30,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi, ünvan 3nında yerləşən 15,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi, X1 məxsus ünvan 4 ünvanında yerləşən 56,6 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil, Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 3,0 ha torpaq sahəsi hərrac vasitəsi ilə müxtəlif qiymətlərə satılaraq borca yönəldilmişdir. İnzibati xəta haqqında protokol, icra məmurunun izahatını və inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarındanda müyyən olunur ki, Şəxs borcu onun mülkiyyətində olan əmlaklara yönəldilmiş və hərracda satılaraq satışdan əldə edilən pul vəsaitələri Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilmişdir. İXM 528.1-ci maddənin dizpozisiyasından məlum olur ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmçinin İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslərin inzibati məsuliyyəti - Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə və məhkəməyə təqim edilmiş qərardan görünür ki, Şəxs tərəfindən qərəzli şəkildə qətnamənin icra edilməsindən yayınma faktı müəyyən edilməmiş, onun mülkiyyətində olan qeyri-yaşayış sahələri hərracda satılmış və əldə edilən pul vəsaiti Zərərçəkmiş şəxs ASC-nin hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, icra etməmə o halda qərəzli olur ki, şəxs yazılı şəkildə xəbərdarlıq edildikdən sonra, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir, həmçinin qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Şəxs qərəzli olaraq məhkəmə qətnaməsinin icrasında yayınması halları iş materiallarında və məhkəmə iclası zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar