Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3237/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, xx.xx.1960-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlu, ünvan 1 ünvanında qeydiyyatda olan X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X7 TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X7 TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci ildə öz şəxsi maşını ilə Mərkəzi Klinikanaya getmişdir. 8103 nömrəsinə müraciət etmişdir. İcazə cavabı gəlmişdir. Neftçilər klinikasının qarşısında yoxlama zamanı ona bildirmişlər ki, icazəni düzgün yazmayıb. Belə ki, AZE 08827304 nömrəsi olmalı olduğu halda AZE 08837304 nömrəsi kimi yazılmışdır. Belə ki, onun yazdığı seriya Masallı rayon sakininin serya nömrəsidir. Əgər müraciət yanlışdırsa, cavab da yanlış olmalı idi. Yəni “2” rəqəminin yerinə mexaniki olaraq “3” rəqəmini yazmışdır. Əgər müraciət yanlışdırsa cavab da yanlış olmalıdır. Onun 60 yaşı var. Hesab edir ki, bu çox ədalətsiz qərardır. Bununla bağlı olaraq, xx.xx.2020-ci il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X7 TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X7 TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 xx.xx.2020-ci il tarixdə, saat 09:25-də Bakı şəhəri, Xətai rayonu, Y. Səfərov küçəsində “QAZ 31105 120” minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılmışdır. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət xx xxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək dayandırılır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah xx xxxxx 2020-ci il tarixdə “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” qərar vermişdir. Həmin qərara əsasən x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməli və şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, X4 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarına əsasən 8103 SMS icazə xidmətinə AZE 08827304 nömrəsi olmalı olduğu halda səhvən AZE 08837304 nömrəsi kimi yazdığını və müvafiq icazə alaraq yaşayış yerini tərk etdiyini, müraciəti yalnışdırsa bu yanlışlığın onun tərəfindən olmadığını bildirmişdir. Halbuki, vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və SMS məlumatının mətnində yuxarıda sadalanan 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Hazırki halda isə vətəndaş Elşən Qasımov yaşayış yerini tərk etmək məqsədi ilə 8103 SMS icazə xidmətinə şəxsiyyətini təsdiq edən məlumatı düzgün qeyd etməmişdir. (AZE 08827304 nömrəsi olmalı olduğu halda AZE 08837304 kimi göstərilmişdir.). Belə olan hal da isə onun tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmaması, həmçinin məlumatın düzgün daxil edilməməsinə baxmayaraq bu yanlışlığın onun tərəfindən yol verilməməsi ilə əlaqədar olması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X7 TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3237/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3237/2020
07.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver