Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3353/2020 15.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxs X2 iştirakı ilə, xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ 397534 nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1672/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən X5 tərəfindən MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan nömrəli protokol əsasında qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlərin geri qaytarilması qərara alınmışdır. Bundan sonra X3 xx.xx.2020-ci il tarixdə məhkəməyə buraxilmış prosessual müddətin bərpası barədə vəsatət verərək göstərmişdir ki, o, inzibati məsuliyyətə cəlb olunmağı barədə xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunması barədə qərar qəbul edilməsi məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Lakin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1672/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadına əsasən tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət qanunla müəyyən edilmiş (İXM-57) 10 günlük müddətdə verilməmiş, eyni zamanda (İXM 130.2) müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı tərəfindən vəsatət məhkəməyə təqdim edilməmişdir. Məlumat üçün bildirir ki, DİN-nin BDYPİ tərəfindən inzibati xəta haqqında protokollar əsasında qəbul edilmiş qərarlar ona rəsmi qaydada təqdim edilməmiş, ümumiyyətlə həmin qərarlar barədə məlumatı olmamışdır. Bu yaxınlarda Dövlət Yol Polisi əməkdaşları tərəfindən idarə etdiyi avtomobil saxlanıldıqdan sonra ona məlum olmuşdur ki, onlar tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Bu səbəbdən hesab edir ki, qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətlər üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müddətlər tərəfindən ötürülməmişdir. Bununla yanaşı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, eyni məzmunlu qərardadlar Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin digər hakimi Tural Ələkbərov tərəfindən qəbul edilmiş, tərəfindən eyni məzmunlu müddətin inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün müddətin (ötürülməmiş hesab edilməsi) bərpa edilməsi barədə vəsatət məhkəməyə təqdim edilmiş, hakim Tural Ələkbərov tərəfindən vəsatətlər təmin edilməmişdir. Həmin qərardadlardan verdiyi şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılmış və ləğv edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməmiş hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 vəsatətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Vəsatətə baxilmasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə vəsatətə nümayəndəinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X2 xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxilmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməməlidir. Belə ki, X3 tərəfindən mübahisələndirilən qərardan verilmiş şikayətin qanunla müəyyən edilmiş müddətini ötürməsini üzrlü hesab etməyə əsas verən hər-hansı bir sənəd təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən xx.xx.2017-ci il tarixli, MMX 5704273saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün buraxilmış prosessual müddətin üzrlü səbəbdən ötürülməsi heç bir sənədlə öz təsdiqini tapmadığından, həmin müddət bərpa edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxilmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: xx.xx.2017-ci il tarixli, MMX ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2017ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X3 tərəfindən verilmiş vəsatət təmin edilməsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3353/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3353/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver