Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3271/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, icra sənədinin icrası cavabdeh təşkilat rəisi Şəxs tərəfindən üzrsüz səbəbdən icra olunmamış, ünvanına bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq İcra haqqında Azərbaycan Respublikası Qanunun 3.2, 84.1-ci maddəsinin tələblərinə biganə yanaşaraq icra sənədinin icrasını təmin etməmişdir. Bununla da borclu Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2896/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilməsinə dair 3(005)-3271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3271/2022 nömrəli, xx.xx.2022 -ci il tarixli qərarından görünür ki, Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2896/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilməsinə dair 3(005)-3271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1219/2007 nömrəli, xx.xx.2007-ci il tarixli icra vərəqəsindən görünür ki, Milli Hidrometrologiya Departamenti ünvan 1 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşalarsa, Zərərçəkmiş şəxs 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirməsini öz öhdəsinə götürməklə, iddiaçı isə bunun müqabilində öz iddia tələbini geri götürməklə tərəflərin barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar işin icraatına xitam verilmişdir. İnzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 nömrəli, 31,08.2007-ci il tarixli icra vərəqəsinə əsasən Milli Hidrometrologiya Departamenti ünvan 1 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşalarsa, Zərərçəkmiş şəxs 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirməsini öz öhdəsinə götürməklə, iddiaçı isə bunun müqabilində öz iddia tələbini geri götürməklə tərəflərin barışıq sazişi təsdiq edilmişdir. İcra sənədi 4 dəfə icra sənədinin icraatına daxil olmuşdur. İlk dəfə şöbənin icraatına xx.xx.2016-ci il tarixdə, daha sonra isə xx.xx.2017-ci il, xx.xx.2019-cu il və sonuncu dəfə xx.xx.2019-cu il tarixlərdə şöbənin icraatına daxil olmuşdur. Sözügedən icra sənədi iki dəfə 70.4-cü maddəsinə əsasən, bir dəfə isə tələbkarın ərizəsinə əsasən məhkəməyə icrasız geri qaytarılmışdır. Cavabdeh Milli Hidrometrologiya Departamentinin ötən müddət ərzində cavab məktublarında icra edə bilməməsinin əsas səbəbi kimi Sumqayıt yolu 6 ünvanda yerləşən 5 mərtəbəli 2 bloklu yaşayış binasının mənzillərinin 1996-1997-ci illərdə Hidrometrologiya Komitəsi və Binəqədu Rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyatda olan və Komitədə işləyən işçilərə daimi order verməklə paylandığı, sonradan isə sakinlər tərəfindən mənzillər şəxsi mülkiyyətə çevrilmişdir. Həmin yaşayış binasında və 2 mərtəbəli inzibati binalarda yaşayış üçün boş mənzil olmadığı bildirilmişdir. Lakin tələbkar qeyd olunanlarla razılaşmamışdır. Bildirmişdir ki, cavabdeh tərəfindən icra sənədinin icrası üzrsüz səbəbdən icra olunmur. Belə ki, cavabdeh təşkilatla aralarında dəfələrlə razılıq əldə olunsa da, buna əməl olunmamış, cavabdeh təşkilatın cavab məktublarında qeyd etdiyi yaşayış binası 2 blokdan 26 mənzildən ibarət olduğu, 16 ailə daimi orderlə yaşadığı,, həmin binanın ikinci mərtəbəsində 2 otaqda Zəngilan rayonundan 1 ailə məcburi köçkün kimi 1993-cü ildən müvəqqəti məskunlaşmış olduğu bildirilsə də,, tələbkarın müraciəti ilə Nərimanov rayon icra şöbəsinin əməkdaşları ilə birgə Sumqayıt yolu 6 ünvanda yerləşən 5 mərtəbəli 2 bloklu yaşayış binasına baxış keçirən zaman həmin binada məcburi köçkün olmadığı icra şöbəsi tərəfindən müəyyən olunmuşdur. Qeyd olunan əsaslara görə tələbkar müraciətində həmin binanın ikinci mərtəbəsində 2 otaqda 1993-cü ildən müvəqqəti məskunlaşmış Zəngilan rayonundan 1 ailə məcburi köçkün köçsə də, sözügedən mənzilin ona verilməməsini əsas gətirərək digər şəxs tərəfindən özgəninkiləşdirildiyini bildirmişdir. Buna görə də cavabdeh barəsində inzibati protokol tərtib edilməsini xahiş etmişdir. İcra sənədinin icrası ilə bağlı cavabdeh təşkilata göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq icra sənədinin müsbət həlli yönündə icrasını tapmamışdır. İcra sənədinin icrasının təmini məqsədilə borclu təşkilatın rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixdə inzibati protokol veriləcəyi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh təşkilatın direktoru Şəxs xəbərdarlığa münasibətdə xx.xx.2022-ci il tarixdə şöbəyə eyni məzmunlu cavab məktubu ünvanlayaraq məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2016-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 17/69-№-9819-13 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Milli Hidrometrologiya Departamentinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1219/2007 nömrəli, 31,08.2007-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2-1219/2007 nömrəli 31 avqust 2007-ci il tarixli qərardadının “qərara aldı” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilmiş; Milli Hidrometeorologiya Departamenti Sumqayıt yolu 6 ünvanında yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı birini boşaltdığı andan sonra Zərərçəkmiş şəxs 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanan 20/85 nömrəli, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, 5 mərtəbəli 2 bloklu yaşayış binasının mənzilləri 1996-1997-ci illər Hidrometeorologiya Komitəsi və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyatda olan və Komitədə işləyən işçilərə daimi order verməklə paylanmışdır. Sonradan sakinlər tərəfindən mənzillər şəxsi mülkiyyətə çevrilmişdir. Halhazırda binada 26 sakin yaşayır. Həmin yaşayış binasında və mərtəbəli inzibati binalarda hal-hazırda yaşayış üçün boş mənzil (yer) yoxdur. Binəqədi rayon Sumqayıt yolu 6 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binası haqqında məlumatdan görünür ki, 5 mərtəbəli yaşayış binası2 blokdan 26 mənzildən ibarətdir. 1-ci blokda 10 mənzil var və hər biri 5 otaqdan ibarətdir. 10 ailə daimi orderlə yaşayır. 2-ci blokda 6 mənzil var. 3 mənzil 5 otaqdan, 5 mənzil 4 otaqdan, 2 mənzil 3 otaqdan, 3 mənzil 2 otaqdan, 3 mənzil 1 otaqdan ibarətdir. 16 ailə daimi orderlə yaşayır. Həmin binanın 2-ci mərtəbəsində 2 otaqda Zəngilan rayonundan 1 ailə məcburi köçkün kimi 1993-cü ildən müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Nərimanov Rayon İcra Şöbəsinə ünvanlanan 20/1062 nömrəli, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Sumqayıt yolu 6 ünvanda yerləşən X1 Müəssisəsinin balansında olan 5 mərtəbəli yaşayış binası və məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli inzibati binada hal-hazırda yaşayış üçün boş mənzil yoxdur. Qeyd olunan səbəbdən tələbkar Zərərçəkmiş şəxs mənzillə təmin edilməsi qeyrimümkündür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materiallarında olan izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, borclu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Belə ki, icra sənədinin icrası üzrlü səbəblərdən mümkün olmamışdır. Hazırki tarixədək borclu tərəfindən məhkəmə qətnaməsi tam şəkildə icra edilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, Şəxs icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Bununla da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin bütün əlamətlərinin olması, habelə icra sənədini icra etməkdən qərəzli olaraq yayınma hərəkətləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs tərəfindən icra sənədi üzrlü səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3271/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3271/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver