Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3329/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi Nümayəndə1 oğlunun iştirakları ilə, "xxxx" MMC-nin direktoru X18 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" MMC-nin direktoru X18 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)- 4369/2024 saylı Qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi "xxxx" MMC-nin direktoru X18 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X17 Xidməti MN ******* nömrəli, 15 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas "xxxx" MMC-nin sabiq direktoru Y.Y.Məlikov tərəfindən vətəndaş X10runun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şuşa rayonunda işlərin yerinə yetirilməsinə cəlb etmiş, həmçinin bir qrup işçinin xx.xx.2023-cü il tarixdə Şuşa rayonunda istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölümləri ilə nəticələnmiş bədbəxt hadisəni gizlətmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin MN ******* nömrəli, 15 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında göstərilənlər tamamilə yanlışdır və heç bir həqiqəti əks etdirmir. Belə ki, bu halla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə xanım Əlisoyun icaatmda 3(005)-2216/2024 saylı inzibati iş olmuşdur. Həmin inzibati iş üzrə "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətam törətməsinə dair tərtib edilmiş MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. "xxxx" MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli protokolun tərtib edilməsinə əsas kimi vətəndaş X1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şuşa rayonunda işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. Amma həmin halla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 3(005)-2216/2024 saylı inzibati iş üzrə 14 avqust 2024-cü il tarixə saat 14:00-a təyin edilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 protokolda yazılanların əksinə ifadə vermişdir. O, məhkəmə iclasında bildirdi ki, həmin müddətdə o, başqa şirkətdə işləmişdir. İş saatı səhər saat 09:00-da başlayır saat 18:Q0-da bitir. Bu halın özü də təsdiq edir ki, X1 Ql. 11.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şuşa rayonunda işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyri-mümkündür. Bu və tərərızdən təqdim edilmiş digər sübutlarla təsdiq edilmişdir ki, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şuşa rayonunda işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməmişdir. Buna görə də, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-nin barəsində tərtib edilmiş MN ******* nömrəli, 18 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir.Səbuhi Məmmədovun ümumiyyətlə "xxxx" MMC ilə heç bir əməkdaşlığı, hər hansı bir münasibəti olmamışdır. Belə ki, Səbuhi Əhmədov Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olmuş 3(005)-2216/024 aylı inzibati iş üzrə məhkəmə iclasında verdiyi ifadəsində də həmin dövürdə yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixinə dək başqa bir müəssədə çalışmışdır. Bundan əlavə qərarda bir qrup işçinin xx.xx.2023-cü il tarixdə Şuşa rayonunda istehsalatda baş venniş bədbəxt hadisə nəticəsində ölmələri ilə nəticələnmiş bədbəxt hadisənin gizlədilməsi ilə bağlı qeyd etmək istəyirəm ki, istəyirəm ki, mübahisəli qərarı qəbul etmiş şəxs "xxxx" MMC-yə qarşı qərəzlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Azərbaycan Respubliikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladığı 06 may 2024-cü il tarixli 3-17-5/2-26425/2024 nömrəli məktbundan sörünür ki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri X4, X5, X14, X11, X13 və X6 xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Şuşa şəhəri ərazisində yolnəqliyyat hadisəsi nəticəsində ölmələri ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətində araşdırma aparılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» alt sisteminə tərəfimizdən baxış keçirilərkən X4, X7, X14, X11, X13 və X6 əmək müqaviləsinin bağlanmasına dair əmək müqaviləsi bildirişinin mövcud olduğu məlum olmuşdur. "xxxx" MMC-nin rəhbərliyi tərəfndən təqdim edilmiş 05 dekabr 2023-cü il tarixli, 047/2023saylı məktubda 04 noyabr2023-cü il tarixdə saat 20:00radələrində iş vaxtı bitdikdən sonra qeyri iş vaxtında cəmiyyətin işçiləri X4, X5, X14, X11, X13 və X6 idarə etdiyi şəxsi avtomobil ilə cəmiyyətin rəhbərliyi tərəfindən hər hansı уаzılı və şifahi tapşırıq olmadan şəxsi məqsədləri üçün Şuşa rayonu Sığnaq kəndi ərazisində yerləşən müvəqqəti yaşayış düşərgəsini tərk etdikləri sürücü E. Abbasovun Şuşa şəhəri ərazisində yeni salınmaqda olan inşaası hal -hazırda davam edən, istifadəyə verilməmiş avtomagistiral yolda avtomobili yüksək surətlə idarə etdiyi, bunun nəticəsində ağır yol - nəqliyyat hadisəsinin baş verdiyi, həmin ərazinin Cəmiyyət tərəfndən “Böyük Bəhmənli qaz kəməri” layihəsinin icra edildiyi məkanla heç bir əlaqəsi olmadığı qeyd edilmişdir. Araşdırma zamanı X4, X5, X14, X12. X13 və X6 xx.xx.2023-cü il tarixdə ölümləri ilə nəticələnmiş bədbəxt hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda bas verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qa ydaları»nm 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğunluğu müəyyən adilmədiyindən bas vermiş hadisə X17 Xidməti tərəfindən təhqiq edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 06 may 2024-cü il tarixli 3-17-5/2-26425/2024 nömrəli məktbudan görünür ki, bədbəxt hadisə xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində is vaxtı bitdikdən sonra qeyri is vaxtında baş vermişdir. Həmçinin həmçinin həmin məktubda o da qeydn edilmişdir ki, araşdırma zamanı X8, X9, X14, X12. X13 və X6 xx.xx.2023-cü il tarixdə ölümləri ilə nəticələnmiş bədbəxt hadisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş «İstehsalatda bas verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qavdalan»nm 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğunluğu müəyyən edilmədiyindən bas vermiş hadisə X17 Xidməti tərəfindən təhqiq edilməmişdir. Bu zaman sual olunur: MN ******* nömrəli, 15 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı təşkilat "xxxx" MMC-nin işçiləri X4, X5, X14, X11 və X13 X6 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin istehsalatla əlaqəli hesab edilməsini necə müəyyən etmişdir? X4, X5, X14, X11 və X13 X6 ölümü ilə nəticələnmiş 04 noyabar 2023-cü il tarixdə baş vermiş bədbəxt hadisənin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Elnur Cəfərov tərəfindən ibtidai istintaqı aparılmışdır. ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş sübutların qiymətləndiliməsi haqqında qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən MTT MMC-də işləmiş X6, X4, X13,X5,X14 və X11 04 noyabr 2023-cü il tarixdə təxminən saat 20-10-da Elvin Abbasovun idarə etdiyi Nissan-Navara markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu Daşaltı kəndinin ərazisindən Xocalı rayonu Sığnaq kəndinin ərazisində qaldıqları evə gedərkən Şuşa-Füzuli yolunun 74-cü km-də yol nəqliyyat hadisəsinin baş verməsi faktı iş vaxtından sonra olmasına görə MTT MMC-nin məsul işçilərinin əməlində Azərbaycan Respublikasının CM-nin 314.3-cü maddəsinin, yəni bu məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamasını nəzərə alaraq həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilsin. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiq və uçota alınması qaydalarının təstiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2000ci il tarixli 27 saylı qərarı ilə də təsdiq olunur ki, "xxxx" MMC-nin işçiləri X4, X5, X14, X11 və X13 X6 ölümü ilə nəticələnmiş bədbəxt hadisənin istehsalatla əlaqəli deyildir. X4, X5, X14, X11 və X13 X6 ölümü ilə nəticələnmiş 04 noyabar 2023-cü il tarixdə baş vermiş bədbəxt hadisə həmin bənddə göstərilən hallardan kənarda baş vermişdir. Yəni baş vermiş bədbəxt hadisənin həmin hallara uğunluğu heç bir mötəbər sübutla öz təsdiqin tapmır. Belə olan halda bir daha sübut olunur ki, MN ******* nömrəli, 15 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs (lər) tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarnm tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X17 Xidməti MN ******* nömrəli, 15 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə- haqqında qərarı ilə mənim 4000 (dörd min) manat məbləğində cərimə olunmam qanunsuz və əsassızıdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi Nümayəndə1 şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, barəsində inzibati protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”a əsasən "xxxx" MMC-nin sabiq direktoru Y.Y.Məlikov tərəfindən vətəndaş X10runun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şuşa rayonunda işlərin yerinə yetirilməsinə cəlb etmiş, həmçinin bir qrup işçinin xx.xx.2023-cü il tarixdə Şuşa rayonunda istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ölümləri ilə nəticələnmiş bədbəxt hadisəni gizlətmişdir. Nəticədə "xxxx" MMC-nin sabiq direktoru X18 tərəfindən İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-2028/2024 saylı Qərarı ilə eyni fakt üzrə hüquqi şəxs kimi "xxxx" MMC inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXMdə nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, xx.xx.2023-cü il tarixində baş vermiş "xxxx" MMC-nin 6 nəfər işçisinin ölümü ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı toplanmış sübutlar əsasında aşkar edilmiş məlumatdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində baş vermiş bədbəxt hadisənin araşdırılması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/3-2- 149/2024 nömrəli əmr ilə yaradılmış təhqiqat komissiyası tərəfindən "xxxx" MMC-nin işçilərinin izahatları alınmış və təqdim edilmiş izahatlar əsasında işçilərdən birinin - X2 "xxxx" MMC ilə əmək münasibətlərinin rəsmiləşdirilmədiyi aşkar edilmişdir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X18tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-3329/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3329/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver