Məhkəmə qərarları › İş №3(005)-337/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-337/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-337/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Musayeva Zəhraxanım Şahin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 18 yanvar 2023-cü il tarixli qərarından və 27.01 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Qələbə dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olarkən “Mercedes Benz 320” minik markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə avtomobildə olan şəxslərdən biri yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/34221 nömrəli, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/ 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş BB427371 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücüdür; xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “Toyota Prius” minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri xx.xx.2023-cü il tarixədək Şəxs etibar etmişdir; Araşdırma müddətində izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Toyota Prius minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Qələbə dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkət edirdi. Qeyd olunan prospektdə yerləşən Salam Adil tunelinin içərisində hərəkətini təxminən 40 km/saat sürətlə yolun sol zolağı ilə davam etdirdiyi zaman, tunelin çıxışına az qalmış məsafədə onunla eyni istiqamətdə və zolaqda, qarşısında hərəkətdə olan Mercedes Benz 320 minik markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşısında yaranmış tıxacla əlaqədar əyləcdən istifadə edib avtomobilin sürətini kəskin şəkildə azaltdığından o da əyləcdən istifadə edib, sürətini azaltmağa çalışmış, lakin düzgün ara məsafəsi seçmədiyindən hadisənin qarşısını ala bilməmiş, nəticədə idarə etdiyi nəqliyyat vasitəsinin ön hissəsi ilə qeyd olunan avtomobilin arxa hissəsi toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən hər iki avtomobilə maddi ziyan dəymişdir. Bundan sonra hadisə barədə polisə məlumat vermişlər və hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin Əfqan adlı əməkdaşı hadisəni qeydə alıb getmişdir. O Əfqan adlı polis əməkdaşının göstərişinə əsasən sərxoşluq müayinəsindən keçib izahat vermək üçün Bakı şəhər BPİ-nin DYPİ-nə getdiyi zaman, onunla əlaqə saxlamış Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, hadisə zamanı hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində olan bir nəfər xanımın xəsarət alması səbəbindən araşdırmanın Nərimanov RPİ-nin Təhqiqat şöbəsində aparılacağı barədə məlumat verib, izahat vermək üçün ondan Nərimanov RPİ-nə yaxınlaşmağı xahiş etmişdir. Bu şəbədən o Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan araşdırmada iştirak etdi. Əlavə suallara cavab olaraq hadisə zamanı heç bir xəsarət almadığını qeyd edib MTE-dən keçməkdən imtina etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 06/MEŞ saylı ekspert rəyindən görünür ki, X2 adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Aparılan araşdırma zamanı sərnişin X4 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində o, taksi kimi sifariş etdiyi Toyota Prius minik markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ sərnişin oturacağında sərnişin qismində oturub Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Qələbə dairəsi istiqamətindən üzü Koroğlu metrostansiyası istiqamətində hərəkət edirdi. Qeyd olunan prospektdə yerləşən Salam Adil tunelinin içərisində hərəkətlərini davam etdirdikləri zaman sərnişini olduğu avtomobilin sürücüsü düzgün ara məsafəsi seçmədiyindən idarə etdiyi avtomobilin ön hissəsi ilə qarşılarında tıxacla əlaqədar qəfil dayanmış Mercedes Benz 320 minik markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma yol-nəqliyyat hadisəsindən sonra o həyat yoldaşı T.Abbasova zəng edərək hadisə barədə məlumat vermişdi. Bundan sonra həyat yoldaşı hadisə yerinə gələrək onu müayinə etdirmək üçün X8 xəstəxanasına aparıb həkim müayinələrindən keçirtmişdir. Müayinələr zamanı ciddi xəsarət almadığı müəyyən edildiyindən evə buraxılmışdı. Həmin gün onunla əlaqə saxlamış polis əməkdaşı izahat vermək üçün aparılan araşdırmada iştirak etməyi xahiş etsə də o, həyat yoldaşı ilə birlikdə Türkiyə Respublikasına getdiyindən həmin gün aparılan araşdırmada iştirak edə bilmədi. xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasından geri qayıtdıqdan sonra Nərimanov RPİ-nə yaxınlaşaraq aparılan araşdırmada iştirak etmişdi. Əlavə suallara cavab olaraq, MTE-nin tibbi sənədlər əsasında təyin olunması ilə əlaqədar heç bir etirazının olmadığını qeyd etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM-22 nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törətdiyi inzibati xətanı etiraf edib əməlindən peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar