Məhkəmə qərarları › İş №3(005)-328/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-328/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-328/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X6, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinmiş və inzibati xətanın bilavasitə obyekti olan 18993,30 manat qiymətində olan malların dəyərinin qırx faizi, yəni 7597,32 manat inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı əsassızdır. Odur ki, həmin qərar ləğv edilərək, X5 barəsində inzibati icraata xitam verilməsi barəsində qərar qəbul edilməlidir. Belə ki, Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinməsi əsası kimi ona istinad olunmuşdur ki, guya X5 idarə etdiyi «İveco» markalı, ** XN *** dövlət qeydiyyat nişanlı yük avtmobilinə qoşulmuş «Hambaur» markalı ** ZS *** nömrə nişanlı qoşquda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ərzaq yüklərinin arasında, geyim əşyalarının ciblərində ümumilikdə 18993,30 manat dəyərində 74 adda bioloji fəallığa malik qida əlavələri, 12 adda tibbi ləvazimatlar, 120 ədəd tibbi maska, 1 ədəd üzərində «Maginon QS-70SE Wifi» sözləri yazılmış kamera ilə təhciz edilmiş dron, 1 ədəd «Honor HRY LX 1», 1 ədəd «İphone 11 64 GB», 1 ədəd İphone 5s», 1 ədəd «Samsung A41 SM A415F/DNS 64 GB» və 1 ədəd «Samsung SM G965F/DS» markalı mobil telefonlar, 1 ədəd «MFİ432NF/A İpad mini» markalı tablet, 1 ədəd «SCALA» markalı və 1 ədəd «MBA» markalı «Mondial» modelli inqalyasiya aparatı, 1 ədəd inqalyasiya başlığı və borusu dəsti, 1 ədəd «Medsina» markalı inqalyasiya aparat kompressoru və 2 ədəd «Robot Roomba 976» markalı robot toz sorandan ibarət malları 02 fevral 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsində dövlət sərhədini keçirərkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Göstərilən qərarın qəbul edilməsi əsası kimi həmçinin H.Məmmədovun etirafedici ifadəsinə istinad edilmişdir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin 1(002)-378/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qərarı ilə X5 barəsində «8 Noyabr - Zəfər günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında» Milli Məclisin qərarı tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 200-1.2.3-cü maddəsi ilə cinayət, məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, H.Məmmədovun əməli cinayət əməli kimi qiymətləndirilmiş və onun barəsində «8 Noyabr - Zəfər günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında» Milli Məclisin qərarı tətbiq edilərək o, Azərbaycan Respublikası CM-nin 200-1.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Odur ki, işin bu cür halında eyni bir əməl həm cinayət əməli və həm də inzabati xəta kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, inzibati tənbeh tətbiq etmə haqqında qərardan göründüyü kimi, H.Məmmədovun barəsində inzibati icraat aparılması əsası kimi, X2 idarə etdiyi «İveco» markalı, ** XN *** dövlət qeydiyyat nişanlı yük avtmobilinə qoşulmuş «Hambaur» markalı ** ZS *** nömrə nişanlı qoşquda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ərzaq yüklərinin arasında, geyim əşyalarının ciblərində ümumilikdə 18993,30 manat dəyərində malları 02 fevral 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsində dövlət sərhədini keçirərkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəhzarətindən gizli keçirməsinə əsaslanmaqla H.Məmmədov barədə inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, törədilmiş əməl cinayət əməli kimi qiymətləndirilmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək yerilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd edilənlərə əsasən, Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və X5 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X8 verilmiş şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, X5 idarə etdiyi «İveco» markalı, ** XN *** dövlət qeydiyyat nişanlı yük avtmobilinə qoşulmuş «Hambaur» markalı ** ZS *** nömrə nişanlı qoşquda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ərzaq yüklərinin arasında, geyim əşyalarının ciblərində ümumilikdə 18993,30 manat dəyərində 74 adda bioloji fəallığa malik qida əlavələri, 12 adda tibbi ləvazimatlar, 120 ədəd tibbi maska, 1 ədəd üzərində «Maginon QS-70SE Wifi» sözləri yazılmış kamera ilə təhciz edilmiş dron, 1 ədəd «Honor HRY LX 1», 1 ədəd «İphone 11 64 GB», 1 ədəd İphone 5s», 1 ədəd «Samsung A41 SM A415F/DNS 64 GB» və 1 ədəd «Samsung SM G965F/DS» markalı mobil telefonlar, 1 ədəd «MFİ432NF/A İpad mini» markalı tablet, 1 ədəd «SCALA» markalı və 1 ədəd «MBA» markalı «Mondial» modelli inqalyasiya aparatı, 1 ədəd inqalyasiya başlığı və borusu dəsti, 1 ədəd «Medsina» markalı inqalyasiya aparat kompressoru və 2 ədəd «Robot Roomba 976» markalı robot toz sorandan ibarət malları 02 fevral 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsində dövlət sərhədini keçirərkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarında göstərilən əməlin predmeti, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli qərarında göstərilən əməlin predmetindən tamamilə fərqlənir. Qeyd edilən səbəbdən şikayət əsassızdır. Göründüyü kimi, törədilmiş əməllərin tərkiblərini eyniləşdirmək mümkün deyil. Başqa sözlə, qanunvericilik, dərman vasitələrinin qanunsuz dövriyyəsini, digər məhsulların qanunsuz dövriyyəsindən fərqləndirir. Qeyd edilənləri nəzərə alaraq, şikayətin təmin olunmaması, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş etmişdir. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət əsassızdır, buna görə də təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 12 oktyabr 2021-ci il tarixli, 00100-2004/21 saylı protokoldan görünür ki, X5 idarə etdiyi «İveco» markalı, ** XN *** dövlət qeydiyyat nişanlı yük avtmobilinə qoşulmuş «Hambaur» markalı ** ZS *** nömrə nişanlı qoşquda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ərzaq yüklərinin arasında, geyim əşyalarının ciblərində ümumilikdə 18993,30 manat dəyərində 74 adda bioloji fəallığa malik qida əlavələri, 12 adda tibbi ləvazimatlar, 120 ədəd tibbi maska, 1 ədəd üzərində «Maginon QS-70SE Wifi» sözləri yazılmış kamera ilə təhciz edilmiş dron, 1 ədəd «Honor HRY LX 1», 1 ədəd «İphone 11 64 GB», 1 ədəd İphone 5s», 1 ədəd «Samsung A41 SM A415F/DNS 64 GB» və 1 ədəd «Samsung SM G965F/DS» markalı mobil telefonlar, 1 ədəd «MFİ432NF/A İpad mini» markalı tablet, 1 ədəd «SCALA» markalı və 1 ədəd «MBA» markalı «Mondial» modelli inqalyasiya aparatı, 1 ədəd inqalyasiya başlığı və borusu dəsti, 1 ədəd «Medsina» markalı inqalyasiya aparat kompressoru və 2 ədəd «Robot Roomba 976» markalı robot toz sorandan ibarət malları 02 fevral 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsində dövlət sərhədini keçirərkən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati tənbeh vermə haqqında” 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 nömrəli qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinməsi və inzibati xətanın bilavasitə obyekti olan 18993,30 manat qiymətində olan malların dəyərinin qırx faizi, yəni 7597,32 manat inzibati cərimə növündə tənbeh tətbiq edilməsi, inzibati xətanın bilavasitə obyekti olan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi, bu mallara görə gömrük ödənişləri alınmaqla vurulmuş maddi ziyanın aradan qaldırılması və rəsmiləşdirimə başa çatdırıldıqdan sonra malların qanuni sahibinə qaytarılması qərara alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(002)- 378/2021 saylı qərarından görünür ki, X5 barəsində “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” Milli Məclisin qərarının tətbiq edilməsi və onun Azərbaycan Respublikası CM-nin 200-1.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X5 tərəfindən malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə keçirilməsi xətasını törətmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədilməsi faktına görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və X2 barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda daxil olmuş məlumat əsasında səlahiyyətli vəzifəli şəxs tərəfindən araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, şikayətin dəlillərinə münasibətdə qeyd ki, X5 dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə yanaşı inzibati xəta haqqında protokolda göstərilən, dərman vasitəsi hesab olunmayan malları gömrük nəzarətindən gizlədilməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Qanunvericiliyin məzmunundan görünür ki, malların gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi özünün predmeti ilə yanaşı həm də, obyektiv cəhətinin xüsusiyyətləri baxımından Azərbaycan Respublikası CM-nin 200-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlindən fərqlənir. Belə ki, CM-nin 200-1-ci maddəsi dərman vasitələrinin qanunsuz dövriyyəsinə, yəni qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməyən dərman vasitələrinin saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalına görə cinayət məsuliyyəti müəyyən edir. Doğrudur, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə belə dərman vasitələrinin dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi də qeyd olunan məhsulların növündən və dəyərindən asılı olaraq CM-nin 206-cı maddəsi ilə yanaşı həm də müvafiq olaraq CM-nin 200 və ya 200-1-ci maddələri ilə tövsif edilir (Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarı). Lakin, hazırki işin mübahisəsiz hallarından görünür ki, inzibati xəta haqqında protokol dərman vasitəsi hesab olunmayan malların gömrük nəzarətindən gizlədilməklə gömrük sərhədindən keçirilməsinə görə tərtib edilmişdir. Başqa sözlə, İnzibati Xətalar Məcəlləsinin “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar”ı tənzimləyən fəsli yalnız malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar qanunsuz olaraq keçirilməsinə görə inzibati məsuliyyət müəyyən etmişdir. Belə olan halda, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan haqlı olaraq X3 dərman vasitələri hesab olunmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə görə inzibati məsuliyyətə cəlb etmişdir. X5 hazırki halda dərman vasitələri hesab edilməyən malların yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə olan təqdirdə, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilməsi, onun eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi X2 Azərbaycan Respublikası İXM-nin 480ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X5 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 saylı qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 15 oktyabr 2021-ci il tarixli, 00100/1980 saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar