Məhkəmə qərarları › İş №3(005)-3292/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3292/2022

25.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3292/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov RPİ-nin X8 Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Nərimanov RPİ TŞ-nin baş təhqiqatçısı S.Cəfərovun 1443 nömrəli rədd materialının qərarına əsasən sürücü Şəxs YHQ pozaraq piyada X2 vuraraq sağlamlığına “yüngül” dərəcəli bədən xəsarəti yetirib Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilir: xx.xx.2022-ci il tarixli, HK-1 № 872 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 16:45-də Bakı şəhəri BPİ - nin DYPİ - nin NH-dən İbrahimov məlumat verərək, Z.Bünyadov prospektində iki avtomobil toqquşması nəticəsində xəsarət alan olmasını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məlumatın “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında” qeydiyyata alınaraq araşdırılması məqsədilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2022-ci il tarixli 2/26423 nömrəli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs ayıq olmuşdur. Aparılan araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Tayota Prius» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə metronun Koroğlu stansiyası istiqamətində 60-70 km/saat sürətlə hərəkətdə olarkən nəqliyyat vasitələri arasında düzgün ara məsafəsi saxlamadığından eyni istiqamətdə hərəkətdə olan X3 idarə etdiyi «Mercedes- Benz C230» markalı, 90-K.H-323 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Mercedes-Benz C230» markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır. Aparılan araşdırma zamanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:45 radələrində əri X3 idarə etdiyi «Mercedes-Benz C230» markalı, 90-K.H-323 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhər Nərimanov rayonu Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman onlarla eyni istiqamətdə hərəkətdə olan, sonradan adını öyrəndiyi sürücü Şəxs idarə etdiyi «Tayota Prius» markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların avtomobilini arxa hissədən vuraraq toqquşmuşdur. Nəticədə o xəsarət alaraq özünü pis hiss etmişdir. Bu səbəbdən də təcili-tibbi yardıma müraciət etmişdir. Tibbi Mərkəzdə ona tibbi yardım göstərmiş və sonradan evə buraxmışlar. Hazırda ev şəraitində müalicə alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 848 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X2 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol dirsək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması, boynun sağ yan səthinin əzələ - bağ aparatının gərilməsi, sol bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, yol nəqliyyatı hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi, sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü materialların inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət və protest verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar