Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3333/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, X2 Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonunun Pirəhmədli kəndində qeydiyyatdadır. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İXM-in 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndəriməlidir. Göstərilənlərə əsasən və İXM-in 132.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Dövlət Turizm Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3333/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3333/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver