Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-33/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İnzibati protokol tərtib etmiş qurum - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X7 ” Tresti MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02691/22 nömrəli, 12 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı səhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ev 105-də qeydiyyatda olan Şəxs MMC-nin ünvanına “AO Pervouralskiy novotrubniy” şirkətindən göndərilmiş yüklər xx.xx.2022-ci il tarixli **********2836 sorğu nömrəsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmiş, lakin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edilərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da “X8” Tresti MMC barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək Şəxs MMC tərəfindən elektron qaydada qısa idxal bəyyənnaməsi qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən bu barədə araşdırma aparılmış və protokol tərtib edilmişdir. Müəssisə barəsində müvafiq qərarın qəbulmedilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X8” Tresti MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, AO “Pervouralskiy novotrubniy zavod”dan göndərilən mallar 56266067 nömrəli nəqliyyat vasitəsilə xx.xx.2022-ci ildə “Yalama” gömrük postundan keçməklə Azərbaycan ərazisinə gətirilmişdir. Beləliklə, mallar xx.xx.2022-ci ildə ölkə ərazisinə gətirilsə də, 00100-02691/22 nömrəli protokol xx.xx.2022ci il tarixdə, yəni 50 gün sonra tərtib edilmişdir. Bu da öz növbəsində İXM-də 101.1, 101.2, 101.3, 102.5-ci maddədə qeyd edilən müddətlərin ötürülməsi anlamına gəlir. Maraqlı cəhət budur ki, İXM-in 102.5-ci maddəsinə uyğun olaraq iş materiallarında müddətin uzadılması barədə vəsatət və səlahiyyətli şəxsin müddətin uzadılması barədə göstərişi (qərarı) yoxdur. Ehtimal etmək olar ki, X. Hüseynəliyev belə bir vəsatət yazmamışdır və belə bir vəsatətin yazılması üçün onun heç bir hüquqi və faktiki əsas olmamışdır. Bu da öz növbəsində “cərimə yazılması naminə cərimə yazmaq” təəssüratı yarada bilər. Yuxarıda qeyd edilən hallardan açıq-aşkar göründüyü kimi X. Hüseynəliyev protokolun tərtib edilmə müddətini ötürmüşdür. Bundan əlavə iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, 00100-02691/22 nömrəli protokolda KQİT-nin nümayəndəsinin niyə imzalamadığı barədə heç bir qeyd etməməklə gömrük təhqiqatçısı protokolun tərtib edilmə qaydasını pozmuşdur. Beləliklə də, protokolun geri qaytarılması üçün hüquqi və faktiki əsas yaranmışdır. Qeyd olunnanların nəzərə alınmasını və izibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs ünvanına xx.xx.2022-ci il tarixində 56266067 nömrəli vaqon ilə ölkə ərazisinə daxil olmuş **********2836 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi tərtib olunmaması və bununla bağlı araşdırmanın başlanılması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli **********2836 nömrəli gömrük bəyənnaməsindən aydın olur ki, bəyənnamənin 40-ci qrafasında qısa idxal bəyyənnaməsinin verilməsi qeyd edilməmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan nəqliyyat vasitəsi barədə protokoldan görünür ki, “X8” Tresti MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə 56266067 qeydiyyat nişanlı nəqliyyat vasitə ilə Şəxs-nin ünvanına göndərilən mallar xx.xx.2022-ci il tarixində 10:23 radələrində Şimali Ərazi Baş Gömrük İdarəsinin Yalama gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinə dair qısa idxal bəyannaməsi tərtib olunmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 29 noyabr 2022-ci il tarixli və 05 dekabr 2022-ci il tarixli məktubunlarına əsasən Şəxs MMCnin rəhbərliyinə müraciət olunaraq gömrük orqanına elektron formada qısa idxal bəyənnaməsi verilməməsi faktına görə araşdırmanın aparıldığı və bununla bağlı nümayəndəsinin Bakı Baş Gömrük İdarəsinə çağırıldığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 12 dekabr 2022-ci il tarixli Qərardadına əsasən Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixdə Şəxs MMC barəsində inzibat iş üzrə icraat başa çatdırılmış və həmin tarixdə 00100/02651 nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə Qərardad qəbul olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 12 dekabr 2022-ci il tarixdə Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə tərtib olunmuş protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İXM-nin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Qanunla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, barəsində inzibati protokol tərtib olunan şəxsin nümayəndəsinin çıxışında qısa idxal bəyənnaməsinin tərtib edilməsini təsdiq edən sübutun olmaması əsas gətirilərək məhkəmə müəyyən edir ki, “X8” Tresti MMC tərəfindən bu tələb pozulmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X8” Tresti MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki “X8” Tresti MMC-nin İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X8” Tresti MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-33/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-33/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver