Məhkəmə qərarları › İş №3(005)-3352/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3352/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3352/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, BOKT "xxxx" ASC-nin direktoru Şəxs iştirakları ilə, BOKT "xxxx" ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələri ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanında fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətində (BOKT) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2022 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Bu pozuntular aşağıdakılardan ibarətdir: BOKT tərəfindən xx.xx.2024 - xx.xx.2025-ci il tarixləri arasında 14568 sayda müştərilərə münasibətdə MUT Qaydaları ilə nəzərdə tutulmuş zəruri məlumatlar (fiziki şəxs müştərilərə münasibətdə MUT Qaydalarının 2.1.1.3-cü, 2.1.1.4-cü, 2.1.1.7-ci yarımbəndləri üzrə, fərdi sahibkarlara münasibətdə MUT Qaydalarının 2.1.3-cü yarımbəndi üzrə, hüquqi şəxs müştərilərə münasibətdə 2.1.4.1 - 2.1.4.6-cı yarımbəndləri üzrə) əldə edilməmiş, BOKT tərəfindən müvafiq daxili qaydaların təsdiq edilməsinə baxmayaraq, müştəri profili yaradılmamış, müştərinin hansı risk qrupuna (aşağı, orta, yüksək) aid olduğu müəyyənləşdirilməmişdir (yoxlama haqqında hesabat, səh 9-11). xx.xx.2024-cü il tarixli BOKT-nin Müşahidə Şurasının (MŞ) “09” saylı qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Siyasət”ində işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələr müəyyən edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). BOKT-da məlumat və sənədlərin sığorta nüsxəsi yaradılmamış və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılmamışdır (Yoxlama haqqında hesabat. Səh 6). BOKT-də əmək funksiyalarının xüsusiyyətlərinə uyğun olaraq işçilərin vəzifə təlimatlarında (ön ofis əməkdaşları) ƏL/TMM-ə dair hüquq və vəzifələri müfəssəl şəkildə qeyd edilməmiş və hər bir vəzifənin əmək funksiyasına uyğun olaraq işçilərin OL/TMM-ə dair öhdəlik və vəzifələri üzrə xüsusiləşdirilmiş yanaşma tətbiq edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). BOKT-nin daxili qaydalarında fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi tələbi nəzərdə tutulmamışdır. Eyni zamanda, BOKT-nin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorlar) müəyyən edildikdən sonra məlumat qaydasında MMX-ya təqdim edilməmişdir (Yoxlama haqqında hesabat. Səh 6). BOKT-nin xx.xx.2024-cü il tarixdə MŞ qərarı ilə təsdiq edilmiş “Şübhəli əməliyyatların təhlil edilməsinə dair Metodologiya" və "Şübhəli əməliyyatların aşkarlanması meyarları"nda MMX-nın əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim edilməsi barədə sorğusunun icrası qaydası müəyyən edilməmişdir (Yoxdama haqqında hesabat. Səh 6-7). BOKT-nin daxili qaydalarında məsul şəxsin şübhəli əməliyyat barədə ona təqdim olunmuş və ya reyestrdən götürdüyü məlumat və sənədləri müştəri və onun fəaliyyəti üzrə əlavə məlumat və sənədlərlə bərabər nəzərdən keçirməsi və onların MMX-ya və MMX-ya təqdim eldikdən sonra öhdəlik daşıyan şəxsin rəhbərliyinə göndərilməsi qayda və prosedurlarla tənzimlənməmişdir (Yoxlanın haqqında hesabat. Səh 7). BOKT-nin İRQ metodologiyasında DNP-nin 2.9.3.3-cü, 2.9.3.6-cı və 2.9.3.7-ci yarımbəndində göstərilən tələblər nəzərdə tutulmamışdır (Yoxlama haqqında hesabat. Səh 7). BOKT-nin daxili qaydalarında təsdiq edilmiş təlim planını və onun icrası barəsində məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsi tələbi nəzərdə tutulmamış və MMX-ya məlumat təqdim edilməmişdir (Yoxlama haqqında hesabat Səh 7). Bununla da İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (14568 müştəri üzrə) və 598.1.2ci maddələrinin tərkib əlamətləri müəyyən edilir. Qeyd edilən inzibati xətalar BOKT-nin direktoru Şəxs tərəfindən BOKT-nin fəaliyyət göstərdiyi ünvan 1 ünvanında fəaliyyət göstərən xx.xx.2022 - xx.xx.2025-ci il tarixlərində törədilmişdir. İnzibati pozuntular yoxlama nəticəsində xx.xx.2025-ci il tarixdə aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iş materialları üzrə tərtib etdiyi protokolu müdafiə edərək vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli hesab edərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankı Maliyyə monitorinqi departamentinin yoxlama haqqında hesabatından görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətində xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən xx.xx.2025-ci il tarixdə başlanılmaqla xx.xx.2025-ci il tarixdə yekunlaşmış yoxlama keçirilmişdir. Yoxlama nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmiş nöqsanlar aşkar edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 mart 2025-ci il tarixli 07 nömrəli əmrinə Şəxs İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 598.1.1 və 598.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununun: 4.5-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər: 4.5.1. aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi; 4.5.2. mövcud olan məlumat və sənədlər nəzərdən keçirilib tədqiq edilərək yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsinin və adekvatlığının təmin edilməsi. Həmin qanunun 6-cı maddəsinə əsasən - 6.1. Öhdəlik daşıyan şəxslər ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədləri qanunvericilikdə daha uzun müddət nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. 6.2. Öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar. 6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulan müddət maliyyə monitorinqi orqanının və ya nəzarət orqanının qərarı ilə hər bir xüsusi halda uzadıla bilər. 6.4. Əməliyyata dair məlumat və sənədlər cinayət mühakimə icraatı zamanı onların sübut kimi istifadəsinin təmin edilməsi məqsədilə hər hansı əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək qaydada saxlanılmalıdır. 6.5. Öhdəlik daşıyan şəxslər tərəfindən saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına və məhkəmələrə (qanunla nəzərdə tutulmuş xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən müddətdə təqdim edilməlidir. Həmin qanunun 10-cu maddəsinə əsasən Daxili nəzarət proqramı 10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər: 10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi; 10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi; 10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. 10.2. Öhdəlik daşıyan şəxslər olan maliyyə qrupları (holdinqlər) həmin qrup (holdinq) miqyasında daxili nəzarət proqramları çərçivəsində bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə əlavə olaraq aşağıdakı tədbirlərin bütün filiallara və törəmə hüquqi şəxslərə tətbiq edilməsini təmin etməlidirlər: 10.2.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə edilməsi məqsədilə məlumat və sənədlərin qrupdaxili (holdinqdaxili) ötürülməsinə dair qayda və prosedurların təsdiq və tətbiq edilməsi; 10.2.2. qrup (holdinq) səviyyəsində leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət, audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində əsas hüquqi şəxsdən, filial və törəmə hüquqi şəxsdən müştərilər, hesablar və əməliyyatlar barədə məlumat və sənədlərin alınması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi; 10.2.3. ötürülmüş məlumat və sənədlərin konfidensiallığını və təhlükəsizliyini, eləcə də yayılmasının qarşısının alınmasını təmin edən mexanizmlərin formalaşdırılması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi. 10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə müqayisədə daha sərt tələblər müəyyən edərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin daha sərt tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidir. 10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha sərt tələblərin tətbiqini qadağan edirsə, maliyyə qrupları (holdinqlər) risklərin idarə edilməsi məqsədilə tədbirlər görməli və bu barədə nəzarət orqanına məlumat verməlidirlər. 10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər. "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in 2.1.1.10-cu yarımbəndlərinə əsasən daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq edilməsi yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarının təsdiq edilməsi tədbirləri ehtiva etməlidir. Həmin tələblərin 2.5.1-ci yarımbəndlərinə əsasən öhdəlik daşıyan şəxslər məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurları təsdiq etməlidirlər. Həmin tələblərin 2.5.6-cı yarımbəndlərinə əsasən məlumat və sənədlərin saxlanmasına və konfidensiallığına dair daxili qayda və prosedurlarda reyestrdəki məlumat və sənədlərin sığorta nüsxəsinin yaradılması və ayrıca elektron daşıyıcıda heç bir lokal, yaxud qlobal şəbəkəyə çıxış olmamaq şərti ilə saxlanılması nəzərdə tutulmalıdır. Həmin tələblərin 2.10-cu yarımbəndlərinə əsasən 2.10.1. öhdəlik daşıyan şəxs daxili nəzarət proqramı çərçivəsində yeni məhsul və ya xidmət yaradarkən və onun istifadəyə verilməsindən əvvəl həmin məhsulun və ya xidmətin ƏL/TM riskini müəyyən edən və riski yüksək olduqda riskin azaldılmasının təmin edən daxili qayda və prosedurları müəyyən etməlidir. 2.10.2. Öhdəlik daşıyan şəxs yeni məhsul və ya xidməti istifadəyə vermədən əvvəl onun risk qiymətləndirilməsinin aparılması və müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməsi bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. 2.10.3. Bu daxili qayda və prosedurlarda öhdəlik daşıyan şəxsin yeni məhsulu və ya xidməti istifadəyə vermədən əvvəl məhsul və ya xidmət barədə məlumatı və risk qiymətləndirməsinin nəticələrini rəy verilməsi üçün müvafiq nəzarət orqanına və ya MMX-yə təqdim edilməsini nəzərdə tutula bilər. 2.10.4. Müvafiq nəzarət orqanının və ya MMX-nın mənfi rəy verməsi həmin məhsulun və ya xidmətin təqdim edilməsini istisna etməməlidir. 2.10.5. Bu daxili qayda və prosedurlarda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılmalı olması nəzərdə tutulmalıdır. 2.10.6. Risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayının olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbləri pozularaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-in 598.1.1-ci maddəsinə edilmiş son dəyişiklikdən sonra maddənin dispozisiyasına “hər bir müştəriyə və əməliyyata görə” sözləri əlavə edilmiş, bir neçə inzibati xətalar üzrə tənbehin hansı tətbiq edilməli olduğu aşkar formada göstərilmişdir. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, müxtəlif vaxtlarda törədilmiş inzibati xətalara eyni vaxtda baxan məhkəmə bu xətaların hər biri üzrə təqsiri müəyyən etməli, təqsirli bilinən vəzifəli şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-in 25.4-cü maddəsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli, ona hər bir müştəriyə və əməliyyata görə cərimə təyin edilməli və həmin Məcəllənin 25.4 və 34.4-cü maddələri nəzərə alınmaqla 10000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 25.4, 34.4, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: BOKT "xxxx" ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, bu Məcəllənin 25.4 və 34.4-cü maddələri nəzərə alınmaqla 10000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar