Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3337/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Şöbəsinin polis kapitanı, sahə inspektroru X7, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxan rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi ev 2 qeydiyyatda olan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 72 mənzil 27-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 227-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı X8 Nihat Nazim oğlu barəsində İXM-in 206cı və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 07 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs 14 oktyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində X4 məxsus çantasını əşyaları ilə birlikdə oğurlayıb 500 manat ziyan vurmuş və 01 noyabr 2023-cü il tarixdə narkotik vasitə olan heroindən istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin sahə inspektroru X10 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXMin 206-cı maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 14 oktyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində piyada yaşadığı evə gedən zaman Ak.H.Əliyev küçəsi ilə K.Rəhimov küçələrinin kəsişməsində olan işıqforun yanında ağacların yanında bir ədəd bazar çantası görmüş onu götürərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Şəxs yaşadığı ünvana çatan zaman çantanı açmış və içində dərmanlar, paltarlar, bir ədəd Beynəlxalq banka məxsus kart və bir ədəd Samsung A10 markalı mobil telefon olmuşdur. O, telefonu və bank kartını götürmüş digər əşyaları isə səhəri günün axşamı, yəni xx.xx.2023-cü il tarixdə gətirib həmin ünvana yaxın bir yerə qoymuşdur. Şəxs telefonu format olunmağı üçün dostuna vermiş, həmin bank kartından isə şəxsi ehtiyaclarını ödəmək üçün aptekdə, müxtəlif marketlərdə istifadə etmişdir. Bir dəfə də tanımadığı taksidən istifadə etdiyi üçün üzərində pul olmadığına görə ona Z.Bünyadov pr olan Azpetrol YDM-də 30 manatlıq benzin vurmuşdur. O, həmin kartdan təxminən 160-170 manata yaxın pul xərcləmişdir. Həmçinin Şəxs narkotik vasitədən istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında X6 çıxış edərək bildirdi ki, o, limon satmaqla məşğul olur. O, 14 oktyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində limon satarkən və bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məxsus çantasını əşyaları ilə birlikdə oğurlayıb 500 manat ziyan vurmuşdur və ondan şikayətçidir. Məhkəmədən Şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi Cavid İsmayılzadəyə ünvanlanan 06 noyabr və 07 noyabr 2023-cü il tarixli raportlardan görünür ki, xx.xx.2023-cu il tarixdə saat 19:10 radələrində Nərimanov rayonu inzibati ərazisində polis əməkdaşları xidmətdə olan zaman vətəndaş X3 içərisində sənədlər, bank kartı və mobil telefon olan əl çantasını oğurlayan Nihat adlı şəxs tərəflrindən saxlanılmış və PŞ-nə gətirilmişdir. PŞ-də məlum oldu ki, həmin şəxs xx.xx.1989-cu il təvəllüdlü Şəxsdur. Həmin şəxsin narkotik vasitə təsiri altında olmasında şübhə yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edilmişdir. X1 RPİ-nin 16-cı PŞ-nə müraciət edərək ona məxsus olan çantanın Nərimanov rayonu Ak.H.Əliyev küçəsi ilə K.Rəhimov küçələrinin kəsişməsində oğurlanması barədə müraciət etmişdir. Daxil olan məlumat Nərimanov RPİ-nin 16-cı PŞ-də 1 saylı “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 1-HK-1618 sayı ilə qeydə alınaraq xx.xx.2023-cü il tarixdə icraatıma daxil olmuşdur. Təhqiqat zamanı izahatı alınmış vətəndaş X6 bildirmişdir ki, xx.xx.2023-cü tarixdə Nərimanov rayonu Ak.H.Əliyev küçəsi ilə K.Rəhimov küçələrinin kəsişməsində əlində limon satan zaman ona məxsus çantanın oğurlanmasını aşkar etmişdir. “İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 06 noyabr 2023-cü il tarixdən saat 19:30-da inzibati xəta törətmiş şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 daxil olmuş xx.xx.2023-cü il tarixli 7283 nömrəli rəyindən görünür ki, müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində AMP(+) aşkar olundu. Müayinə zamanı Şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin aidiyyəti əməkdaşına verilmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirini özünün etiraf etməsi, həmçinin inzibati xəta haqqında protokollar, zərərçəkmiş şəxsin izahatı, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206 və 227-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsinin Ambulator X2 xx.xx.2023-cü il tarixli 7283 nömrəli rəyini nəzərə alaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 noyabr 2023-cü il tarixdən saat 19:30-dan hesablansın. İnzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan inzibati həbs olunanların saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3337/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3337/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver