Məhkəmə qərarları › İş №3(005)-3235/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3235/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3235/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs direktoru X12 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən Şəxs barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaş X13 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən DİN tərəfindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, bir sıra şirkətlər tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Şirkətlər müəyyən edilmiş, siyahı tərtib edilmişdir. Bu siyahı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinə göndərilmişdir. Daha sonra həmin şirkətlərə bu barədə məlumat verilmişdir. Müəyyən olunmuşdur ki, X13 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin nümayəndəsi X5 məhkəmə iclasında izahatında protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs nümayəndəsi X14 çıxış edərək bildirmişdir ki, X13 və X4 Şəxs işçiləri olmamış və sadəcə portala salınmışdırlar. Şəxs Qarabağ bölgəsində tikinti fəaliyyəti ilə məşğuldur. Həmin şəxslər Qarabağ ərazisinə keçmək üçün portalda qeydiyyata alınmışdırlar. Şəxsnə gecə növbəsində işçi lazım olduğundan şəxslər müəyyən olunur, Qarabağ bölgəsindəki şərait barədə məlumat verilir və danışıqlar aparılır. İlk öncə oraya getmək üçün portaldan icazə alınır. Şəxslər Qarabağ bölgəsindəki şəraitlə yerindəcə tanış olur və əmək münasibətləri yaratmaq istəyən şəxslər ilə əmək müqaviləsi yerindəcə bağlanır. Şəxsnın nümayəndəsi X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğunu bildirmişdir. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış hüquqi şəxs Şəxs direktoru X17 çıxış edərək bildirmişdir ki, X13 və X4 Şəxs işçiləri olmamış və portala salınmışdırlar. Şəxs Qarabağ bölgəsində tikinti fəaliyyəti ilə məşğuldur. Həmin şəxslər Qarabağ ərazisinə keçmək üçün portalda qeydiyyata alınmışdırlar. Şəxsnə işçi lazım olduğundan şəxslər müəyyən olunur, Qarabağ bölgəsindəki şərait barədə məlumat verilir və danışıqlar aparılır. İlk öncə oraya getmək üçün portaldan icazə alınır. Şəxslər Qarabağ bölgəsindəki şəraitlə yerindəcə tanış olur və əmək münasibətləri yaratmaq istəyən şəxslər ilə əmək müqaviləsi yerindəcə bağlanır. Şəxsnın direktoru X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsassız və qanunsuz olduğunu bildirmişdir. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X13 çıxış edərək izahatında göstərmişdir ki, o, Şəxsndə işləməmişdir. O, Bərdə rayonunda fəhlə işləyir. X8 Qarabağ bölgəsində çalışan tanışları var. X13 tanışlarına Qarabağ bölgəsində ona uyğun iş olduğu halda ona məlumat verməsini xahiş etmişdir. Tanışları isə X11 portaldan qeydiyyatdan keçərək Qarabağ bölgəsinə gəlməsini və orada olan iş şəraiti ilə tanış olmağını bildirmişdirlər. X6 rayonuna getmiş, oradakı iş şəraiti ilə tanış olmuş, lakin iş şəraiti ona uyğun olmadığından, gecə növbəsinə çalışmaq istəmədiyindən Şəxs ilə əmək müqaviləsi bağlamadan həmin günü geri qayıtmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 çıxış edərək izahatında göstərmişdir ki, o, Şəxsndə işləməmişdir. X2 Qarabağ bölgəsində çalışan tanışları var. X4 tanışlarına Qarabağ bölgəsində ona uyğun iş olduğu halda ona məlumat verməsini xahiş etmişdir. Tanışları isə X3 portaldan qeydiyyatdan keçərək Qarabağ bölgəsinə gəlməsini və orada olan iş şəraiti ilə tanış olmağını bildirmişlər. X1 rayonuna getmiş, oradakı iş şəraiti tanış olmuş, lakin iş şəraiti ona uyğun olmadığından, gecə növbəsinə çalışmaq istəmədiyindən Şəxs ilə əmək müqaviləsi bağlamadan həmin günü geri qayıtmışdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki Şəxs əməlində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Məhkəmə iclasında iş materialları tədqiq edilərkən olundu ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərində əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaş X13 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdirlər. İş materiallarına olan Şəxs rəhbərliyinə ünvanlanan 25 iyun 2024-cü il tarixli məktubdan görünür ki, 2024-cü ilin may ayı ərzində "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-5/2-30678/2024 nömrəli məktub göndərilmiş, lakin iş icazəsi alıran işçilərlə əmək müqaviləsinin bağlanılması və müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hələ də təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin pozulmasında təqsirli bilindiyi işçilər X13 və X4 Şəxs işçiləri olmamışdır. Belə ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X13 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi olmadan hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Şəxs barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərkən yalnız DİN tərəfindən verilmiş məlumata və ehtimallara əsaslanmışdırlar. Bundan başqa X16 Xidməti tərəfindən Şəxs barəsində inzibati material araşdırılarkən nə X13, X4 nə də Şəxs nümayəndəsinin iştirakı təmin olunmamış və onların izahatları alınmamışdır. Beləliklə inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. İXM-nin 76.1 maddəsinə əsasən - İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer;100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən X13 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdirlər. İşğaldan azad edilmiş şəhər, rayon və digər yaşayış məntəqələrində quruculuq, abadlıq işlərinin keyfiyyətinə və plan üzrə nəzərdə tutulmuş müddət ərzində icrasına nəzarət edilməsi, eləcə də mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılması ilə əlaqədar işçi heyətin icazə portalına daxil edilməsinə zərurət yaranmşdır. Bununla da, X13 və X4 xx.xx.2024-cü il tarixdən hal-hazırdək tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X4 izahatlarında portaldan Qarabağ bölgəsinə gedərək orada olan iş şəraiti ilə tanış olmaq üçün qeydiyyatdan keçirildiklərini bildirmişdirlər. X13 və X1 rayonuna getmiş, oradakı iş şəraiti tanış olmuş, lakin iş şəraiti onlara uyğun olmadığından, gecə növbəsinə çalışmaq istəmədiklərindən Şəxs ilə əmək müqaviləsi bağlamadan həmin günü geri qayıtdıqlarını bildirmişdirlər. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün Şəxs inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar