Məhkəmə qərarları › İş №3(005)-3374/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3374/2022

21.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3374/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin polis sahə inspektoru X1, zərərçəkmiş şəxs X3, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 21 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 21 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Ak.H.Əliyev küçəsi 85 saylı ünvanda vətəndaş X6 ilə sözlü mübahisə edərək onu qəfildən sillə ilə vurmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hər gün iki uşağını həmin yolla məktəbə aparır. Həmin gün də uşaqları məktəbə aparan zaman X6 öz avtomobilini düzgün saxlamadığından, yəni səkidə saxladığından uşağın məktəbli çantası maşına toxunmuşdur. Bu səbəbdən də sürücüyə irad bildirəndə o, gedib yolu başqa yerdən keçməklərini söyləmişdir. O isə həmin sürücüyə oranın piyada yolu olduğunu bildirərək başqa yerdə saxlamasını qeyd etmiş, həmçinin avtomobilini cərimə etsinlər deyə avtomobilin şəklini çəkmişdir. Bunu görən sürücü tez 102 xidmətinə zəng edərək ona sillə vurduğunu bildirmişdir. Lakin həqiqətdə o, sillə vurmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində X5 izahatında göstərmişdir ki, ozunə məxsus Mercedes markalı **-FC-*** d.q.n-lı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, 04 10.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində ünvan 1 ünvanda yerləşən “Prestij” mağazasına avtomobilində olan santexnıka avadanlıqlarını boşaltmaq üçün avtomobilini sözü gedən ünvanda mağazanın qarşısında piyada yolunun üzərində saxlamışdır. Bu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb avtomobili piyada yolunun üzərində saxladığı üçün onunla sözlu mübahisə etməyə başlamışdır. O, həmin şəxsə piyadalar üçün getməyə yer olduğunu və onunla mübahisə etmək istəmədiyini bildirmişdir. Lakin buna baxmayaraq həmin şəxs onunla sözlü mübahisə edərək qəfildən sifətindən sillə ilə vurmuşdur. Sonradan həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. Hazırda Şəxs ilə aralarında olan anlaşılmazlığı həll etmişlər və aralarında barışıq əldə olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X7 çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi Xəyal Şükürovun adına Nərimanov RPİ-nin 16cı PB-nin sahə inspektoru polis leytenantı Ələkbər Ələkbərov tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, 04.10 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan vətəndaş X6 16-cı PB-nə yazmış olduğu şikayət ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində ünvan 3 ünvanda yerləşən *‘Prestij” mağazasına avtomobildində olan santexnika avadanlıqlarını boşaltmaq üçün avtomobilini sözü gedən ünvanda mağazanın qarşısında piyada yolunun üstündə saxlamışdır. Bu zaman bir nəfər tanımadığı şəxs ona yaxıınlaşıb avtomobili piyada yolunun üzərində saxladığı üçün onunla sözlü mübahisə etməyə başlamışdır. O həmin şəxsə piyadalar üçün getməyə yer olduğunu və onunla mübahisə etmək istəmədiyini bildirmişdir. Lakin, buna baxmayaraq həmin şəxs onunla sözlü mübahisə edərək qəfildən sifətindən sillə ilə vurmuşdur. Faktla bağlı olaraq X3 ərizəsi əsasında naməlum şəxs barəsində AR-nın İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuşdur. Hadisəni törədən naməlum şəxsin müyəyyən edilməsi məqsədilə inzibati ərazidə xidmət aparan əməliyyat müvəkklinə aidiyyatı tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi Xəyal Şükürovun adına Nərimanov RPİ-nin 16cı PB-nin təhqiqatçısı, polis kapitanı Namiq Salmanov tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, vətəndaş X3 ərizəsi əsasında toplanmış material Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsinə əsasən xırda xuliqanlıq kimi tövsif edilmişdir. Odur ki. hadisəni törətmiş şəxsi müəyyən edib ona qarşı inzibati qaydada tədbir görülməsi üçun aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş olunmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 oktyabr 2022-ci il.tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X6 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Şəxs barəsində heç bir şikayəti yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxsna Azərbaycan Respublikası İXMin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar