Məhkəmə qərarları › İş №3(005)-326/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-326/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-326/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 25502196 nömrəli, 12 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 25502196 nömrəli, 12 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan KİA Sorento minik markalı ** AT *** dövlət qeydiyyat nişanlı avtomobilində hərəkətdə olan zaman Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində dayanma, durma qaydasını pozmağı ilə əlaqədar EQ 25502196 nömrəli elektron qərar tərtib olunmuş və AR inzibati Xətalar məcəlləsinin 346.1-ci maddəsi üzrə ona tətbiq olunan xəta əsassızdır və buna görə də şikayət verir. Həmin qərarla razılaşmır, qərəzli və əsassız olduğundan ləğv edilməsi tələb edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 25502196 nömrəli, 12 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X2 idarə etdiyi “KİA Sorento” minik markalı, ** AT *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində xx.xx.2025-ci il tarixdə saat 15:03:31 radələrində dayanma və durma qaydalarını pozdugundan AR İXM-nin 346.1 maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir. İXM-in: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - 20 manat məbləğində cərimə edilir; Məhkəmə hesab edir ki, X1 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Belə ki, X2 yazdığı şikayət ilə Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində dayanma, durma qaydasını pozmağı ilə əlaqədar EQ 25502196 nömrəli elektron qərar tərtib olunmuş və AR inzibati Xətalar məcəlləsinin 346.1-ci maddəsi üzrə ona tətbiq olunan xəta əsassız olduğunu hesab etdiyindən şikayət verir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 25502196 nömrəli, 12 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin EQ 25502196 nömrəli, 12 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar