Məhkəmə qərarları › İş №3(005)-3371/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-3371/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-3371/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi ilə tərtib etdiyi MN ******* nömrəli, 20 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli 3(007)-2712/2021 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunmuş 20 oktyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin məhkəmənin qərardadında işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi əsası kimi göstərilmişdir ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1n Məhkəməsi hesab etmişdir ki, MMC-nin hüquqi ünvanı Nərimanov rayonu ərazisi olduğu üçün, həmin işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Lakin həmin əsaslandırmanın hüquqi əsası və faktiki əsası ilə razılaşıla bilinməz. Buna görə də işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində həmin məhkəmənin qərardadındakı qeyd edilənlərlə (qərardakı mövqe ilə) fikir ayrılığı yaranır. Belə ki, həmin məhkəmənin qərardadında da qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hazırkı inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsindəki əmələ, yəni sertifikatlaşdırılmamış malların satılması əməlinə görə tərtib edilmişdir. Səlahiyyətli orqan tərəfindən tərtib olunan protokolun məzmunundan görünür ki, Şəxs MMC İD ********* nömrəli müraciət ilə ölkəyə idxal olunmuş 100 ədəd şərab məhsulunu qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır. Bakı şəhəri Nizami rayonu, H.Əliyev prospekti, 8ci köndələn ünvanda 08.10.2021-ci il tarixdə hadisə baş vermişdir. Belə olduğu təqdirdə inzibati xətanın törədildiyi yer, yəni həmin sertifikatlaşdırılmamış malların satılması Nizami rayonu ərazisidir. Belə olduğu təqdirdə inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsi əhəmiyyət kəsb etmir. Hüquqi şəxsin hüquqi ünvanının harada yerləşməsindən asılı olmayaraq, həmin hüquqi şəxsin təqsirləndirildiyi əməlin törədildiyi yer, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsindəki yerdir. X1 Məcəlləsinin 110.1-ci maddəsinin 2-ci cümləsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər və İnzibati Xətalar Məcəlləsinin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Ümumiyyətlə iş üzrə belə bir vəsatət olmamışdır. Bununla belə protokol hüquqi şəxs barəsində tərtib edildiyindən, hüquqi şəxsin yaşayış yeri olmur. Ona görə də hüquqi şəxsə münasibətdə bu cür vəsatət istisna edildiyindən, inzibati xəta haqqında işə yalnız inzibati xətanın törədildiyi yerdə baxılmalıdır. Yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərardadında qeyd edilənlərlə fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Beləliklə, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunan inzibati materialın məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsindən daxil olmuş Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar