Məhkəmə qərarları › İş №3(005)-3234/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3234/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3234/2024 20.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Əmək və X3 Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2, Şəxs MMC-nin vəkili “Prestij” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış Şahid1, Şahid3, Şahid2 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 protokola uyğun ifadə verərək, protokolun əsaslı olduğunu və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin vəkili X4 protokolun əsassız olduğunu bildirərək, adı qeyd olunan şəxslərin işğaldan azad olunmuş ərazilərə keçməsi ilə bağlı müvafiq icazənin alındığını, lakin Şahid1 ümumiyyətlə həmin əraziyə keçmədiyini, digər iki şəxsin isə iş şəraiti ilə tanış olduqlarını və qane olmadıqlarını bildirərək imtina etdiklərini söyləmişdir. Bununla bağlı protokolda adları göstərilən şəxslər tərəfindən notarial qaydada ərizə verildiyini və məhkəmə təqdim etdiyini qeyd etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən Şahid1 bildirmişdir ki, Şəxs MMC-də xadimə kimi işə düzəlmək üçün müraciət etdiyini, lakin səhhəti ilə bağlı imtina edərək işğaldan azad olunmuş ərazilərə getmədiyini bildirmişdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə iştirak edən Şahid2 bildirmişdir ki, Şəxs MMC-də fəhlə kimi işə düzəlmək üçün müraciət etdiyini, iş şəraiti ilə tanış olmaq məqsədilə Cəbrayıl rayonunun ərazisinə getdiklərini, lakin iş şəraiti qane etmədiyindən həmin gün də Bakıya geri qayıtdığını söyləmişdir. Məhkəmədə tədqiq edilən Şahid2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən aydın olur ki, Şahid2 Şəxs MMC-də fəaliyyətə cəlb edilməmişdir, Cəbrayıl rayonu ərazisinə icazə əsasında keçmiş, lakin iş şəraiti qane etmədiyi üçün işə girməkdən imtina etmişdir. Məhkəmədə tədqiq edilən Şahid3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən aydın olur ki, Şahid3 Şəxs MMC-də heç bir fəaliyyətə cəlb edilməmişdir, Cəbrayıl rayonu ərazisinə icazə əsasında işləmək üçün getsə də, lakin iş şəraiti qane etmədiyi üçün işə girməkdən imtina etmiş və geri qayıtmışdır. Məhkəmədə tədqiq edilən Şahid1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən aydın olur ki, Şahid1 Şəxs MMC-də heç bir fəaliyyətə cəlb edilməmişdir, müəssisənin Cəbrayıl rayonunda yerləşən ərazisində xadimə işləmək üçün müraciət etmişdir, lakin həmin aylarda müalicə aldığı üçün işdən imtina etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, eləcə də məhkəmədə təqdim edilmiş müvafiq sənədlərlə tanış olaraq, hesab etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli nömrəli protokol üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyə kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasənda protokol tərtib edilmiş, Şahid1, Şahid3, Şahid2 hansı işə cəlb olunması məsələsi də araşdırılmadan, ümumiyyətlə qeyd şəxslərin işə cəlb olunub-olunmaması, həmin vaxt harda işləmələri müəyyən edilmədən səthi araşdırılma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni inzibati xəta haqqında protokolda adı qeyd edilən şəxslərin hüquqi şəxs tərəfindən hansı əməyə cəlb olunub-olunmamaları araşdırılmamış, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunmuş, məhkəmə iclasında da qeyd olunan məsələlərə aydınlıq gətirə bilməmişlər. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 02 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 48-50, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar