Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3216/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X5 nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nərimanov rayon icra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 25 noyabr 2021ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1284/2021 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 26.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Şəxs məhkəmə qərarını və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin 2(007)- 1284/2021 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 26.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, tələbin könüllü icrası haqqında borcluya bildiriş, məhkəməyə və tələbkara məlumat göndərilmişdir. 19.10.2021-ci il tarixdə borclu Musayev X10 Rayon İcra şöbəsinə dəvət olunaraq ona rəsmi qaydada bildiriş verilmişdir. Dəfələrlə borclu icra şöbəsinə dəvət olunmuş, onun izahatı alınmış və yaranmış borcunu ödəmək üçün maddi imkanı olmadığını və tələbkarla aralarında razılaşma olduğunu bildirərək yalan ifadələrlə borcu ödəməkdən yayınmışdır. İcra sənədi icraatda olduğu müddətdə ona dair icra hərəkətləri həyata keçirilmiş, borclu Şəxs əmlak vəziyyətini müəyyən edilməsi üçün müvafiq idarə və bank təşkilatlarına sorğular göndərilmiş, lakin “Elektron-İcra" X1 borclunun adına yalnız yeganə yaşayış evi mənzil aşkar olunmuşdur. Hazırki məhkəmə baxışı mərhələsində 1050 manat məbləğində pulu zərər çəkmiş şəxsə ödəmişdir. Göstərilən halları nəzərə alaraq sonuncunun barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə aliment məbləğini ödəməməsinin səbəbi maddi vəziyyəti ilə əlaqədar olmuşdur. Aliment borcundan hazırkı inzibati xəta haqqında iş üzrə icraat aparıldığı dövrdə 1050 manat ödəniş etməsini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 nümayəndəsi vəkil X6 məhkəmə iclasında çıxış edərək hazırki mərhələdə F. Musayev aliment borcundan X5 xeyrinə 1050 manat ödəniş etmiş və icra məmurunun iştirakı ilə həmin pulu qəbul etmişdir. Qalıq borc 450 manat təşkil edir. Aliment öhdəliyinin tam şəkildə icra olacağı təqdirdə heç bir şikayətləri olmayacaq. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nizami Rayon Məhkəməsinin 2(007)-1284/2021 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 26.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. “İcraata başlama haqqında” 08.09.2021-ci il tarixli qərarın surətindən görünür ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1284/2021 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. 26.11.2021-ci il tarixli qəbzin surətindən görünür ki, X2 Rayon Məhkəməsinin 2(007)- 1284/2021 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədi üzrə cavabdeh Şəxs 1050 manat pul məbləğini icra məmurunun iştirakı ilə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-1284/2021 nömrəli, 24.08.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən 1050 manat vəsaiti tələbkar X5 xeyrinə ödənilməsi təmin edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3216/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3216/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver