Məhkəmə qərarları › İş №3(005)-3271/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3271/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3271/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 00100-02715/24 nömrəli, 04 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “Bakı KOB” gömrük postundan daxil olmuş 3-33-1100/026/021920 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən 10 avqust 2024-cü il tarixdə 12:35 radələrində Bakı Baş Gömrük İdarəsinin “Bakı KOB” gömrük postunun anbarında Çin Xalq Respublikasından ayrı-ayrı şəxslərə məxsus “ASE MMC” tərəfindən gətirilən yükləri “Hİ-SCAN 100100-2İS pro” markalı rentgen qurğusu tətbiq edilməklə Skanlasdırma şöbəsinin əməkdaşı “Bakı Baş Gömrük İdarəsinin “Bakı KOB” gömrük postuna təhkim olunmuş Cəfərov Elçin tərəfindən gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı, sözügedən rentgen qurğusunun monitorunda yoxlanılan Gədəbəy rayonu, X3 küçəsində yaşayan vətəndaş Şəxs məxsus bağlamada şübhəli cizgilər göründüyündən həmin bağlamalara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə həmin bağlamalarda gömrük orqanına “telefon və telefon üçün aksesuarlar digər” adı altında bəyan edilən məhsulların içərisində gömrük orqanına bəyan edilməyən 42 ədəd “qol saatı” aşkar edilmişdir və bu barədə xx.xx.2024-cü il tarixdə protokol tərtib olunmuşdur. Fiziki şəxs X4 tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri işin halları ilə uyqun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı gömrük orqanına bəyan edilməyən 42 ədəd qol saatının xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin müəyyən edilməsi xx.xx.2024-cü il tarixli “əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında” Qərardad əsasında 3-33-1100/2- 005130/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinə müraciət edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 132 nömrəli ekspertiza rəyinə əsasən xx.xx.2024-cü il tarixə 1 ədəd qol saatının orta bazar qiyməti 3.80 manat olmaqla 42 ədədinin orta bazar qiyməti 159.60 (bir yüz əlli doqquz manat altmış qəpik) manat müəyyən edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Eyni zamanda Şəxs məhkəməyə teleqram ünvanlayaraq anlayışı olmadığı üçün gömrükdən vurduğu malları səhf bəyan etmiş, malların dövlətə keçməyinə heç bir narazılığı yoxdur, məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “Bakı KOB” gömrük postundan daxil olmuş 3-33- 1100/026/021920 saylı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 10 avqust 2024-cü il tarixdə 12:35 radələrində Bakı Baş Gömrük İdarəsinin “Bakı KOB” gömrük postunun anbarında Çin Xalq Respublikasından ayrı-ayrı şəxslərə məxsus “ASE MMC” tərəfindən gətirilən yükləri “Hl-SCAN 100100-2İS pro” markalı rentgen qurğusu tətbiq edilməklə Skanlaşdırma şöbəsinin əməkdaşı “Bakı Baş Gömrük İdarəsinin “Bakı KOB” gömrük postuna təhkim olunmuş Cəfərov Elçin tərəfindən gömrük yoxlaması aparılmışdır. Yoxlama zamanı, sözügedən rentgen qurğusunun monitorunda yoxlanılan Gədəbəy rayonu, X3 küçəsində yaşayan vətəndaş Şəxs məxsus bağlamada şübhəli cizgilər göründüyündən həmin bağlamalara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə həmin bağlamalarda gömrük orqanına “telefon və telefon üçün aksesuarlar digər” adı altında bəyan edilən məhsulların içərisində gömrük orqanına bəyan edilməyən 42 ədəd “qol saatı” aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş “Yoxlama aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən, GE**********262 nömrəli izləmə kodu ilə göndərilmiş malları ünvan 1 ünvanında yerləşən “Bakı KOB” gömrük postunun anbarında “Hİ-SCAN 100100-2İS pro markalı rentgen qurğusundan keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edildiyindən həmin bağlamalara fiziki yoxlanış həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənayə Palatasının “Azərekspertiza” Birliyinin 04 sentyabr 2024-cü il tarixli, 132 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan, 1 ədəd qol saatın xx.xx.2024-cü il tarixə orta bazar dəyəri 3,80 AZN (üç manat səksən qəpik) olmaqla ümumilikdə 42 ədəd qol saatın orta bazar qiyməti cəmi 159.6 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “Bakı KOB” gömrük postunun anbarında yoxlama aparılan zaman Şəxs gömrük orqanına “telefon və telefon üçün aksesuarlar digər” adı altında bəyan edilən məhsulların içərisində gömrük orqanına bəyan edilməyən 42 ədəd “qol saatı” aşkar edilmişdir. Bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri Şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İXM-in 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 159.6 manatın 40 (qırx) faizi, yəni 63.84 (altmış üç manat səksən dörd qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar