Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-324/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Mirsaleh Cavadovun 22 yanvar 2024-cü il tarixli qərarından və xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə saat 20.45 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Pirus markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu A.M.Cümə küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan düzgün ara məsafəsi seçmədiyinə görə onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan sürücü X2 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Opel Astra markalı **-ZU- *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsindən toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, xx.xx.2023-cu il tarixdə saat 20:45 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 1998-ci il buraxılışlı “Opel Astra” markalı **-ZU-*** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu A.M.Cümə küçəsi ilə üzü Aqarunov dairəsi istiqamətində 1-ci zolaqla 40 km saat sürətlə hərəkət etmişdir. O, A.M.Cümə küçəsində yolayrıcında dayanaraq sola sönmək istəyən zaman onunla eyni istiqamətdə ondan arxada hərəkət edən Toyota Pirus markalı avtomobil ara məsafəsi düzgün saxlamadığı üçün onun avtomobilin arxa hisəsinə çırpılmışdır, avtomobilin qapıları açılmadığı ücün o qabaq sağ tərəf pəncərədən düşmüşdür. Hadisə yerinə Nərimanov RPİnin hadisə üzrə inspektoru hadisə yerinə gəlmiş və ona ilkin olaraq xəsarət almadığı bildirsə də, bir qədər keçdikdın sonra hadisədən zərbə nəticəsində bədəninin müxtəlif nahiyələrində ağrı hiss etdiyi ücün Sabunçu xəstəxanasına getmişdir. Hadisə zamanı o avtomobildə tək olmuşdur. Hadisə zamanı o solan dönmək üçün dayanmışdır. Hadisə zamanı xəsarət almışdır. X5 ona dəymiş ziyanın ödənilməsini ondan tələb edir. O, iki aydır ki, işsizdir və onun avtomobilinə zərər dəymişdir. O, Şəxs barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: HK 1 №-1512 saylı, 30 dekabr 2023-cü il tarixli raportda görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:40-da Sabunçu tibb mərkəzindən tibb bacısı Musayeva məlumat verərək, xx.xx.2023-cü il tarixdə İqtisad Universiteti yaxınlığında baş vermiş YNH zamanı 1989-cu il təv. X1 bud- çanağın və boyunun əziyi xəsarəti ilə müraciət etməsini bildirdi. Təhqiqat araşdırması üzrə izahatı alınmış Şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20.45 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 2007-ci il buraxılışlı Toyota Pirus markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu A.M.Cümə küçəsi ilə Aqarunov dairəsi istiqamətində sol zolaqla 60 km saat sürətlə hərəkət etmişdir.Bu zaman onunla eyni zolaqda ondan qarşıda sola dönmək isdtyən Opel maraklı avtomobilini görməmiş və onunla ara məsafəsi düzgün saxlamadığı ücün həmin avtomobilin arxa hissəsinə çırpılmışdır.Hadisə yerinə gələn Nərimanov DYP-nin inspektoru hadisəni qeydiyyata almışdır.O hadisə zamanı həmin avtomobilin sürücüsündən xəsarət aldığını soruşduqda sonuncu ona hec biir xəsarət almadığını bildirmişdir.Hadisə zamanı o avtomobildə tək olmuş və hec bir xəsarət almamışdır.Hadisə zamanı onun sürəti təxminən 60 km/saat olmuşdur.Hadisə zamanı xəsarət almamış və MTE-dən keçməkdən imtina etmişdir.Hadisə zamanı o əyləcdən istifadə etsədə avtomobili saxlaya bilməmiş və hadisənin qarşısına ala bilməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ Şəki RQİTBŞ tərəfindən verilmiş AE 737322 nömrəli xx.xx.2020-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Şəki RQİTBŞ tərəfindən verilmiş BD 346306 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı **-ZU-*** dövlət qydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X4r; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin X6 07 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X3 aşkar edilmiş xəsarətlər-ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sol bud çanaq oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması, boyunun yumuşaq toxumalarının əzilməsi-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Mirsaleh Cavadovun 22 yanvar 2024cü il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, ekspert rəyləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun) tələblərini pozmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı.. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-324/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-324/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver