Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3292/2021 14.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, zərərşəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zərdab rayonu, Təzəkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 23 oktyabr 2021-ci il tarixli qərarından və 17 noyabr 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.09.2021-ci il tarixdə saat 12:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2107” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən Çermet adı ilə tanınan körpünün üzərində hərəkətini sağ zolaqla təxminən 50-60 km/saat sürətlə davam etdirib, artıq körpüdən endiyi zaman “X6” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərini pozaraq qarşısında eyni zolaqda tıxacla əlaqədar dayanmış “QAZ 33021” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə avtomobildə olan atası X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında göstərdi ki, 27.09.2021-ci il tarixdə saat 12:00 radələrində o atası X3 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, 1998-ci il buraxılışlı “Vaz 2107” minik markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən qeyd olunan prospektdə yerləşən Çermet adı ilə tanınan körpünün üzərində hərəkətini sağ zolaqla təxminən 50-60 km/saat sürətlə davam etdirib, artıq körpüdən endiyi zaman diqqətsizlik etmiş, qarşısında eyni zolaqda tıxacla əlaqədar QAZ 33021 markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını gec görmüş, idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyyatsızlıqdan həmin avtomboilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən avtomobilin ön sərnişin oturacağında sərnişin qismində olan atası X5 xəsarət almışdır. Bu səbəbdən o Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi. Bir neçə dəqiqə sonra hadisə yerində TTYS-nin həkimləri yaxınlaşaraq atasını müayinə etmişlər. Müayinələr zamanı atasının ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, 27.09.2021ci il tarixdə saat 12:00 radələrində o, oğlu X5 ilə birlikdə sonuncunun idarə etdiyi, ona məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, 1998-ci il buraxılışlı “Vaz 2107” minik markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 20 Yanvar dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən qeyd olunan prospektdə yerləşən Çermet adı ilə tanınan körpünün üzərində olduqları zaman Ruslan diqqətsizlik etmiş, qarşılarında eyni zolaqda tıxacla əlaqədar dayanan “QAZ 33021” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən o, yüngül əzilmişdir. Bu səbəbdən oğlu Səhiyyə Nazirliyinin 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerində TTYS-nin həkimləri yaxınlaşaraq onu müayinə etmişlər. Müayinələr zamanı onun ciddi bir xəsarət almadığı müəyyən edilmişdir. Oğlu Şəxs qarşı şikayət və tələbi yoxdur, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27.09.2021-ci il tarixdə saat 12:20-də ƏÇPA-nm 1-ci PB-nin əməkdaşı Nərimanov RPİ-nin Növbətçi Hissəsinə məlumat verərək, Çermet körpüsünün yaxınlığında baş vermiş YNH-si zamanı xəsarət alan şəxsin olmasını bildirmişdir. Daxil olmuş məlumat xarakterli raport 27.09.2021-ci il tarixdə Nərimanov RPİ-nin “Cinayətlər barədə ərizə və məlumatların qeydiyyatı kitabında HK-1/852 sıra sayı ilə qeydə alınaraq araşdırma aparılmasından ötrü Orxan Məmmədovun icraatına daxil olmuşdur; 2/27784 nömrəli, 27 sentyabr 2021-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ 2 saylı asan xidmət tərəfindən verilmiş AC 358075 nömrəli, 22 fevral 2018-ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 19 oktyabr 2021-ci il tarixli, 362-MEŞ saylı rəyindən görünür ki, X1 adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər “Sağ almacıq nahiyyəsinin əzilmiş yarası və baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarət küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsinə göstərilən şəraitdə, yəni 27.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-483 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını, zərrəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3292/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3292/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver