Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3251/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1982-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şabran rayonu, Sincanboyad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadovun 02 oktyabr 2024-cü il tarixli qərarından və 07 oktyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə əsas yol ilə 2-ci hərəkət zolağı ilə üzü Koroğlu metrostansiyası istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman H.Əliyev prospketində qarşısında olan “Hyundai” markalı avtomobilin qəfildən dayanmasını görmədiyindən onunla ara məsafəsini düzgün saxlamadığından avtomobili dayandıra bilməyib həmin avtomobilin arxa hissəsinə çırpılmış və zərbə nəticəsində “Hyundai” maraklı avtomobil irəliyə doğru sürütlənərək qarşısında dayanmış olan “Kia” markalı avtomobilin arxa hisəsinə çırpılmışdır. Hadisə zamanı onun çırpıldığı “Hyundai” markalı avtomoblin sərnişini xəsarət aldığı ücün TTYS vasitəsi ilə onu xəstəxanaya aparmışlar. O hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı 60 km/saat sürətlə hərəkət etmişdir. Hadisə zamanı o, xəsarət almamış və bununla bağlı heç bir tibb müəssəsinə müraciət etməmişdir. O, əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməmişdir. Baş vermiş toqquşma nəticəsində X5 yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış vətəndaş Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə əsas yol ilə 2-ci hərəkət zolağı ilə üzü Koroğlu metrostansiyası istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman H.Əliyev prospketində qarşsında olan “Hyundai” markalı avtomobilin qəfildən dayanamasını görmədiyindən, onunla ara məsafəsini düzgün saxlamadığından avtomobili dayandıra bilməyib həmin avtomobilin arxa hissəsinə çırpılmış və zərbə nəticəsində “Hyundai” markalı avtomobil irəliyə doğru sürütlənərək qarşısında dayanmış olan “Kia” markalı avtomobilin arxa hisəsinə çırpılmışdır. Hadisə zamanı onun çırpıldığı “Hyundai” markalı avtomoblin sərnişini xəsarət aldığı ücün TTYS vasitəsi ilə onu xəstəxanaya aparmışlar. O hadisə zamanı hec bir xəsarət almamışdır. Hadisə zamanı 60 km/saat sürətlə hərəkət etmişdir. Hadisə zamanı o xəsarət almamış və bununla bağlı heç bir tibb müəssəsinə müraciət etməmişdir. O əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməmişdir. Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai İX 35” markalı **-DQ-***-dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospektinə əsas yolda üzü Koroğlu metrostansiyası istiqamətində zağ zolaqla 20 km/saat sürətlə hərəkətdə olan zaman yolda hərəkət sığlığı olduğundan qarşısındakı “Kia” markalı avtomobil dayandığı ücün onunla ara məsafəsini saxlayaraq avtomobili dayanadırmış olsa da, özündən arxada hərəkət edən “Opel” markalı avtomobil ara məsafəsini düzgün saxlamadığından avtomobil arxa hissəsinə çırpılmış zərbə nəticəsində isə İlqar Kərimovun idarə etdiyi avtomobil irəliyə doğru sürtlənərək qarşısında dayanmış “Kia” markalı avtomobilin arxa hissəsi çırpılmışdır. Hadisə baş verən zaman İlqar Kərimovun avtomobilində qabaq oturacaqda əyləşən sərnişin Tamam Kərimova xəsarət aldığı üçün hadisə yerinə gələn TTYS vasitəsi ilə onu xəstəxanaya aparmışlar. Hadisə zamanı o avtomobili dayandırmış və tam olaraq hərəkətsiz olmuşdur. İzahatı alınmış X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 11:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Seat” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə H.Əliyev prospekti ilə əsas yol ilə 2-ci hərəkət zolağı ilə üzü Koroğlu metrostansiyası istiqamətində 20 km/saat sürətlə hərəkət edən zaman yolda hərəkət sığlığı olduğundan avtomobili dayandıraraq hərəkətsiz vəziyyətə gətirmişdir. Bu zaman qəfildən ondan arxada olan “Hyundai” markalı avtomobil onun avtomobilin arxa hissəsinə çırpılmasını bildirmiş o avtomobildə düşən zaman “Hyundai” markalı avtomobilə digər “Opel” markalı avtomobilin çırpılması nəticəsində hadisənin baş vermənin şahidi olmuş və hadisə zamanı heç bir xəsarət almamışdır. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis polkovnik-leytenantı Zaur Axundov tərəfindən tərtib edilmiş 1-HK №-1051/102-2017/ nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə X6 məlumat verərək Nərimanov rayonu Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı həyat yoldaşı Tamam Kərimova xəsarət alması barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/24493 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokoldan görünür ki, vətəndaş X1 alkoqol sərxoşluğunun dərəcəsi “Ayıq” olduğu qeyd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1150 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, vətəndaş X3 aşkar edilmiş xəsarətlər-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar;) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3251/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3251/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver