Məhkəmə qərarları › İş №3(005)-3306/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3306/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3306/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində İnzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş 13000-01266/23 nömrəli, 17 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-005627/2023 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, hüquqi səxs "xxxx" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********3747 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 11592,0 ABŞ dolları məbləğində olan mallar konsiqnasiya yolu ilə Türkiyə Respublikasına ixrac edilmişdir. Lakin, raportda həmin malların müqabilində ödənilməli olan vəsaitin müvafiq qaydada hüquqi şəxsin Azərbaycan Respublikasının müvəkkil edilmiş bankdakı hesabına köçürülməsinin təmin edilmədiyi göstərilmişdir. Bu barədə "xxxx" MMC-nin ünvanına 3-33-3200/2-001344/2023 nömrəli, xx.xx.2023 tarixli bildiriş məktubu ünvanlanmasına baxmayaraq, hüquqi səxs tərəfindən müvafiq tədbirlər həyata keçirilməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 bildirdi ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına göndərilən 24 yer, netto çəkisi 22792 kq, invoys dəyəri 11592.0 ABŞ dolları olan “Membran” adlı yük **********3747 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Şəxs MMC-nin direktoru X2 müəyyən gecikmələrin olduğunu və daha sonra xətanın aradan qaldırıldığını bildirmişdir. Bu baxımdan məhkəmədən inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına göndərilən 24 yer, netto çəkisi 22792 kq, invoys dəyəri 11592.0 ABŞ dolları olan “Membran” adlı yük **********3747 sorğu nömrəli gömrük bəyannaməsi ilə ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Həmçinin, bəyannamənin 20-ci qrafasında ödəniş üsulu kimi “002” (malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə) Faktla bağlı, "xxxx" MMC-nin məsul şəxsi ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və şirkətin nümayəndəsi izahat verməsi üçün DNERBGİ-nin Təhqiqat şöbəsinə dəvət edilmişdir. İdarəyə gələn X2 izahat verərək bildirmişdir ki, Türkiyə Respublikasında yerləşən “Artech Metal kimya Sanayi və Ticaret Limited” şirkətinin direktorunun ağır əməliyyat keçirməsi və şirkətin fəaliyyətinin dayanması səbəbindən, qeyd olunan valyuta şirkətin müvəkkil bankdakı hesabına köçürülməmişdir. Lakin, xx.xx.2023-cü il tarixində 5804.73 ABŞ dolları məbləğində valyuta "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi“ qaydalarının 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Buna baxmayaraq daxil olmuş raportda bəyannamənin 20, 24 və 37-ci qrafaları əsas gətirilərək valyutanın bu günədək müvəkkil hesaba daxil olmadığı göstərilmişdir. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs **********3747 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə ixrac edilmiş malların müqabilində milli valyutaya nisbətdə 19706,4 (on doqquz min yeddi yüz qırx) manat təşkil edilən 11592,0 ABŞ dolları xarici valyuta vəsaitini müvəkkil bank hesabına köçürülməsini təmin etməmişdir. Göründüyü kimi, Şəxs MMC ixrac etdiyi məhsulun dəyəri olan 11592,0 ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti 11592,0 ABŞ dolları məbləğinin 30 faizi miqdarında, yəni 3.477,6 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar