Məhkəmə qərarları › İş №3(005)-3340/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3340/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3340/2024 25.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, Tələbkar- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininnin rəhbəri Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Tovuz rayonu, Abulbəyli kəndində anadan olan, işləməyən, evli, orta təhsilli, işləməyən, Tovuz rayonu, Vahidli ərazi dairəsi, Vahidli kəndində qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxsnun barəsində MN seriyalı, ******* nömrəli, 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Nərimanov rayon İcra Şöbəsinin 8-ci otağında Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2960/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 64/2020 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2020 nömrəli, Bakı şəhər 43 saylı Notariat Kontorunun 5965 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-629/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 619/2020 saylı icra sənədlərinə əsasən "xxxx" MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərini icra etməmişdir. Nəticədə "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 bildirmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-2960/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 64/2020 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2020 nömrəli, Bakı şəhər 43 saylı Notariat Kontorunun 5965 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-629/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 619/2020 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X5 "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü il tarixdən bəri fəaliyyət göstərmir və onun bank hesabları dondurulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin gəliri və balansında əmlakı yoxdur. Onun qəsdən bilərəkdən icra sənədinin icrasından yayınma halları yoxdur. Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 çıxış edərək izahatında göstərdi ki, icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininnin rəhbəri Şəxs 7.856 manat və 99 manat dövlət rüsumu olmaqla tələbkara borcu olduğunu bildirmişdir. Yaranmış bu borc 2023-cü ilin yanvar-sentyabr ayları aralığındadır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-64/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə üzrə cavabdeh "xxxx" MMC-dən 106 680 (yüz altı min altı yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı tutularaq Dövlət Radiotezliklər İdarəsinin hesabına köçürülməsi və cavabdeh "xxxx" MMC-dən 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2960/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən telekommunikasiya resurslarının istifadəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli 1100-03-23/07-55 saylı müqavilə üzrə 7.856,33 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ilk iddia tələbi üzrə cavabdeh "xxxx" MMC-dən xx.xx.2010-cu və xx.xx.2015-ci il tarixlərində bağlanmış 38 saylı müqavilələr üzrə 91160 (doxsan bir min yüz altmış) manat, işə birinci instansiya qaydasında baxılmasfüçün ödənilmiş 30 (otuz) manat, apellyasiya qaydasında baxılması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun əvəzi iddiaçı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər idarəsinin xeyrinə ödənilməsi və cavabdeh "xxxx" MMC-dən iş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə görə (150 və 200 manat olmaqla iki dəfə ekspertiza üçün) cəmi 350 (üç yüz əlli) manat məbləğində xərc dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-629/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, ilkin iddianın təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2015-ci il il tarixli 38 saylı müqavilə izrə 98400 (doxsan səkkiz min dörd yüz) manat məbləğində borc tutularaq Dövlət Radiotezliklər İdarəsinin hesabına köçürülməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş və iddiaçı Dövlət Radiotezliklər İdarəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radio rabitədən istifadənin tənzimlənməsi haqqında” xx.xx.2015-ci il tarixli 38 nömrəli müqaviləyə əsasən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 2020- 2022-ci illər üçün 113585,10 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqı və mediasıya xərci olaraq ödənilmiş 200 manat pul vəsaiti tutularaq iddiaçı Dövlət Radiotezliklər İdarəsinin hesabına köçürülməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2960/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-64/2020 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2020 nömrəli, Bakı şəhər 43 saylı Notariat Kontorunun 5965 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-629/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2020 saylı icra sənədləri əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu "xxxx" MMC-yə göndərilmişdir. İş materiallarında olan “Fəaliyyətin dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal (iəlirlər Baş İdarəsi bildirir ki, vergi orqanına təqdim olunmuş ərizəyə əsasən "xxxx" MMC-nin fəaliyyəti müvəqqəti olaraq xx.xx.2023-xx.xx.2028-dək dayandırılmışdır. Ərizədə qeyd olunmuş son tarixdən "xxxx" MMC fəaliyyəti bərpa olunacaq. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclu "xxxx" MMC-nin (VÖEN: **********) adına "xxxx" ASC-də açılmış hesablar qanunvericiliklə müəyyən olunmuş qaydada bağlandığından xx.xx.2024-cü il tarixli, 01-/15-1, 02-/15-1, 03-/15-1, 04-/15-1, 05- /15-1,06-/15-1 nömrəli inkasso sərəncamları icra olunmadan Nərimanov rayon icra şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" QSC tərəfindən Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin (VÖEN-**********) "xxxx" QSC-də olan cari hesablaşma hesabları bağlı olduğu üçün inkasso sərəncamları icra olunmadan geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC-də məktubda adı qeyd olunan "xxxx" MMC-yə məxsus AZ98NİCB**********0001A40050 və AZ96NİCB**********0002U40150 saylı hesabları xx/xx/2019-cu il tarixində bağlanmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxsnun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyəti müvəqqəti olaraq xx.xx.2023-xx.xx.2028-dək dayandırılmışdır və onun bank hesabları dondurulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin gəliri və balansında əmlakı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının olmamağı və onun bank hesablarının dondurulması Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2960/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 64/2020 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2020 nömrəli, Bakı şəhər 43 saylı Notariat Kontorunun 5965 nömrəli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-629/2021 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2020 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliyinin icrasını qeyri-mümkün edir. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3 icra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətininnin rəhbəri Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar