Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3237/2025 29.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.1-1-ci maddəsi ilə 26 may 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-34625/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-9585/2025 nömrəli məktublarında nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidmətinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmişdir, ona görə də şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan vəzifəli şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən DƏMX-in Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2- 34625/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-17-5/2-9585/2025 nömrəli məktublarında nəzərdə tutulmuş tədbirlər görülməmişdir. DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış tarixsiz, imzasız və nömrəsiz məktubdan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə esasən "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Fiziki şəxs Şəxs əmək haqqından və ya gəlirindən hər ay 50% olmaqla 4000 manat məbləğində inzibati cərimənin ödənməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 7 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. DƏMX-in Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış tarixsiz, imzasız və nömrəsiz məktubdan görünür ki, borclu Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş icraatın başlanması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəxs cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi məqsədilə göndərilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar.haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya İXM-in 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəmədikdə onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əmək haqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilməlidir. İş materiallarında belə məzmunlu məktub olsa da, onun tarixi, nömrəsi olmamaqla yanaşı məktubda imza da yoxdur. Həmçinin bu məktubun hüquqi şəxsin ünvanına rəsmi qaydada çatmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Belə olan halda həmin qərarın hansı tarixdə qanuni qüvvəyə minməsi də öz növbəsində müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin fundamental tələbinə əsasən, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun əməlində Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün zəruri əlamətlərinin mövcudluğu müəyyən edilməlidir. Məcəllənin 12.1-ci maddəsi inzibati xətanı hüquqazidd, təqsirli və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edir. Bu o deməkdir ki, inzibati xəta tərkibinin hər hansı bir elementinin – obyekt, obyektiv cəhət, subyekt və ya subyektiv cəhət – olmaması inzibati məsuliyyəti istisna edir. Məhkəmə, İXM-in 75-ci maddəsinin tələblərinə müvafiq olaraq, işə baxarkən inzibati xəta hadisəsinin, onu törətmiş şəxsin və onun təqsirinin olub-olmamasını, habelə icraatı rədd edən halların mövcudluğunu yoxlamalıdır. Hazırkı iş üzrə "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Normanın dispozisiyasına görə, İXMnin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. İXM-in 150.5.1-ci maddəsi, öz növbəsində, vəzifəli şəxsin işlədiyi, oxuduğu və ya əmək haqqı aldığı müəssisə, idarə və ya təşkilatın inzibati cərimə tətbiq etmə haqqında qərarın surətini aldıqdan sonra həmin cəriməni vəzifəli şəxsin əmək haqqından və ya digər gəlirlərindən tutmaq öhdəliyini müəyyən edir. Göründüyü kimi, İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni hüquqazidd əməl, qərarın icrası ilə bağlı tədbirlərin görülməməsində ifadə olunan hərəkətsizlikdir. Bu hərəkətsizliyin hüquqazidd xarakter daşıması üçün isə müvafiq hüquqi faktın, yəni Xidmətin inzibati cərimə tətbiq etmə haqqında qərarın icrasını təmin etmək məqsədilə "xxxx" MMC-yə ünvanlanmış məktubunun sonuncuya İXM-nin 57ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi qaydada verilməsi sübuta yetirilməlidir. Məhz bu təqdimetmə faktı hüquqi şəxs üçün qanunla müəyyən edilmiş vəzifəni yaradır və bu vəzifənin icra edilməməsi inzibati xəta tərkibinin yaranmasına səbəb olur. İXM-in 57.1-ci maddəsi imperativ qaydada müəyyən edir ki, inzibati xətalar haqqında işlər üzrə sənədlər, o cümlədən icra ilə bağlı məktublar, ünvan sahibinə “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır və ya səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən təqdim edilir. Həmin Məcəllənin 57.2-ci və 57.5-ci maddələri isə sənədin məhz ünvan sahibinə və ya müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab olunmasını təsbit edir. Məhkəmə, təqdim edilmiş iş materiallarını tədqiq edərkən müəyyən edir ki, Xidmət tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsas sübut kimi əlavə edilmiş müvafiq məktubların "xxxx" MMC-yə rəsmi qaydada verilməsini təsdiq edən heç bir sübut sifarişli poçt göndərişinin qəbzi, çatdırılma haqqında bildiriş və ya sənədin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış qəbzi və ya kötüyü – iş materiallarında mövcud deyildir. Protokolu tərtib etmiş orqan belə bir sübutun mövcudluğu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını və şəxsin təqsirini təsdiq edən hər cür faktiki məlumatlar sübutlar hesab olunur. Lakin iş materiallarında "xxxx" MMC-nin vəzifəli şəxsinin üzərinə qanunla müəyyən edilmiş vəzifəni qoyan hüquqi faktın baş verməsini, yəni Xidmətin müvafiq məktubunun rəsmi qaydada təqdim edilməsini təsdiqləyən hər hansı bir sübut yoxdur. Bu isə, İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə istənilən şübhənin onun xeyrinə həll edilməsini tələb edir. Hüquqi vəzifənin yaranmasını təsdiq edən sübutun olmaması, öz növbəsində, bu vəzifənin icra edilməməsindən irəli gələn məsuliyyəti də istisna edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin vəzifəli şəxsinin əməlində İXM-nin 529.1-1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv cəhəti, yəni qanunla müəyyən edilmiş vəzifənin icra edilməməsi (hərəkətsizlik) sübuta yetirilməmişdir. Çünki, hüquqi şəxsə müvafiq sənəd İXM-nin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada rəsmi təqdim edilməyənədək, onun üçün həmin sənəddən irəli gələn hər hansı vəzifə və müvafiq olaraq bu vəzifənin pozulmasına görə məsuliyyət yarana bilməz. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, "xxxx" MMCnin vəzifəli şəxsi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53.2, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3237/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3237/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver