Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-322/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X12 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmurundan aldığı məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin ******* saylı 05 aprel 2022-ci il tarixli qərarı ilə o, guya Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə cərimə edilmişdir. Bildirir ki, X18 Xidmətinin ******* saylı 05 aprel 2022-ci il tarixli qərarı haqqında ümumiyyətlə xəbəri olmamış, işə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmamış, sözügedən qərar onlara verilməmişdir. Həmin qərar barədə icra məmurunun məlumatından sonra xəbər tutmuşdur, qərarın surətini də bir səhifəsini icra məmurundan əldə etmişdir. İnzibati orqandan qərarın surətinin ona göndərilməsini dəfələrlə xahiş etsə də, ona göndərməmişlər, bu səbəbdən o, məcbur olub icra məmurundan aldığı qərarın surəti ilə şikayət etmişdir. Qərara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən guya müəyyən edilmişdir ki, o, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işlərə cəlb etmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. X18 Xidməti tərəfindən məsələyə dair Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə hüquqi qiymət verilməsini düzgün hesab etmir, inzibati tənbehin tətbiqi ilə bağlı vəzifəli şəxsin qənaəti ilə razı deyil. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici hansı əmələ görə məsuliyyətin yarandığını konkret olaraq nəzərdə tutmuşdur. Əvvəla inzibati xəta haqqında qərarda inzibati tənbeh tətbiq edilərkən X18 Xidmətinin qənaəti əsaslandırılmamış, işin araşdırılması ilə bağlı ona məlumat və xəbərdarlıq edilməmişdir. Ümumiyyətlə işin həqiqi halları aydınlaşdırılmamışdır. Qərardan belə çıxır ki, o, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işə cəlb etmişdir. Halbuki, heç kimi hər hansı işə cəlb etməmişdir, bu hal hər hansı sübutla öz əksini tapmamışdır. X2 motosikllə fərdi daşıma işi ilə məşğul olur, onun işçisi olmayıb. Qeyd etdiklərinin nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin ******* savlı 05 aprel 2022-ci il tarixli qərarının ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, şikayət vermiş X8 məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi X17 izahatında göstərdi ki, Bakı şəhər Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” 25 fevral 2022-ci il tarixli qərar ilə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Həmin qərar məsələnin araşdırılması məqsədilə X18 Xidmətinə göndərilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Şikayətin tamamilə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxsin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərardan görünür ki, X8 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, X4 barəsində 4000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, X5 əməlində Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət təqibinin başlanılmasının rədd edilməsi, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Prokuroru Hidayət Nurəlibəyov tərəfindən X4 (FİN: 3HX1L4U), (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və qərarın tənbeh tədbirinin tətbiq edilməsi məsələsinin həll edilməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə göndərilməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin18 mart 2022-ci il tarixli qərardadından görünür ki, X8 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən işə baxılması 05 aprel 2022-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən X7 ünvanlanan 18 mart 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 mart 2022-ci il tarixli qərardadı məlumat üçün X7 göndərilmişdir. İş materiallarında olan xəbərnamənin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin 18 mart 2022-ci il tarixli qərardadının göndərildiyi məktub Cəbrayılov tərəfindən şəxsən xəbərnaməyə imza atmaqla təhvil alınmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Nərimaov Rayon Prokurorluğunda ********* nömrəli cinayət işi üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, X1 Tamerlan Rövşən oğlunu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bakı şəhər Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə” 25 fevral 2022-ci il tarixli qərar qəbul edərək məsələnin araşdırılması və X4 əməlində inzibati xəta tərkibinin olub-olmadığının müəyyən edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə göndərmişdir. X4 əməlində inzibati xəta tərkibinin olub-olmaması ilə bağlı aparılan araşdırmanın nəticəsində X4 həqiqətən də inzibati qanunericiliyin tələblərini pozduğu, yəni əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olması öz təsdiqini tapmışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə X18 Xidməti tərəfindən 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuş və X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, X8 əmək qanunvericiliyinin tələblərini pozaraq X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin h bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X4 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X8 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti tərəfindən qəbul edilmiş 05 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-322/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-322/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver