Məhkəmə qərarları › İş №3(005)-3339/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3339/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3339/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6, Bridge Plaza 8-ci mərtəbədə fəaliyyət göstərən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə auditi aparılmamışdır və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi-X1 ərizə ilə məhkəməyə müraciət edərək Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bu səbəblə də, daxil olmuş ərizəni və iş materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə MN ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş materialları səlahiyyətli orqana geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar