Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3272/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə 00100-2110/22 nömrəli 07 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Səlahiyyətli orqana və barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 oktyabr 2022-ci il tarixli, 00100-2110/22 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Geofizika və Geologiya idarəsi” tərəfindən **********0410 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasına gətirilmiş yüklərin bir hissəsi müvəqqəti idxal müddəti başa çatanadək Azərbaycan Respublikasından geriyə aparılsa da, **********0410 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 10-cu mal mövqeyində bəyan edilmiş 1 ədəd “Şelf-1 markalı kiçik ölçülü katamaran gəmi üçün dizellə çalışan mühərrik" yükü və gömrük bəyannaməsinin 11-ci mal mövqeyində bəyan edilmiş 3 ədəd “Şelf-1 markalı kiçik ölçülü katamaran gəmi üçün işıqlandırma avadanlıqları” müvəqqəti idxal müddəti başa çatanadək müvəqqəti idxal müddətinin uzadılması, digər gömrük prosedurunda rəsmiləşdirilməsi və ya gömrük ərazisindən aparılması barədə gömrük orqanına heç bir müraciət daxil olmamış, həmçinin, araşdırma zamanı sözügedən malların müvəqqəti idxal müddəti basa çatdıqdan təxminən 11 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə qeyd edilən malların Qazaxıstan Respublikasına ixrac olunması üçün Bakı Baş Gömrük İdarəsinə **********5355 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyi aşkar edilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar “Geofizika və Geologiya İdarəsinin” etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmış, o, izahatında nümayəndəsi olduğu İdarəsi tərəfindən **********0410 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin 2019-cu il tarixdə "Geofizika və Geologiya idarəsi” tərəfindən müvəqqəti idxal edilmiş 1 ədəd “Şelf-1" markalı kiçik ölçülü katamaran gəmidə istifadə olunmaq üçün Azərbaycan Respublikasına gətirildiyini, qeyd edilən mühərrikin və avadanlıqların gömrük ərazisində qalma müddətinin xx.xx.2021-ci il tarixdə başa çatdığı barədə əvvəlcədən məlumatlı olduqlarını, belə ki, həmin gəmi Geofizika və Geologiya İdarəsi ilə “Azneft” İB arasında bağlanılmış müqaviləyə və Geofizika və Geologiya idarəsinin 2022ci il üçün illik iş proqramına əsasən Sərgi Abşeron NQR-in Neft Daşları-Palçıq Pilpiləsi sahəsində üçölçülü (3D) seysmik kəşfiyyat işlərinin davam etdirilməsi üçün dəniz islərinin başlanması ilə əlaqədar olaraq istifadə edildiyinə görə müvəqqəti idxal müddəti basa çatanadək Azərbaycan Respublikasından kənara çıxarılmadığını, bu səbəbdən qeyd edilən avadanlıqların da müəyyən olunmuş müddətdə Azərbaycan Respublikasından göndərilmədiyini, eyni zamanda artıq qeyd edilən mühərrikin və avadanlıqların Qazaxıstan Respublikasına ixrac olunması üçün Bakı Baş Gömrük idarəsinə **********5355 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı “Geofizika və Geologiya idarəsi” tərəfindən **********0410 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2021-ci il tarixdə basa çatdığı, sözügedən malların Qazaxıstan Respublikasına göndərilməsi ilə bağlı İdarə tərəfindən təxminən 11 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə Bakı Bas Gömrük idarəsinə **********5355 sorğu nömrəli gömrük bəyannaməsinin verildiyi, nəticədə “Geofizika və Geologiya İdarəsi” tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tələblərinin pozulduğu, həmçinin, **********0410 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsinin 10-cu və 11-ci mal mövqeyində bəyan edilərək müvəqqəti idxal edilmiş malların dəyərinin gömrük bəyannaməsinə əsasən 5610,00 manat olduğu məlum olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi elan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması inzibati məsuliyyət varadır. İş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin rəisinin birinci müavininə ünvanlanmış raportdan görünür ki, "GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİ" tərəfindən **********0410 saylı GB-ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2021-ci il tarixində bitmiş və bununla əlaqədar 34/012/030058 saylı raport yazılmışdır. Sonradan "GEOFİZİKA VƏ GEOLOGİYA İDARƏSİ" **********0410 saylı GB- ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin GB-nin 1-9 mal mövqeyindəki yükləri **********0532 saylı GB-yə əsasən geriyə təkrar ixrac etmiş, GB-nin 10,11 mal mövqeyindəki yükləri geriyə təkrar ixrac etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə **********5355 saylı GB tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müvafiq tədbir görülməsi üçün sərancam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən GB-nin 10,11 mal mövqeyindəki yüklərin müvəqqəti idxal müddətinin son tarixi xx.xx.2021-ci il tarixdir. Yuxarıda sadalananlardan müəyyən edilir ki, inzibati xəta hadisəsi xx.xx.2021-ci il tarixdə törədilmişdir, inzibati xəta haqqında material inzibati xətanın törədildiyi vaxtdan 1 ildən sonra Bakı şəhəri Nərimanov rayon məhkəməsinə daxil olmuşdur. İşə məhkəmədə baxılan zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsindən 01 ildən artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3272/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3272/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver