Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3353/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 492.1 və 491.3-cü maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-02793/23 nömrəli, 31 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, X2, ev 40, mənzil 40 ünvanında qevdiyyatda olan Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 45AB299/45AB300 nömrə nişanlı yük avtomaşınında 17000 kq alça qurusu və 5500 kq ərik qurusu yükü daxil olmuş sözügedən mallar Bakı Bas Gömrük İdarəsində **********8427 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda sözügedən nəqliyyat vasitəsinin yük yerinə gömrük təminatı vurulmuş və malların gömrük nəzarəti altında boşaldılması üçün yük avtomaşını təyinatı üzrə Şəxs MMC-nin ünvan 2 ünvanında yerləşən anbarın yola salınmış, lakin həmin anbarda 45AB299/45AB300 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş, qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-/3-1-029330/2023 saylı xx.xx.2023- cü il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, raportda qeyd edilən Bakı şəhəri, Nizami rayonu, X2, ev 40, mənzil 40 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına İran İslam Respublikasından 45AB299/45AB300 nömrə nişanlı yük avtomaşınında 17000 kq alça qurusu və 5500 kq ərik qurusu yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********8427 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. xx.xx.2023-cü il tarixdə “İpək Yolu” gömrük postunda sözügedən nəqliyyat vasitəsinin yük yerinə gömrük təminatı vurulmuş və malların gömrük nəzarəti altında boşaldılması üçün yük avtomaşını təyinatı üzrə Şəxs MMC-nin ünvan 3 ünvanında yerləşən anbarına yola salınmış, lakin, həmin anbarda 45AB299/45AB300 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş, qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 45AB299/45AB300 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı gömrük orqanının icazəsi olmadan məhv edilmiş, qeyd edilən nəqliyyat vasitəsində gömrük nəzarəti altında olan mallar gömrük orqanının icazəsi olmadan boşaldılmışdır. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, nümayəndəsi olduğu MMC müxtəlif ölkələrdən quru meyvə yükünü idxal edir, sonradan həmin malların daxili bazarda topdan satışını həyata keçirir, xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin ünvanına İran İslam Respublikasından 45AB299/45AB300 nömrə nişanlı yük avtomaşınında alça qurusu, ərik qurusu yükü daxil olmuş, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********8427 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, etibarnamə ilə nümayəndəsi olduğu Cəmiyyət tərəfindən verilən tapşırıq əsasında şirkətin fəhlələri tərəfindən ünvan 3 ünvanında yerləşən şirkətin istifadəsində olan anbarda 45AB299/45AB300 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı açılmış və sözügedən nəqliyyat vasitəsində olan mallar boşaldılmışdır, belə ki, şirkətin səhvi nəticəsində 45AB299/45AB300 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatı açılmış və sözügedən nəqliyyat vasitəsində olan mallar boşaldılmışdır. Həmçinin, o izahatında gömrük qaydalarının pozulduğunu MMC olaraq etiraf etdiklərini və qanunla nəzərdə tutulmuş cəriməni ödəməyə hazır olduqlarını bildirmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən 45AB299/45AB300 nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə vurulmuş gömrük təminatının gömrük orqanının icazəsi olmadan məhv edildiyi, gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan boşaldıldığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, o, inzibati xəta hadisəsini etiraf etmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Şəxs MMC həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs MMC İXM-in 492.1 və 491.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1 və 491.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3353/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3353/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver