Məhkəmə qərarları › İş №3(005)-3374/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3374/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3374/2020 10.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 13000- 1048/20 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Türkmənistan Respublikasından “X1 S.A” şirkətinin ünvanına göndərilən 2.490.272 kq hidrotəmizlənmiş dizel yanacağı malı (xx.xx.2019-cu il tarixli 525/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “Riqel” tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan Şəxs (VÖEN: **********) şirkəti tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 229 saylı Qərarına əsasasən 4 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında şirkətin anbarına yerləşdirilmişdir. Həmin yükün 197.579 kq **********7990 saylı gömrük bəyannaməsi ilə tranzit gömrük proseduranda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin AR Nazirlər Kabinetinin xx.xx.2013cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 2.292.693 kq hidrotəmizlənmiş dizel yanacağı Şəxs şirkəti tərəfindən heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs şirkəti tərəfindən gömrük ganunvericiliyində müvəqgəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd) ay pozulmuşdur. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İXM-in 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Bununla da Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqındaİnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli raportdan görünür ki, Türkmənistan Respublikasından xx.xx.2020-ci il tarixdə “X1 S.A“ şirkətinin ünvanına göndərilən 2.490.272 kq. Hidrotəmizlənmiş Dizel yanacağı malı (xx.xx.2019-cu il tarixli 525/UT3 saylı yük manifesti üzrə) ilə yüklü “RİGEL” tankeri Bakı şəhəri Pirallahı rayonunda yerləşən “Dübəndi” gömrük postuna daxil olmuşdur. Həmin yükün 197.579 kq. **********7990 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır. Lakin Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı Qərarında müəyyən edilmiş müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 2.292.693 kq. Hidrotəmizlənmiş Dizel yanacağı yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, “X3 FZE” şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 4 (dörd ay) pozulmuşdur. Göstərilənləri nəzərə alaraq müvafiq tədbir görülməsi xahiş olunmuşdur; xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Türkmənistandan tranzit gömrük rejimində daxil olmuş hidrotəmizlənmiş dizel yanacağı malı deklarant M.E.P. tərəfindən bəyannamələşdirilməsi başa çatana qədər 4 ay müddətə Dübəndi terminalının 47 saylı rezervuarında müvəqqəti saxlanca verilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ölkə ərazisinə idxal olunmuş mallar 4 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş, lakin həmin müddət başa çatdıqdan sonra mallar heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İXM-in 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İXM-in 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar