Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3294/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə 22 noyabr 2021-ci il tarixli, 00100-2371/2021 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən müvəqqəti idxal gömrük prosedura altında yerləşdirilmiş malların ixrac müddətinin bitməsinə baxmayaq, həmin malların müvəqqəti ixrac müddətinin uzadılması ilə bağlı 1 ay 28 gün gecikmə ilə gömrük idarəsinə müraciət etmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin məhkəməyə ünvanladığı 09.12.2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti 83A ünvanında qeydiyyatda olan SOCAR-ın Geofizika və geologiya İdarəsinin (VÖEN **********) ünvanına Qazaxıstandan 753EAZ12 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mal (seysmik məlumatların toplanması üçün modullu telemetriya sistemi üçün ehtiyyat hissələri)**********00410 sorğu nömrəli 17.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 17.10.2021 -ci il tarixinədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük poseduru altında yerləşdirilmiş, Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində seysmik kəşfiyyat işlərinin görülməsi məqsədi ilə müvvəqəti olaraq Azərbaycan Respublikasına gətirilmişdir. Qeyd olunan mal gömrük bəyannaməsi rəsmiləşdirilməklə 30.11.2021-ci il tarixində müəyyən olunmuş müddətdən bir qədər gec olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən geri qaytarılmışdır. Bakı Baş Gömrük idarəsi 22 noyabr tarixində inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibatı araşdırma haqqında Qərardad çıxarmış, Geofizika və geologiya İdarəsinin AR inzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş İnzibati xəta törətməsi barədə 00100-2371/21 nömrəli İnzibati xəta haqqında Protokol tərtib etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ünvan 3 ünvanında qeydiyyatda olan ARDNŞ-nin Geofizika və Geologiya idarəsinin (VÖEN:**********) ünvanına Qazaxıstandan 753EAZ12 nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallar **********0410 sorğu nömrəli, 17.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 17.10 2021-ci il tarixədək 1 (bir) il müddətinə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Gömrük Xidmətinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, **********0410 sorğu nömrəli 17.10.2020-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti idxal müddətinin son tarixi 17.10.2021-ci il tarixi müəyyən edilmişdir. Lakin, müvəqqəti idxal müddətinin 17.10.2021-ci il tarixində bitməsinə baxmayaraq **********0410 sorğu nömrəli 17.10.2020-ci H tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların müvəqqəti idxal müddəti bitməmiş ARDNŞ-nin Geofizika və Geologiya idarəsi tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması, müvəqqəti idxal müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan sənədlərlə, habelə hüquqi şəxsin nümayəndəsinin inzibati araşdırma zamanı səlahiyyətli orqana inzibati xətaya hüquqi şəxs tərəfindən yol verilməsini təsdiq edən etirafedici izahatı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən malların müvəqqəti idxal müddətinin 17.10.2021-ci il tarixdə bitməsinə baxmayaraq idarə tərəfindən həmin müddətin uzadılması ilə bağlı yalnız 1 ay 02 gün sonra, yəni 19.11.2021-ci il tarixdə gömrük idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 499.1.3-cü maddəsinə əsasən bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 2000 (iki) min manat məbləğində inzibati cərimə növündə tənbeh edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3294/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3294/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver