Məhkəmə qərarları › İş №3(005)-3346/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3346/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3346/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, Şikayət vermiş şəxs – X4, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024cü il tarixli, ******* saylı protokol tərtib olunmuşdur. Bundan sonra ərizəçi X1 müraciətinin araşdırılması ilə bağlı AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə yenidən baxılması xx.xx.2024-cü il tarixə təyin olunmaqla, həmin iclasa dəvət olunmuşdur. İclasda iştirak edərkən ərizəçinin müraciətində qeyd etdiyi xüsusatların əsassız olmasını və heç bir inzibati xəta hadisəsinin, əməlində heç bir xəta tərkibinin olmamasını bildirsə də, hətta bu barədə xx.xx.2024-cü il tarixli məktub və ona əlavə olunan sübutları təqdim etsə də, demək olar ki, iclas formal xarakterli (rəsmiyyət xatirinə) olmuş və bütün sübutlarına baxmayaraq, hazırda mübahisələndirilən qərar qəbul olunmuşdur. Aşağıdakı əsaslara görə hesab edir ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatın ümumiyyətlə başlanması, protokol tərtib edilməsi və yekunda inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar qəbul edilməsi qanunsuz və əsassızdır. Ərizəçinin ərizəsi ilə bağlı toplanmış sənədlər və tərəfimdən AR ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş sübutlar G.Hüseynovun Müfəttişliyə müraciətinin tamamilə əsassız olmasını, inzibati xəta hadisəsinin və əməlimdə inzibati xəta tərkibinin olmamasını təsdiq edir. Belə ki, AR Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin K/PTM-41 nömrəli 21,06.2024-cü il tarixli əmrinə əsasən “Dəmir Yolu və Metropoliten Bakı Dövlət Peşə Təhsili Mərkəzi” PHŞ-nin direktoru X3 ilə bağlanmış əmək müqaviləsinə 21,06.2024-cü il tarixindən xitam verilməsi, onun həmin tarixindən 3 ay müddətinə öz vəzifə funksiyalarını yerinə yetirməklə yanaşı vakant olan mərkəzin direktoru vəzifəsini icra etməyi qərara alınmışdır. Onun inzibati xəta törədilməsində təqsiri yoxdur və bu səbəbdən barəsində qəbul edilmiş qərar əsassızdır. Şikayət vermiş X4 nümayəndəsi X7 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarda o vəzifəli şəxs kimi cərimə edilmişdir. Lakin həmin dövrdə o, vəzifəli şəxs olmamışdır. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X12 bildirmişdir ki, şikayətdən də göründüyü kimi şikayət vermiş şəxs əmri özünün verdiyini etiraf edir. O, direktor vəzifəsini müvəqqəti icra etsə belə əmr onun tərəfindən verildiyindən məsuliyyəti özü daşımalıdır. Məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 manat məbləğində cərimə edilmişdir. 21 iyun 2024-cü il tarixli, K/PTM-41 nömrəli əmrdən görünür ki, X11 xx.xx.2024-cü il tarixdən mərkəzin direktor vəzifələrini icra etməyə başlamışdır. 25 iyun 2024-cü il tarixli ərizədən görünür ki, işçi X2 direktor vəzifəsini icra edən X8 məzuniyyətə buraxılması üçün ərizə ilə müraciət emtişdir. X11 şikayətdə tərəfindən qeyd edilən pozuntunun onun tərəfindən vəzifəli şəxs kimi törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, X11 21 iyun 2024-cü il tarixində publik hüquqi şəxsin direktoru vəzifəsini icra etmişdir. O, publik hüquqi şəxsin direktoru vəzifəsini icra etdiyi dövrdə, yəni 25 iyun 2024-cü il tarixdə işçi X1 məzuniyyətə buraxılmasına dair 133 nömrəli əmri imzalamışdır. Bununla da məhkəmə iclasında X4 vəzifəli şəxs kimi müvafiq əmri imzalaması və vəzifəsinin icrası ilə əlaqədar digər hərəkətləri etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X11 tərəfindən vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar