Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3322/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevin 16 oktyabr 2023-cü il tarixli qərarından və 24 oktyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **- KM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə hərəkətdə olan zaman ehtiyatsızlıq edərək düzgün ara məsafəsi seçmədiyinə görə onunla eyni istiqamətdə hərəkətdə olan Toyota Prius **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Toyota Prius markalı **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin xx.xx.1989-cu il təvəllüdlü sərnişin X5 yüngül bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilib izahatında bildirdi ki, xx.xx.2023- cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 08:15 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü Koroğlu metrostansiyası tərəfə hərəkətdə olduğu zaman Ziya Bünyadov prospektində Evro Homenin qarşısında mobil telefona baxdığı üçün fikri yayındığından qarşıda gedən Toyota Prius **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə vurmuşdur. Bundan sonra Nərimanov RPl-də aparılan araşdırmada iştirak etmişdir. O hadisə baş verən zaman təxminən 80 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verən zaman spirtli içkili olmadığını, onun heç bir xəsarəti olmadığını və məhkəmə tibbi ekspertizadan keçmək istəmədiyini, hadisə baş verən zaman onun avtomobilində sərnişin X5 olduğunu bildirmişdi. O, taksi fəaliyyəti ilə məşğul olur və bu fəaliyyətdən əldə etdiyi gəlirdən ailəsinin xərclərini qarşılayır. Əsgərov X3 Şahin Vaqif oğluna dəymiş zərəri sığorta şirkətinin ödəyəcəyini bildirmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alıb barəsində daha yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkən şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təhqiqat araşdırması zamanı vətəndaş X5 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən 08:15 radələrində əyləşdiyi Toyota Prius markalı 77-KM- 981 dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospektində üzü Koroğlu metrostansiyası hərəkətdə olduğu zaman sürücü mobil telefonuna baxdığında qarşısında gedən Toyota Prins markalı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin zaman onun başı avtomobilin alın şüşəsinə dəyərək xəsarət aldığını və bununla bağlı şikayəti olduğunu bildirmişdir. Bundan sonra Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmiş və xəsarəti olduğu üçün MTEdan keçmək istədiyini bildirmişdir. Araşdırma zamanı vətəndaş X7 izahatında bildirmişdir ki, 01.10.2.23-cb il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu bildirib ki, qeyd olunan tarixdə saat təxminən 08:15 radələrində etibarnamə ilə idarə etdiyi Toyota Prius markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə 3-cü zolaqla hərəkət etm ində Evro Home ticarət mərkəzinin qarşısında arxadan gələn Toyota Prius markalı 77-KM-9S1 dövlət qeydiyyat nişanlı avtomobil avtomobilinin arxasından vuraraq avtomobilini əzmişdir. O bildirmişdir ki, onu vuran avtomobildə xəsarət alan sərnişini TTYS-nin həkimi gələrək Sabunçu rayonu, 3 saylı xəstəxanasına aparmışlar. Bundan sonra Nərimanov RPl-də aparılan araşdırmada iştirak etmişdir. O, verilən suallara cavab olaraq hadisə baş verən zaman o, təxminən 60 km/saat sürətlə hərəkət etdiyini, hadisə baş verən zaman spirtli içkili olmadığını, onun heç bir xəsarəti olmadığını və məhkəmə tibbi ekspertizadan keçmək istəmədiyini, hadisə baş verən zaman onun avtomobilində heç bir şəxs olmadığını bildirmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis baş leytenantı Ruslan Qədimov tərəfindən tərtib edilmiş HK 1№ 1121/102-7909 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:02-də, ƏÇPA-nın 9443 çağırışlı naryadı məlumat verərək bildirdi ki, Z.Bünyadov pr-də baş vermiş YNH-si zamanı, “Toyota” markalı **-KM-*** dövlət nömrə nişanlı avtomaşınla, “Toyota” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomaşının toqquşması nəticəsində xəsarət alanın olmasını bildirdi. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AF 020911 nömrəli, xx.xx.2018ci il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 04 oktyabr 2023-cü il tarixli, 1302 nömrəli rəyindən görünür ki, vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarət-başın alın nahiyəsinin əzilmişcırılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL” zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-si vasitəsilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin (Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.) tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 3-cü hissəsinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3322/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3322/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver