Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3336/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 06 oktyabr 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Mərkəzi Bankın xx.xx.2021-ci il tarixli, 01-26-2-2022-13023 saylı məktubu ilə tələb edilən sənədi (25 iyun 2022-ci il tarixinə təyin edilmiş səhmdarların ümumi yığıncağına səhmdar Gülşən Məhərrəmovanın dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. inzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2022-ci il tarixdə törədilmişdir. Bununla da "xxxx" ASC tərəfindən İXM-in 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə EP N0030935 nömrəli, 06 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, guya "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi Bankının 01-26-2—2022-13023 saylı, xx.xx.2022-ci il tarixli sorğusu ilə tələb edilən sənədləri Banka təqdim etməmişdir. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Halbuki, göstərilənlərdən heç biri həqiqəti əks etdirmir. İlk öncə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti heç bir inzibati xəta törətməmiş, ASC barəsində əsassız olaraq AR İXM-nin 548.2-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Bildirir ki, barələrində tərtib edilmiş 06 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla razı deyillər. Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bankının 01-26-2—2022-13023 saylı, xx.xx.2022-ci il tarixli sorğu məktubu onlara təqdim edilməmişdir. İş materiallarında da həmin sorğunun onların tərəfindən qəbul edilməsinə dair hər hansı poçt qəbzi mövcud deyildir. Azərbaycan Respublikasının Mərkəzi Bankına və vergi orqanına 25 iyun 2022-ci il tarixli səhmdarların ümumi yığıncağının keçirilməsinə dair qəzetdə verilmiş elan, səhmdarlara poçt vasitəsilə göndərilmiş bildiriş və poçt reyestrləri təqdim edilmişdir. 25 iyun 2022-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının keçirilməsi qanunvericiliyə uyğun olaraq aparılmışdır, qəzetdə elan verilmişdir, eyni zamanda, səhmdarlara poçt vasitəsilə bildiriş göndərilmişdir. Həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində AR İXM-nin 548.2-ci maddəsi ilə inzibati qaydada EP N0030935 nömrəli, 06 oktyabr 2022-ci il tarixli protokol "xxxx" ASC-nin iştirakı olmadan tərtib edilmişdir. Həmin protokol barəsində, həmin gün onların barəsində inzibati xəta haqqında işə baxılması barədə "xxxx" ASCnin ümumiyyətlə məlumatı olmamışdır. EP N0030935 nömrəli, 06 oktyabr 2022-ci il tarixli protokolda göstərilir ki, guya həmin protokol xx.xx.2022-ci ildə onlara göndərilmişdir. Halbuki həmin protokol Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən göndərilməyib. Protokoldan yalnız məhkəmə vasitəsi ilə xəbər tutmuşlar. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edimiş: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bankın rəhbərliyinə ünvanlanmış 6- 1.26-3-2022-12497 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş Gülşən Məhərrəmova Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona dividendlərin ödənilməməsi və səhmdarların ümumi yığıncaqlarının keçirilməməsi bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 08 avqust 2022-ci il tarixli 01.26- 2-2022-11235 saylı sorğu göndərilmiş, sorğuda cəmiyyət tərəfindən 25 iyun 2022-ci il tarixinə təyin edilmiş səhmdarların ümumi yığıncağına səhmdar Gülşən Məhərrəmovanın dəvət edilməsini təsdiq edən sənəd 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Lakin sorğuda qeyd edilən sənəd "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən sənədlərin Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə 13 sentyabr 2022-ci il tarixli 01.26-2-2022-13023 saylı məcburi göstəriş məktubu ünvanlanmışdır. (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Buna baxmayaraq göstəriş məktubunda verilməsi tələb edilən sənədlər cəmiyyət tərəfindən bugünədə- Mərkəzi Banka təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq hüquqi şəxs olan "xxxx" ASC barəsində Məcəllənin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtibi məsələsinə baxılmasına dair Hüquq departamentinə göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 01.26-2- 2022-11235 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) vətəndaş Gülşən Məhərrəmovanın müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq vətəndaşın müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (25 iyun 2022-ci il tarixinə təyin edilmiş səhmdarların ümumi yığıncağına səhmdar Gülşən Məhərrəmovanın dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə)) əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka təqdim etməkləri tələb olunmuşdur; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 01.26-2- 2022-13023 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) 01.26-2-2022-11235 saylı 08 avqust 2022-ci il tarixli sorğusu ilə tələb edilən sənədlər tərəfinizdən bugünədək təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq sözügedən sorğu məktubunda göstərilən sənədləri 5 (beş) gün ərzində Mərkəzi Banka təqdim etməyiniz tələb olunur. Əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlamətləri müşahidə edilir. Göstərilən faktla bağlı cəmiyyətin əməlində inzibati xəta tərkibinin olmasını istisna edən sübutlarınının 5 (beş) gün ərzində təqdim edilmədiyi təqdirdə, müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunacağı barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" ASC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktub "xxxx" ASC-nin rəsmi qeydiyyatda olan hüquqi ünvanına göndərilmiş və xx.xx.2022-ci il tarixdə “mühafizə” tərəfindən qəbul olunması qeyd olunmuşdur. Məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXMin göstərilən tələblərinə riayət edilməmişdir. Həmçinin, iş materiallarında olan poçt xəbərnaməsinin "xxxx" ASC-nin işçisi tərəfindən qəbul edilməsi təsdiq olunmur. Belə olan halda, məhkəmə İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə iş materiallarına əlavə edilmiş “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli buraxılışından görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına və vergi orqanına 25 iyun 2022-ci il tarixli səhmdarların ümumi yığıncağının keçirilməsinə dair elan verilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" ASC barəsində inzibati məsuliyyət müəyyən edən hallar aşkar edilmədi. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığı üçün "xxxx" ASC inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkibi olmadığından barəsində 06 oktyabr 2022-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3336/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3336/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver