Məhkəmə qərarları › İş №3(005)-3234/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3234/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3234/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci polis şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il təvəllüdlü, Ağdaş rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Sabunçu Rayonu, Roman qəsəbəsində ev 3A mənzil 7-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis şöbəsindən daxil olmuş 27 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30 radlərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində polis əməkdaşlarının qanuni tələbləriə tabe olmamış və ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-ci polis şöbəsinin sahə inspektoru X5 bildirmişdir ki, polis əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və K.Rəhimov küçələrinin kəsişməsindəki piyadaçıların hərəkətini tənzimləyərkən “Kia Sorento” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobilin onlara tərəf gəlməsini görmüş və onların saxla işarəsi verdikdə, sürücü avtomobilin sürətini azaltmadan hərəkət etmiş. Onlar sürücünün tabe olmayacağını görüb kənara çəkilmək istəsələr də, həmin sürücü avtomobilin ön sağ qanadı ilə polis əməkdaşı olan X2 bədəninin sol tərəfindən sürətlə vurub zədələmiş və hərəkətini davam etdirmişdir. Daha sonra qarşıda avtomobil sıxlığı olduğundan hadisə yerindən yayına bilməyəcəyini görən sürücü və yanında olan vətəndaş avtomobildən düşərək polis əməkdaşına tərəf gəlmişdir. Bu vaxt sürücüyə öz iradını bildirdikdə o və yanında olan şəxs ona qazi olmasını bildirib, bu səbəbdən dövlət qeydiyyat nişanı olmadan avtomobili idarə etməsini dedilər. Daha sonra şəxs barəsində protokol tərtib edərək polis idarəsinə aparılmışdır. Göstərilənlər nəzərə alınaraq İlkin Əliyev barəsində tərtib olunan protokol üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hadisə günü idarə etmiş olduğu avtomobili təmir üçün ustaya aparırmış bu səbəbdən də maşının üzərində dövlət qeydiyyat nişanı yox idi. Həmçinin hadisə günü tıxac idi ona saxla əmri verilməmişdir. Polis əməkdaşına qəsdən avtomobil ilə zərər yetirməmişdir. Bundan başqa o bildirmişdir ki, İkinci Qarabağ mühabribəsinin qazisidir və üçüncü dərəcə əlilliyi vardır. Məhəkmə iclasında şahid qismində dindirilən Bakı şəhər BPİ-nin DYPİ-nin 10-cu tağımımn inspektoru, polis serjantı X6 bildirmişdir ki, vəzifəsinin xidməti zamanı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və K.Rəhimov küçələrinin kəsişməsindəki piyadaçıların hərəkətini tənzimləyərkən “Kia Sorento” markalı dövlət qeydiyyat nişanları olmayan avtomobilin ona tərəf gəlməsini görmüş və ona saxla işarəsi verdikdə, sürücü avtomobilin sürətini azaltmadan ona doğru hərəkət etmişdir. O sürücünün tabe olmayacağını görüb kənara çəkilmək istəsə də, həmin sürücü avtomobilin ön sağ qanadı ilə onun bədəninin sol tərəfindən sürətlə vurub zədələmiş və hərəkətini davam etdirmişdir. Daha sonra qarşıda avtomobil sıxlığı olduğundan hadisə yerindən yayına bilməyəcəyini görən sürücü və yanında olan vətəndaş avtomobildən düşərək ona tərəf gəlmişdir. Bu vaxt sürücüyə öz iradını bildirdikdə o və yanında olan şəxs ona qazi olmalarını bildirib, bu səbəbdən dövlət qeydiyyat nişanı olmadan avtomobili idarə etməməsini dedilər. Danışıq əsnasında həmin şəxslərin spirtli içkinin təsiri altında olmalarını görüb efir vasitəsi ilə hadisə yerinə tağım komandirini və yaxın naryadları çağırmışdır. Məhkəmə iclasında ifadə verən şahid X4 iş üzrə dindirilmiş X6 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:58-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elekton X3 haqqında arayışındsn görünür ki, Şəxs üçüncü rədəcə əlilliyi vardır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahid izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddələrinə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, barəsində protokol tərtib edilən Şəxs özünün etirafedici ifadəsi və şahid ifadələrindən də aydın olur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, ictimai qaydaya riayət etməsi barədə xəbərdar edilməsinə baxmayaraq mübahisəyə davam etmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 oktyabr 2023-cü il tarixdən saat 18:58-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar