Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3328/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PB-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsindən daxil olmuş 01 dekabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21.11.2021-ci il tarixdə saat 13:20 radələrində ünvan 2 ünvanında taksi fəaliyyəti ilə məşğul olan zaman idarə etdiyi maşınla Toyota Prius markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki restoranına gedərkən Günay Rəhimovaya qarşı qeyri etik davranışlar etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin polis sahə inspektoru, polis leytenantı X5 protokola uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan 1993-cü il təvəllüdlü X3 21 noyabr 2021-ci il tarixdə saat 13:20 radələrində ünvan 4 ünvanında taksi fəaliyyəti ilə məşğul olan ünvan 5 ünvanında qeydiyyatda olan 1979-cu il təvəllüdlü X1 idarə etdiyi “Toyota Prius” markalı, AZ ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmiş, Nərimanov rayonu, Şəki restoranına getmək barədə sonuncu ilə razılaşmışdır. Nəqliyyat vasitəsi hərəkət edən zaman Xalid Məmmədov sərnişini Günay Rəhimova ilə görüşməklə, yaxın münasibətlərdə olmaq kimi etik normadan kənar təkliflər etmiş, sonuncu buna etiraz etmiş, Bakı şəhəri, Nərimanov rayonu, İqtisad Universtitetinin yaxınlığında nəqliyyat vasitəsini saxlatdıraraq avtomobili tərk etmişdir. Daha sonra vətəndaş G. Rəhimova ərizə ilə şöbəyə müraciət edərək taksi sürücüsü barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra müraciət əsasında araşdırma aparılmış və şəxsiyyəti müəyyən edildikdən sonra izahatı alınaraq protokol tərtib edilmişdir. Bu faktı təsdiq edən və G. Rəhimova tərəfindən təqdim edilən disk də vardır və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, barəsində tərtib edilmiş protokola etiraz etdiyini bildirmişdir. Öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman avtomobilinə bir xanım yaxınlaşmış və ondan maşının boş olub-olmamasını soruşmuş, o da demişdir ki, boşdur. Bundan sonra xanım avtomobilə əyləmiş, ona demişdir ki, başqa otelə gedəcək. Demişdir ki, müştəri hansı otelə desə ora gedəcəklər. Müştəri hansı ünvana gedəcəklərini bildirəcəkdi. O, ona taksi sürücüsü kimi əlaqə nömrəsini vermişdir. Başqa heç bir qeyri-etik təklif etməmişdir. Otelin qarşısında maşınına minmişdir. Buna görə də, inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, taksi sürücüsü ilə müştəri arasında olan dialoqda X. Məmmədovun ictimai qaydanı poza biləcək hər-hansı hərəkətlər etməsi, qeyri-etik hərəkətlər nümayiş etdirməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Qanunvericiliyin mənasına görə, obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə, yəni fiziki şəxslər üzərində zor tətbiq olunması ilə; zorun tətbiq edilməsi hədəsi ilə; dövlətin və vətəndaşların əmlaklarının məhv edilməməsi; əmlakın zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin törədilməsi ilə törədilir. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən 21.11.2021-ci il tarixdə məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-3328/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3328/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver