Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3357/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Toyota Corolla minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Məhkəmənin xüsusilə diqqətinə çatdırır ki, AR Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin xx.xx.2022ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (yolayrıcı keçmə qaydalarının pozulması) törədildiyi bildirilmişdir. Qeyd edilən qərar rəsmi olaraq ona xx.xx.2022-cı il tarixində təqdim edilmişdir. Qeyd edilən elektron qərarla razı deyil. Belə kı qərarda onun yolayrıcı keçmə qaydalarının pozulması qeyd edilmişdir. Halbuki X4 əməkdaşı tərəfindən saxlanılan zaman onun yolayrıcı keçmə qaydalarını pozulmadığı bildirilmiş və əgər belə hal mövcuddursa qaydanın pozulmasını qeydə alan videoçəkiliş tələb edilmişdir. Lakin DYP əməkdaşı tərəfindən mövcud olmayan qayda pozuntusunu qeydə alan videogörüntü təqdim edilməmişdir. Halbuki Yol patrul xidməti” haqqında Təlimatın 4.7-cı bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibatı xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Qeyd edilən qanunvericilik normasın DYP əməkdaşına bildirdiyi zaman ərzində dərhal protokol tərtib edilmiş və avtomobilini saxlayan polis əməkdaşı bildirmişdir ki, artıq protokolu sistemə vurmuşlar, silsələr gərək cəriməni öz ciblərindən ödəyələr. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, o, dairəvi hərəkət yol ayrıcına (zonasına) daxil olduqdan sonra digər tərəfdən dairəvi hərəkət yolayrıcına (zonasına) digər avtomobil daxil olmuşdur. DYP əməkdaşı bildirmişdir ki, guya o, həmin nəqliyyat vasitəsinə yol verməli imiş. Halbuki o, dairəvi hərəkət yolayrıcına daxil olan zaman heç bir nəqliyyat vasitəsinə maneə və təhlükə yaratmamışdır. DYP əməkdaşının qeyd etdiyi digər avtomobillə onun avtomobilinin arasında ən azı 20 metr məsafə olmuşdur. Qanunun tələbi ilə YPX inspektoru onun avtomobilini saxlayan zaman avtomobilində quraşdırılmış videokamera işlək vəziyyətdə olmalı idi və əgər onun tərəfindən qanun pozuntusuna yol verilmişdişdirsə o bunu videokamera vasitəsilə qeydə almalı idi. Lakin təbii ki, bu cür fotoşəkillərin və ya vıdeogörüntünün təqdim edilməsi də qeyri mümkündür. Hesab edir kı barəsində çıxarılan qərar tamamilə qanunsuzdur DYP əməkdaşının yol hərəkəti qaydalarını pozmağımla bağlı iddiası tamamilə əsassızdır və bunu sübut edən heç bır sübut - vıdeogöruntü və ya fotoçəkiliş yoxdur. Məhz bu səbəbdən qeyd edilən qərar ləğv edilməlidir. Qeyd etdiklərini nəzərə alınaraq AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Bakı şəhər X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onun iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, X2 “TOYOTA COROLLA” minik markalı, **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2022-ci il tarixdə saat 16:33 radələrində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını qaydalarını pozmuşdur. Bu səbəbdən də, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altımış) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəaltmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-3357/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3357/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver