Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3263/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X1, Zərərçəkmiş şəxslər – X8 və X7, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İsmayıllı rayonu, Qalıncaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-də tərtib olunmuş iş materialları 13 oktyabr 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş 13 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələridnə A.M.Cümə küçəsindən “NNB-125” markalı mopedi icarəyə götürmək adı ilə ələ keçirib ümumi 320 manat maddi ziyan vurmuşdur. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X5 tərəfindən tərtib olunmuş 13 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə 13 oktyabr 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 13 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs xx.xx.2022-ci i tarixə saat 11:30 radələrində Ə.Rəcəbli küçəsi 78 ünvanında M.Musayevin 80 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə inspektoru X5 hər iki protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, “NNB-125” markalı mopedin “Tap.az” saytında elanda yerləşdirildiyini görmüş və həmin elandakı nömrəyə zəng etmişdir. 0l.lO,2O22-ei il tarixdə saat təxminən 17:00 radələrində həmin şəxslə danışıb ünvan 1 ünvanda görüşmüşlər. Mopedi ilkin ödəniş 100 manat ödəməklə, gündəlik 10 manat pul odəınək şərtilə razılaşmışlar. Sonra yalnız şəxsiyyət vəsiqəsinin surətini götürərək mopedi ona vermişdir. Həmin gündən etibarən hər güın 10 manat ödəməli olsa da mopedlə yıxılmış və soma həmin şəxslə əlaqə saxlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda təsadüfən bir nəfər şəxslə tanış olmuşdur. Belə ki. o. həmin şəxsə yaxınlaşaraq yük boşaltma işi üyiin fəhlə axtardığım demiş, həmin şəxs işin nə olduğunu soruşduqda demiş ki. 25 kisə sement və kafelləri boşaltmaq müqabilində 30 manat pııl verəcəkdir. Onlar razılaşıb onun mopedinə minib. birlikdə M.Əcəmi metrosuının yaxınlığında kafenin qarşısına gəlmişlər O. yük boşaltmaq üçün malların gəlməsini gözləməyi demiş və sonra moped barədə söhbət edərkən oun mopedini bəyənmədiyini. bundan da yaxşı mopedi ona təşkil edəcəyini bildirmişdir Sonra birlikdə mopedi geri qay qaytarmaq üçün Dərəgülə gəlmişlər Orada mopedi götürdüyü şəxsə geri qaytarmışlar. Sonra ondan moped üçün 80 pul almış və demiş ki. 100 manat depozit qoymaq üyün əlavə 20 manat da əlavə edəcəkdir Sonra işlədiyi puldan hər gün 7 manat pul verəcəyinə razılaşmışlar, Lakin təcili işi yçxdığı üyün getməli olmuş. Səlhərisi gün Dərnəgülə gəldikdə yolda təsadüfən Muradla rastlaşmışlar. O da polisə şikayət etmişdir, o. tutduğu əməldən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, özünə məxsus dayan təxminən 2.500 manat olan 'NNB-125" markalı mopedi satmaq üçün " Tap.az’’ saytında elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 dərində bir nələr şəxs onunla telefonda danışaraq Bükı şəhəri. ünvan 3 ünvanda görüşmüşlər Hamin şəxslə mopedi ilkin ödəniş 100 manat ödəməklə, gündəlik 10 manat pul ödəmək şərtilə razılaşmışlar. Sonra yalnız şəxsiyyət vəsiqəsinin surətini götürərək mopedi Şəxs' İdman oğluna etibar edib vermişdir. Həmin gündən etibarən har gün 10 manat ödəməli olduğu halda Asifin telefon nömrəsinə zətıg çatmamış va bu günadak onunla heç bir əlaqə qurmamışdır. Sonradan məlum olmuşdur ki, Asif adlı şəxs onu aldadaraq götürdüyü mopedi Murad adlı şəxsə salmaq adı ila onu da aldadıb müəyyən məbləğdə pul almışdır. Eyni zamanda mopedini çətinliklə tapsa da mopeda məxsus bəzi detalların üzərində olmadığını aşkar etmişdir. Həmin detallar ümumilikdə 300 manat təşkil edir Bundan başqa 12 gün ərzində ona ödəməli olduğu 120 manat pulu da ödəməmişdir. Əvvəlcədən isə 100 manat pul vermişdir Hadisə nəticəsində ona 320 ( üç yüz iyirmi) manat maddi ziyan dəydiyini bildirərək həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X10 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda təsadüfən Asif adlı şəxslə tanış olmuşdur. Asil ona yaxınlaşaraq yük boşaltma işi üçün fəhlə axtardığım demiş və o da işin nə olduğunu soruşduqda 25 kisə sement və kafelləri boşaltmaq müqabilində 30 manat pul verəcəyini demişdir. O da razılaşmış və icarəyə götürdüyü mopedlə birlikdə M.Əcəmi metrosunun yaxınlığında kafenin qarşısına gəlmişlər. Asil yük boşaltmaq üçün malların gəlməsini gözləməyi demişdir. Orada gozləyərkən Asif moped barədə söhbət açmış və onun mopedini bəyənmədiyini deyərək bundan yaxşı moped təşkil edəcəyini bildirmişdir. Onunla birlikdə mopedi geri qaytarmaq üçiin Dərnəgülə gəlmişlər. Orada mopedi götürdüyü şəxsə geri qaytarmış Sonra isə ondan moped üçün 80 manat pul alaraq 100 manat depozit qoymaq üçün əlavə 20 manat da özü qoyub, mopedi onun üçün götürəcəyinə söz vermişdir. Sonra işlədiyi puldan hər gün ona 7 manat pul verəcəyinə razılaşmışlar. Lakin həmin şəxs dələduzluq yolu ilə vədinə əməl etməyərək pulunu ələ keçirmişdir. Hadisə nəticəsində ona 80 manat (səksən) maddi ziy an dəydiyini bildirərək həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Zöhrab Salmanov tərəfindən Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin rəisi Bayram Alıyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli Raportdan görünü ki, icraatına daxil olan xx.xx.2022-ci il tarixli. HK-1/ 3147 saylı vətəndaş X3 və HK-1/3148 saylı vətəndaş X7 şikayət ərizələri əsasımla toplanmış material üzrə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi və eyni zamanda hadisəni törədən Şəxs İdman oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən in/ibati təsir tədbirləri görülməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alıb, qərarın icrasını aidiyyəti əməkdaşa həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Zöhrab Salmanov tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, X4 və X7 müraciətləri əsasında toplanmış materialda xırda talama hadisəsi müəyyən olunduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin maraqlı tərəflərə göndərilsməsi, onlara qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyala keçirən rayon prokuroruna, yuxarı prokurora və rayon məhkəməsinə şikayət etmək hüququnun izah edilməsi, hadisəni törədən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-niıı 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs əvvəli xx.xx.2022-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğluna göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 5 (beş) iş saatına görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X9 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 5 (beş) iş saatı üçün cəmi 30 (otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3263/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3263/2022
13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver