Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3366/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Zəngilan rayonununun Cahangirbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X12 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019cu il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 06 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədləri üzrə yaranmış borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, sentyabr ayı da daxil olmaqla Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)- 692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixl icra sənədinə əsasən yaranmış aliment borcu Şəxs tərəfindən tələbkar X6 inzibati xəta haqqında protokol məhkəməyə təqdim ediləndən sonra ödənilmişdir. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli icra sənədi üzrə yaranmış 910 manat aliment borcundan isə borclu Şəxs 100 manat ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, icra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və uşaqlarını saxlamaqdan imtina etmir. Maddi vəziyyəti il əlaqədar icra sənədləri üzrə tələbləri vaxtında yerinə yetirə bilməmişdir. Lakin, hazırda tələbkar X6 olan aliment borcunu sentyabr ayı da daxil olmaqla ödəmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli icra sənədi üzrə yaranmış 910 manat borcdan isə 100 manat ödəniş etmişdir, qalan borcu da 20 gün ərzində ödəməyə çalışacaqdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X11 izahatında göstərdi ki, borclu Şəxs aliment borcunu, yəni 708 manat pulu artıq ona ödəmişdir. Sentyabr ayı da daxil olmaqla aliment məbləği ödənildiyindən onun Şəxs qarşı şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs Elxan oğlundan 19 may 2016-cı il təvəllüdlü X1 və 09 oktyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X5 xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalı, cavabdeh Şəxs Elxan oğlundan 09 oktyabr 2017-ci il təvəllüdlü X4 3 (üç) yaşınadək, yəni 09 oktyabr 2020-ci il tarixədək hər ay 30 (otuz) manat tutulub iddiaçı X7 verilməli, alimentin və əlavə xərcin tutulma vaxtı 05 mart 2020-ciil tarixdən hesablanmalıdır; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 09.06.2020-cı il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, e73288/2020-15-10 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Zəngilan Rayon Məhkəməsi tərəfindən 07 yanvar 2019-cu il tarixdə verilmiş 2(034)- 692/2018 nömrəli icra vərəqəsindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 220/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək Şəxs qətnamə qanunu qüvvəsini aldığı vaxtdan 15 fevral 2013-cü il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək hər ay qazancının 1/6 hissəsində aliment tutularaq X8 ödənilməlidir. Həmçinin, həmin gündən Zəngilan Rayon Məhkəməsinin 2(034)- 220/2013 saylı, 11 oktyabr 2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi ləğv edilmişdir; İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 16.01.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 10854/2019-5-17 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Zəngilan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon icra şöbəsinini icraatında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədləri ümumi icraatda 10854/2019 sayı ilə birləşdirilmişdir; X11 tərəfindən yazılaraq imza edilmiş 06.12.2021-ci il tarixli qəbzdən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli07 yanvar 2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs Nərimanov rayon Məhkəməsinin inzibati binasında icra məmuru vasitəsilə 708 manat məbləğində aliment pulunu qəbul etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunduğu kimi Şəxs Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu ödəmiş, tələbkar X3 həmin icra sənədi ilə bağlı ona qarşı şikayət və ya tələbi yoxdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli icra sənədi üzrə yaranmış 910 manat aliment borcundan isə 100 manat ödəniş etmişdir. Yəni, borclu tərəfindən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə, icra sənədləri üzrə ödənişlərin olmasını nəzərə alaraq, hazırki halda borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli və Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Yəni, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1683/2020 nömrəli, 08 iyun 2020-ci il tarixli və Zəngilan Rayon Məhkəməsinin 2(034)-692/2018 nömrəli, 07 yanvar 2019-cu il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-3366/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3366/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver