Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-324/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin X6 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs PHŞ-in hüquqşünası X3 iştirakları ilə iştirakı ilə, Şəxs PHŞ-in barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin Şəxs PHŞ-in barəsində İXM-in 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs PHŞ-in tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Məmmədov 4/12 ünvanda yerləşən Şəxs PHŞ-yə məxsus 2 saylı yataqxana binasında yanğın-texniki müayinə keçirilən zaman qanunvericiliyin pozulması aşkar edilmişdir. Nəticədə Şəxs PHŞ-in tərəfindən İXM-in 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 3-cü ərazi X6 İdarəsinin X6 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X4 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs PHŞ-in-nin hüquqşünası X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs PHŞ-yə məxsus yataqxana 1994-cü ildən Şəxs PHŞ-yə balansına verilmiş, lakin 1992-ci ildən məcburi köçkünlər həmin binada məskunlaşmış, mövcud şərait ilə bağlı bina onların nəzarətində deyil. Binanın onların balansından götürülməsi ilə bağlı lazımı orqanlara məlumat versədə, müraciətləri cavabsız qalmışdır. Göstərilənlərə əsasən inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27 yanvar 2025-ci il tarixli, KY252262299 nömrəli çıxarışdan görünür ki, Şəxs PHŞ-in tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilməməsinin yoxlanılması müəyyən edilmişdir. Yoxlamanın müddəti xx.xx.2025-xx.xx.2025-ci il; “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin xx.xx.2025-ci il tarixli, 0673 nömrəli qərarından görünür ki, Şəxs PHŞ-in planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2025-ci il tarixli, 0673 nömrəli yanğın-texniki müayinə aktından görünür ki: -Yataqxana binasında quraşdırılmış daxili yandın su kranlarının bəzi qutuları tam komplekləsdirilməvib, nasaz vəziyyətdə saxlanılır. Daxili yanğın su kranlarının dolabları bağlanaraq möhürlənməyib. Daxili yanğın su kranları yerləşdirilmiş şkafların qapısında kranların sıra sayı göstərilməyib, “YK” hərfi indeksi yazılmayıb; YTQ 01-2001, bənd-8.4 -Yataqxana binasında yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün təxliyyə planı tərtib edilməyib; YTQ 01-2001, bənd-2.5 -Yataqxana binasında vanğın təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər planı işlənib hazırlanmayıb; YTQ 01-2001, bənd-1.9.2 -Yataqxanada yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib; YTQ 01-2001, bənd- 2.4 -Yataqxana binası üzrə işçilərinin yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılması barədə xüsusi təlimat jurnal» tərtib edilməyib və müvafiq qeydlər aparılmır; əsas: YTQ 01-2001. bənd- 2.4 -Yataqxana binasının ehtiyat-çıxıs yollarının yerləri müvafiq lövhələrlə göstərilməyib; YTQ 01- 2001. bənd-5.1 -Yataqxana binası xəbərdaredici və qadağanedici nişanlarla təmin olunmayıb: YTQ 01-2001, bənd-2.1 - Yataqxana binasının ümumi elektrik təsərrüfatına profilaktiki baxış keçirilməyib və mütəxəssis aktı tərtib edilməyib; YTQ 01-2001. bənd- 6.1 - Yataqxana binasının elektrik təsərrüfatı X1 Qaydalarının tələblərinə cavab vermir: YTQ 01- 2001, bənd- 6.1. 6.5 -Yataqxana binasının dəhlizlərində, təxlivyə yollarında və digər sahələrində yanan konstruksiyalardan köməkçi otaqlar quraşdırılmışdır; YTQ 01-2001, bənd- 4.4, 3.2 - Yataqxana binası avtomatik yangınxəbərverici siqnalizasiva qurğusu ilə təmin edilməyib, YTQ 01-2001, bənd 1.9.4 -Ümumi bina üzrə qeyri-standart qızdırıcılardan, propan balondan istifadə əmrlə qadasan edilməyib; YTQ 01-2001, bənd-6.5, 7 - Yataqxana binası ilkin yanğınsöndürmə alət və vasitələrlə təmin edilməyib; YTQ 01-2001. bənd-10.4 -Yataqxana binasında nasaz elektrik qurdularından, müvəqqəti elektrik xətlərindən, açıq sonluqlu və qoruyucu xassələrini itirmiş elektrik naqillərindən istifadə edilir; YTQ_01: 2001. bənd-6.5 -Yataqxana binasının dəhlizində maneəedici əşyalar və şkaflar saxlanıldığından sərbəst hərəkət məhdudlaşdırılmışdır, YTQ 01-2001, bənd-3.2 -Yataqxana binasının təxliyyə yolu bağlanmışdır, YTQ 01-2001. bənd 5.1 -Yataqxana binası xəbərdaredici və qadağanedici nişanlarla təmin olunmayıb: YTQ 01-2001. bənd-2.1 -Yataqxanada məskunlaşan məcburi köçkünlər yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılmır. YTQ 01-2001. bənd-1.4 Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmişdir ki, yataqxana 1994-cü ildən Şəxs PHŞ-yə balansına verilmiş, lakin 1992-ci ildən məcburi köçkünlər həmin binada məskunlaşmışlar. Hazırda bina Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti PHŞ-in nəzarətində deyil. Bu halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin Şəxs PHŞ-in barəsində İXM-in 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, işdə olan bütün şübhələr Şəxs PHŞ-in-nin xeyrinə həll edilməlidir. Şəxs PHŞ-in təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 40; 43; 48-50; 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs PHŞ-in barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-324/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-324/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver