Məhkəmə qərarları › İş №3(005)-3339/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3339/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3339/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 538-1.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə AZ0xx.xx.04469.22 №-li sertifikat verməklə akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14 oktyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi aşkar edilmişdir. Protokolun qanuni və əsaslı olmasını bildirirək hüquqi şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, İstehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsində qeyd olunan normativ sənədin işarəsi əvvəlki illərə aiddir. Şəxs MMC tərəfindən aprel ayı ərzində verilən uyğunluq serfitikatları isə beynəlxalq tələblərə uyğun olaraq tərtib olunaraq verilmişdir. MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi halı törədilməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan XS 001984 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 82.92.10 olan Abraziv materialların normativ sənədlərin adı, nömrəsi və tarixi ГОСТ 23170-78-dir. İş materiallarında olan İSS 005334 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 19.20.29 olan “Shieldlix” nişanlı И-12А, И-20А, И-30А, И-40А, И-50А sənaye yağları materialların normativ sənədlərin adı, nömrəsi və tarixi ГОСТ 20799-88-dir. İş materiallarında olan İSS 005327 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 19.20.29 olan Л,З,С markalı Ox yağı normativ sənədlərin adı, nömrəsi və tarixi ГОСТ 610-2017-dir. İş materiallarında olan İSS 005323 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 19.20.29 olan “ShieldEx” nişanlı Qrafit sürtküsü materialların normativ sənədlərin adı, nömrəsi və tarixi ГОСТ 3333-80-dir. İş materiallarında olan İSS 005321 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 24.20.24 olan Neft və qaz magistral boru xətləri üçün spiral qaynaqlı polad boruların normativ sənədlərin adı, nömrəsi və tarixi ГОСТ 20295-85-dir. İş materiallarında olan İSS 005336 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 19.20.29 olan “ShieldEx” nişanlı Litol-24 sürtküsü materialların normativ sənədlərin adı, nömrəsi və tarixi ГОСТ 21150-2017-dir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli Şəxs MMC-nin İstehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsindən görünür ki, siyahıda sertifikatlaşdırılan malın (işin, xidmətin) adı, kodu və normativ sənədin işarəsi qeyd edilmişdir. Həmin siyahının 234-cü bəndində kodu 19.20.29 olan sürtgü yağları göstərilsə də MMC tərəfindən tərtib edilmiş uyğunluq sertifikatında Л, З, С markalı Ox yağı kimi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Şəxs MMC-yə ünvanladığı “inzibati xəta haqqında protokolun tərtib edilməsi barədə məktunundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Antiibhisar və istefitak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Akkreditasiya Mərkəzi“ pyblik hüquqi şəxs tərəfindən təqdim edilmiş uyğunluq sertifikatlarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, ’‘AZ-QUALİTY CERT” MMC tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin həyata keçirilməsi zamanı ona verilmiş akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 99-cu maddəsini nəzərə alaraq, həmin Məcəllənin 538-1.2-ci maddəsi ilə “AZ-QUALİTY CERT" MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasan, Dövlət Xidmətinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xx.xx.2022-ci il tarixdə saat 11:00- 12:00dək sözügedən protokolun tərtib, edilməsində Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsini (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC tərəfindən verilən sertifikatlarda istehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsində müəyyən edilmiş normativ sənədin işarəsindən fərqli işarələr müəyyən edilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı - uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar