Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3324/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X8 və X9 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Protokol Nərimanov RPİ-nin təhqiqatçısı Mirsənan Ağalarovun rədd materialı əsasında tərtib olunub. Proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə proses iştirakçılarının iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1-N 1062/102-9967/ nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:51-də X7 tibb bacısı Səlimova məlumat verərək, K.Kazımzadə küçəsində baş vermiş YNH-si zamanı, xx.xx.2010-cu il təvəllüdlü X8 çənənin əziyi və 2011-ci il təvəllüdlü X1 üz, gicgah nahiyyəsinin xəsarət aldığını bildirmişdir. Qeyd olunan məlumatın “törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında qeydiyyata alınmasına və araşdırılması məqsədilə aidiyyəti üzrə həvalə olnmasına göstəriş verilməsi xahiş olunmuşdur. Araşdırma zamanı Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:10 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kazım Kazımzadə küçəsi ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Nissan Tiida minik” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ara məsafəsini düzgün seçməmişdir belə ki, həmin avtomobil qəfil tormozlanma etmiş lakin o, idarə etdiyi avtomobili saxlaya bilməyərək onunla toqquşmuşdur. Zərbənin təsirindən “Nissan Tiida” markalı avtomobil qarşısında hərəkətdə olan digər “Toyota Prius” markalı avtomobilə, o isə qarşısında hərəkətdə olan “Kia Soul” markalı avtomobilə dəyərək dayanmmışdır. Hadisə baş verən zaman o təxminən 40-50 km/saat sürətlə hərəkət edirmiş. Araşdırma zamanı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:10 radələrində o, özünə məxsus olan “Nissan Tiida minik” markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsində hərəkətdə olan zaman qarşısında gedən avtomobillər svetaforun qırmızı işıqında dayanmışdır. O da svetafora yaxınlaşaraq əvvəl dayanan avtomobilin arxasında dayanmışdır. Bu zaman arxadan gələn “Toyota Prius” markalı **-DB-*** d.q.n-lı avtomobil onun avtomobilinin arxa hisəsindən vurmuşdur və zərbənin təsirindən o qarşısında dayanan digər “Toyota Prius” markalı avtomobilə dəymişdir. Həmin avtomobildə qarşısında olan digər bir “Kia” markalı avtomobilə çırpıldı və nəticədə zəncirvari qəza baş verdi. Hadisə baş verən zaman svetaforun qırmızı işıqı yandığı üçün o avtomobilini saxlamışdır. Avtomobilində oğlu 2011-ci il təvəllüdlü Qədirli Uğur və 2010-cu il təvəllüdlü Qədirli Ömər olmuşdur. Hadisə nəticəsində hər iki oğlu müxtəlif xəsarətlər almışdır. O onların almış olduğu xəsarətlər ilə bağlı olaraq onları Sabunçu rayon 3 saylı xəstəxana apararaq müayinə elətdirmişdir. O hər iki oğlunu Sabunçu rayon xəstəxanasında müayinə etdirmişdir. MTE-ni tibbi sənəd əsasında həyata keçirməyi xahiş etmişdir. Araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:10 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kazım Kazımzadə küçəsi ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Kia Soul” markalı avtomobil əyləcdən istifadə etmişdir. Bu zaman oda avtomobilini saxlamışdır. Lakin arxadan gələn “Nissan Tiida” markalı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur və zərbənin nəticəsində o qarşıda dayanan “Kia” markalı avtomobillə toqquşmuşdur. Avtomobildən düşəndə aşkar etmişdir ki arxadan gələn “Nissan” markalı avtomobili arxadan gələn “Toyota Prius” markalı avtomobil vurmuş və həmin zərbənin nəticəsində o avtomobildə onun avtomobilinə dəymişdir. Araşdırma zamanı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:10 radələrində o, özünə məxsus olan “Kia Soul minik” markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsində hərəkətdə olan zaman yolu keçən piyadaya yol vermək məqsədi ilə əyləcdən istifadə etmişdir. Bu zaman arxadan gələn “Toyota Prius” markalı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur. O hadisədən sonra avtomobilini tərk etdikdə aşkar etmişdirki, zəncirvari qəza baş vermişdir belə ki, onun avtomobilini arxadan vuran “Toyota Prius” markalı avtomobili arxadan gələn “Nissan” markalı avtomobil onu isə ən arxadan gələn digər “Toyota Prius” markalı avtomobil vurmuşdur. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 1240 saylı, 02 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X4 aşkar edilmiş xəsarətlər- ağrı simptomu və bir qədər hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bud çanaq oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi hematoması, sağ çənəaltı nahiyəmin qançırı küt əşyanın təsirindən əmələ gələ bilər və xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 1241 saylı, 02 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, 2011-cü il təvəllüdlü X5 aşkar edilmiş xəsarət- sifətin sağ yarısının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan sağ gicgah nahiyəsinin sovrulmaqda olan hematoması küt əşyanın təsirindən əmələ gələ bilər və xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3324/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3324/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver