Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3351/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs – X2, Bakı ŞBPİ-nin X9 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, X4 Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı ŞBPİ-nin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə verdiyi şikayətə baxılması üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh qərardan şikayət verdiyi zaman Azərbaycan Respublikası İXM-nin 106, 109, 126 və 130-cu maddələri ilə qərardan şikayət verilməsi ilə müəyyən edilmiş 10 günlük prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh qərarını xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə qəbul etməyi ilə ilə izah olunur. Göründüyü kimi müddətin buraxılma səbəbi ondan asılı olmayan hallar ilə bağlı olmuş və bunu təsdiq edən sənədi, yəni poçt zərflərini şikayətinə əlavə edir. Bu səbəbdən də tərəfindən sözügedən qərardan şikayət vaxtında verilməmişdir. Məhkəmə iclasında şikayət vermiş X4 inzibati tənbeh vermə haqqında məhkəmənin qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin məzmununa uyğun izahat vermişdir. Məhkəmənin sualına cavabında qeyd etmişdir ki, şikayət ərizəsinin məzmununda texniki səhv edərək xx.xx.2025-ci il tarixdə getdiyi Bakı ŞBPİ-də eyni tarixli İXP ******* nömrəli protokolun və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ona təqdim edildiyini göstərmişdir. Məhkəmə iclasında Bakı ŞBPİ-nin X9 İdarəsinin nümayəndəsi X7 izahatında göstərmişdir ki, bu şəxs məhkəməyə verdiyi şikayət ərizəsində göstərdiyi kimi xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və eyni tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X3 həmin vaxtdan təqdim edilmişdir. Çünki bu şəxs qeyd olunan vaxtdan etibarən dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayətlər etmişdir. Ona görə də inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına şikayətin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı ŞBPİ-nin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 332.1 və 342.6-cı maddələri ilə 50 manat məbləğində cərimə edilmişdir. X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizənin məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona həmin tarixdə təqdim edilmiş, bundan sonrakı vaxtlarda müxtəlif orqanlara polis əməkdaşının qeyri-etik hərəkətləri barədə şikayətlər etmişdir. X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli Bakı ŞBPİ-nin DYPİ-nə etdiyi şikayət ərizəsinin məzmunundan görünür ki, o, protokolun ona xx.xx.2025-ci il tarixdə təqdim edildiyini qeyd etmişdir. Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli E.Abbasova ünvanlandığı cavab məktubundan görünür ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında müvafiq qərardan məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Hüquqi məsələlər, məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticənin əsasları: Məhkəmə tərəflərin çıxışlarını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, məhkəməyə şikayət vermək üçün ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməməlidir. Belə ki, şikayətçi X1 orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı eyni tarixdə əldə etməsi məhz özünün şikayət ərizələrinin məzmunundan, eləcə də ondan sonrakı müxtəlif orqanlara etdiyi şikayətlərdən müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən işlərə baxılmasında prosessual qənaət prinsipinə əməl olunması məqsədilə inzibati tənbeh vermə haqqında və ya digər qərarlardan şikayət verilmə müddətləri təsbit edilmişdir. Həmin müddətlər yalnız üzürlü səbəbdən buraxıldıqda ötürülmüş müddətin bərpa olunması mümkün ola bilər. Hazırkı işdə isə şikayətçi müxtəlif instansiyalara şikayətlə müraciət edərək qanunla nəzərdə tutulmuş 20 günlük müddətdən xeyli müddət keçdiksən sonra xx.xx.2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə poçt vasitəsilə əldə etməsi barədə gətirdiyi dəlillər də əsassız. Bu xüsusatı həqiqət kimi qəbul etsək belə, şəxs tərəfindən yenə də şikayət vermək üçün nəzərdə tutulan 20 günlük müddət ötürülmüş olacaqdır. Onun hazırkı şikayət ərəzisəi xx.xx.2025-ci il tarixli olmaqla xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci ildən 20 gündən artıq müddətdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci həmin Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 138.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Beləliklə, Bakı ŞBPİ-nin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunması haqqında X4 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı ŞBPİ-nin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunması haqqında X4 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(005)-3351/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3351/2025
05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver