Məhkəmə qərarları › İş №3(005)-3350/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3350/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3350/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-2379/21 nömrəli, 24 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan AR DNS-nın Şəxs ünvanına Ukraynadan 60855053 nömrəli vaqon ilə daxil olmuş yüklərin **********4377 sorğu nömrəli, 16.11.2021-ci il tarixli Gömrük bəyannaməsi ilə Bakı Bas Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük organlarına elektron formada gısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. **********4147 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar 01.11.2021-ci il tarixdə saat 16:50 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirildikdən sonra 02.11.2021-ci il tarixdə saat 11:52-də elektron formada verilmişdir. Belə ki, BBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsindən olmuş 34/012/029953 nömrəli 17.11.2021-ci il tarixli raporta əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına 60855053 nömrəli vagon ilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Bununla da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində iştirak edən inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs nümayəndəsi X3 izahatında göstərdi ki, ölkə ərzisinə gətirilən yüklər barəsində gömrük orqanlarına təqdim edilməsi tələb olunan “elektron formada qısa bəyənnamə”nin verilməsi üçün həmin yükün göndərilməsi barədə məlumata malik olmaq lazımdır. Lakin protokolda adı çəkiləri Trestin ünvanına göndərilmiş vaqon barəsində əvvəlcədən məlumat verilməmişdir. Həmin yük Azərbaycan Respublikası gömrük ərazisinə 14.11.2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin ”Böyük Kəsik” gömrük postundan keçməklə daxil olmuşdur. Belə olan halda yük barəsində məlumat vermə vəzifəsi də onlara aid idi. Lakin bu barədə “yük ünvanına göndərilmiş” Trestə məlumat verilməmiş, sonuncu bu barədə yüklər gömrük ərazisinə daxil olandan sonra bilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 113.1-ci maddəsində nəzərdə tutulmuş “malların gömrük ərazisinə gətirilməmişdən əvvəl elkektron formasında qısa bəyannamə”nin verilməsi tələbinin təmin edilməsi mümkün olmamışdır. Bu baxımdan da hesab edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Ona görə də hazırkı inzibati xəta haqqında protokolda bağlı Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavininin mövqeyi və bundan irəli gəlmiş hərəkətləri düzgün olmamışdır. Qeyd idilənlərə əsasən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin rəis müavini tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində tərtib edilmiş İnzibati xəta haqqında protokolu əsassız hesab edib, təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. İş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.11.2021-ci il tarixli raportdan görünür ki, AR DİN-nin Şəxs ünvanına daxil olmuş yüklər **********43377 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar avto maşın vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün bəyannamənin 40-cı qrafasında qeyd edilməmişdir; Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 60855053 nömrəli vaqon ilə AR DNŞ-nın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına göndərilən mallar 01.11.2021-ci il tarixdə saat 16:50 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir; Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında 24 noyabr 2021-ci il tarixli protokolundan görünür ki, AR DNŞ-nin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına 60855053 nömrəli vaqon ilə göndərilmiş mallara dair **********4147 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar 01.11.2021-ci il tarixdə saat 16:50 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Böyük kəsik” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirildikdən sonra 02.12.2021-ci il tarixdə saat 11:52-də elektron formada verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs ünvanına Ukraynadan 60855053 nömrəli vaqon ilə daxil olmuş yüklərə **********43377 sorğu nömrəli, 16.11.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilsə də, həmin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl onlara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Qanunla bəyannaməçi tərəfindən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl (fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla) gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi məcburi hal kimi müəyyən edilmişdir ki, bu tələbin yerinə yetirilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən bu tələb pozulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar