Məhkəmə qərarları › İş №3(005)-3308/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3308/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3308/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamverdi qızının katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirıiyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3, Şəxs MMC-nin X1 nümayəndəsinin iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 444.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirıiyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Şəxs MMC barəsində İXM-in 444.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. MN seriyalı ******* nömrəli, 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixində Şəxs MMC tərəfindən qüsurlu malın dəyişdirilməsindən imtina edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 protokola baxılmasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 Şəxs MMC-nin hüquqi ünvanının Nəsimi rayonu olması səbəbilə inzibati materialların aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İş materiallarını araşdırılarkən müəyyən edildi ki, Şəxs MMC barəsində İXM-in 444.2ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2inə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə tərtib MN seriyalı ******* nömrəli, 14 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar