Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3270/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 nümayəndəsi və vəkili X6 iştirakı ilə "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında" qərar əsasında İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Qərarda göstərilmişdir ki, "xxxx" MMC-nin direktoru X9 tərəfindən 25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108.1-ci maddəsinin tələbləri pozularaq X2 iş günü hesab edilməyən bayram günü qabağı iş günü 1 (bir) saat qısaldılmamış və həmin saat üçün əmək haqqı Əmək Məcəlləsinin 165-ci maddəsinə maddəsinin tələblərinə uyğun ödənilməmişdir. Hesab edir ki, AR ƏƏSMN yanında DƏMX-nin Bakı səhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023cii il tarixli, MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərar əsassız və qanunsuzdur. İnzibati orqan qərar qəbul edərkən qanunvericiliyin tələblərini işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Qeyd edilən normativ aktdan aydın olur ki, iş gününün səhərisi iş günü hesab edilməyən hər hansı bir bayram gününə və ya ümumxalq hüzn gününə təsadüf edərsə, müəssisənin beşgünlük və ya altıgünlük iş həftəsi ilə işləməsindən asılı olmayaraq həmin iş gününün müddəti bir saat qısaldılır. Göründüyü kimi normada nəzərdə tutulmuş iş gününün 1 saat qısaldılması həftəlik iş rejimində çalışan işçilərə şamil edilir. İşin faktiki hallarına nəzər yetirdikdə isə görünür ki, X8 ilə bağlanmış əmək müqaviləsində də qeyd edildiyi kimi o, çoxnövbəli iş rejimində çalışmışdır. Belə ki, X8 "xxxx" MMC-yə məxsus X17 boru emalı bölməsində operator vəzifəsini yerinə yetirmişdir. Həmin strukturda isə fasiləsiz, istehsalatın təmin edilməsi məqsədi ilə işçilər çoxnövbəli iş rejimində çalışırlar. Əgər mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqanın dediyi kimi X5 qısaldılmış iş saatı tətbiq edilsə idi, bu, növbə təhvil verilmədiyinə görə müəssisədə istehsalatın dayandırılması riski ilə nəticələnə bilərdi. İstehsalatın dayandırılması isə müəssisədə maddi zərərin yaranmasına və müştərilər (istehlakçılar) qarşısında götürülmüş öhdəliklərin gecikdirilməsinə gətirib çıxarır. Bu səbəbdən ölkədə fəaliyyət göstərən istehsal müəssisələrinin demək olar hamısı öz istehsal fəaliyyətlərini fasiləsiz həyata keçirmək üçün işçilərlə əmək münasibətlərini çoxnövbəli iş rejimi əsasında qururlar. Eyni zamanda X5 qısaldılmış iş saatı tətbiq edilsə idi, bu, digər növbə işçisini bir saat əvvəlcədən işə çağıraraq həmin şəxsi artıq işlətməklə onun da əmək hüquqlarının pozulmasına gətirib çıxaracaqdı. Bütün bu hallar onu deməyə əsas verir ki, qərarı qəbul etmiş inzibati orqanın mövqeyi ilə məsələyə yanaşılsa iş gününün səhərisi iş günü hesab edilməyən hər hansı bayram gününə təsadüf edildiyi günlərdə fasiləsiz istehsalatın təmin edilməsinin zəruri olduğu müəssisələrdə çoxnövbəli iş rejiminin təşkil edilməsi imkansız hala gəlir və həmin iş gününün tənzimlənməsi hüquqi cəhətdən mümkün olmazdı. Göründüyü kimi qərarı qəbul etmiş inzibati orqan əsassız və qərəzli mövqe ilə çıxış edərək Əmək Məcəlləsinin 108.1-ci maddəsində nəzərdə tutulmuş tələbi çoxnövbəli iş rejiminə də tətbiq edərək onu İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilmiş və qanunsuz olaraq 1000 (bir min) manat cərimə tətbiq etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli deyil və buna görə başlanılmış inzibati xəta haqqında işə xitam verilməlidir. Qeyd etdiklərini nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli "İnzibati tenbeh vermə haqqında" Qərarın ləğv edilməsi və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 nümayəndəsi və vəkili X12 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən digər işçilərlə növbəli işləyən işçilərin hüquqları bərbarədir. Yəni işçinin razılığı olmadan o, iş saatından əlavə işlədilməməli və ya razılığı olsa belə əlavə işlədiyi saatların qanunvericiliyə müvafiq olaraq əmək haqqısı ödənilməlidir. Bunların hər ikisi mümkün olmadıqda isə onu əvəz edə bilən işçi ilə razılaşdırılmalı, onun da əmək haqqısı ödənilərək növbəli iş qrafiki yaradılmalıdır. Bütövlükdə müəssisələrin hər biri iş qrafikini, işçilərin növbəliliyini, əmək haqlarını özü müəyyən etməlidir. Buna əsasən də "xxxx" MMC-nin direktoru X1 Məcəlləsinin 165-ci maddəsinin tələblərini pozaraq işçini əlavə işə cəlb etmiş və əmək haqqısını ödəməmişdir. Hesab edirik ki, "xxxx" MMC-nin direktoru X4 əməlində inzibati xəta mövcuddur və tərəflərindən qanuni və əsaslı qərar qəbul edilmişdir. Sonda bütün deyilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X2 25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq iş günü hesab edilməyən bayram günü qabağı iş gününün 1 (bir) saat qısaldığı və həmin saat üçün əmək haqqının Əmək Məcəlləsinin 165-ci maddəsinin tələblərinə uyğun olaraq ödənilmədiyi müəyyən edilmiş və nəticədə X9 barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. "xxxx" MMC-nin İdarə Heyətinin sədri X9 ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin “iş və istirahət vaxtı” bölməsində işçinin gündə 6,5 saatdan, həftədə isə 39 saatdan çox olmayaraq işləməsi, işin iki növbəli olması, birinci növbənin saat 8:00-da başlaması və saat 16:00-da qurtarması, ikinci növbənin saat 16:00-da başlaması və saat 00:00-da qurtarması öz əksini tapmışdır. "xxxx" MMC-nin 2023-cü il üçün iş vaxtının istifadəsi cədvəlinin hesabatından görünür ki, 25 iyun 2023-cü il tarixində X8 6,5 saat işləmişdir. "xxxx" MMC-yə məxsus iş qrafik formasından görünür ki, X8 birinci növbə işdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs "xxxx" MMC-nin direktoru X7 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi "xxxx" MMC-nin direktoru X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli “İnzibati tenbeh vermə haqqında” qərarından verdiyi şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3270/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3270/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver