Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-331/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi **-AN-*** dövlət qeydiyyat nişanlı “X4-Prado” markalı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi ilə Q.Qarayev pr. kəsişməsi körpü üstü adlanan ərazidə hərəkətdə olduğu vaxtda foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə tərəfindən çəkilmiş foto və videolar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi (bundan sonra - BDYPİ) həmin tarixdə yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətdiyi qənaətinə gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsini rəhbər tutub xx.xx.2024-cü il tarixində barəsində protokol tərtib etmişdir. Elə həmin gün BDYPİ tərəfindən barəsində EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. BDYPİ qərar qəbul edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) müvafiq normalarının tələblərini pozmuş və bununla da barəsində qanunsuz və əsassız qərar qəbul etmişdir. Lakin BDYPİ onun barəsində qərar qəbul edərkən bu tələbi pozmuşdur. Yuxarıda qeyd etdiyi tarixdə tərəfindən inzibati xəta törədildiyi qənaətinə gəlinsə də, inzibati tənbeh vermə barədə qərar həmin tarixin üzərindən uzun müddət keçdikdən sonra qəbul etmiş və bununla da qanunvericiliyin real vaxt rejimində qərar qəbul edilməsinə dair tələbini pozmuşdur. İnzibati xətalara dair işlərdə real vaxt rejimi ifadəsi özündə xətanın törədildiyi andan sonrakı qısa müddəti ehtiva edir, müvafiq qərar həmin vaxtda, yəni xəta törədildiyi andan qısa müddətdə, dərhal sonra qəbul edilməli və ödəniş sisteminə ötürülməlidir. Cari işdə isə foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələr tərəfindən qeydə alınan məlumatlar real vaxt rejimində ötürülməsinə baxmayaraq. BDYPİ qərarın qəbulunda bu rejimin tələblərinə əməl etməmişdir. "AsanPay" sistemindəki məlumatlar da göstərir ki, törədilmiş xətaya dair məlumat sistemə real vaxt rejimində ötürülüb amma qərarın qəbulunda həmin rejimə riayət olunmayıb. Qanunvericiliyə əsasən elektron qərar real vaxt rejimində tərtib olunmadıqda başlanmış icraata xitam verilməlidir. BDYPİ tərəfindən elektron qərar real vaxt rejimində tərtib olunmadığından iş üzrə icraata xitam verilməli idi. Lakin BDYPİ qanunvericiliyə zidd olaraq barəsində xx.xx.2024-cü il tarixində elektron qərar qəbul etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası DİN-in BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 10 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə-on manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Beləliklə, müəyyən edilir ki, hazırda barəsində şikayət verilmiş qərarda göstərilən hadisə xx.xx.2024-cü il tarixdə törədilmişdir. Lakin həmin hadisəyə görə tərtib edilmiş xx.xx.2024-cü il tarixli elektron protokol isə 3 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə qərara çevrilməklə elektron kabinetdə yerləşdirilməmişdir. Halbuki, İXM-in 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 53.1.6. maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X1 Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 128 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24777764 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-331/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-331/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver