Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3378/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Şikayət vermiş şəxs X7, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X16 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi MN ******* saylı, 16 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, “Çalışan işçilər xüsusi geyimlə təhciz olunmamış, Soyuducuda rəflər korruziyaya uğramış, soyuducuda mal qonşuluğu pozulub” və sairə. Aparılmış yoxlama tam qanunusuz və əsassızdır. Belə ki, qərar tərtib etmiş orqan tərəfindən X10 bildirilmişdir ki, guya onun rəhbərlik etdiyi “Şuşa" restoranında qidadan zəhərlənmə halı baş vermiş, bununla bağlı şikayət daxil olmuş və həmin qurum bunun əsasında restoranda yoxlama aparmalıdır. AQTA tərəfindən istehlak olunan qidalardan 01 oktyabr 2024-cü il tarixdə lobaratuar nümunələr götürülsə də hal-hazıra kimi lobaratoriya müayinələrinin nəticəsi ona bildirilməmişdir. Halbuki, nəticə 48 saat ərzində müəyyən olunmalı və ona məlumat verilməli idi. AQTA tərəfindən nümunələr götürüldükdən 16 gün sonra həmin qurum tərəfindən plandankənar yoxlama təyin edilərək restoranda yoxlama aparılmışdır. Aparılmış yoxlama Azərbaycan Respublikası Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun 16-ci maddəsinin tələblərinə ziddir. Qanunun həmin maddəsində açıq şəkildə qeyd olunur ki, konkret pozuntu olduqda və həmin pozuntu sübuta yetirildikə, müəyyən olunmuş nöqsanlar aradan qaldırılmasının müəyyən olunması məqsədi ilə plandankənar (növbədənkənar) yoxlama aparılır. Bundan əlavə labaratorıya müayinəsinin nəticəsi plandankənar (növbədənkənar) yoxlama aparılması üçün əsas ola bilməz. AQTA tərəfindən tərtib olunmuş MN 210024 saylı, 02 oktyabr 2024-cü il tarixli protokol tərtib olunarkən məsələyə bir tətəfli qaydada yanaşılmış, bu barədə X6 izahat alınmamışdır. Azərbaycan Respublikası Qida X2 Xətalar Məcələlləsinin və Qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq hazırki qərarı qəbul etmiş və onu əsassız olaraq 1500 manat məbləğində cərimə etmişdir. Buna görə də hesab olunur ki, inzibati xəta haqqında protokol əsasında başlanmış iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin MN ******* saylı, 16 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X16 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qeyd edilən qərar qanunsuz və əsassızdır. Laborator cavablar bilindikdən sonra müəyyən məhdudiyyətlər orqanın əməkdaşları tərəfindən yaradılmışdır. Qonaqlar restoranda 1 saat olmuşlar. X16 qonaqların başqa qidalardan zəhərlənməli ehtimalı olduğunu bildirmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X11 məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını müdafiə edərək bildirmişdir ki, agentliyin çağrı məlumat mərkəzinə restoranda 4 nəfərin zəhərlənməsi ilə bağlı bildiriş daxil olmuşdur. Həmin restorana baxış zamanı uyğunsuzluqlar müəyyən edilmiş və ciddi nöqsanlar aşkar edilmişdir. Restoranda olan məhsullarda istehsal tarixi qeyd olunmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 Elşad Elxan oğlu tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən çalışan işçilər xüsusi geyimlə təhiz olunmamış, soyuducuda rəflər korruziyaya uğramış, soyuducuda mal qonşuluğu pozulmuşdur. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində 1500 (bir min beş yüz) manat miqdarında cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Respublika Pediatriya Mərkəzi” Publik Hüquqi şəxs X17 Xəstəliklər Xəstəxanası tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə ünvanlanan məktubdan görünür ki, xx.xx.2024-cü il tarixində TTY ilə xəstəxananın TTTY şöbəsinə ünvan 2 ünvanında yaşayan adları aşağıda qeyd olunan beş nəfərdən: 1. X18 2015-ci il təvəllüdlü, 2. X8 2020-ci il təvəllüdlü, 3. X9 2013-cü il təvəllüdlü, 4. X12 2011-ci il təvəllüdlü, 5. X5 2020-ci il təvəllüdlü nəcisin və qusuntunun bakterioloji müayinəsi aparılmışdır. Uşaqların hər birində Qusuntu kütləsinin müayinəsində Staphylococcus aureus və Candida spp aşkarlanmışdır. Buna əsasən uşaqlara AO5.8-Dəqiqləşdirilmiş qida zəhərlənməsi diaqnozu qoyulmuşdur. İş materillarında olan Gülzar Axundzadənin izahatından görünür ki, 29 sentyabr 2024-cü il tarixdə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən Şuşa restoranında saat 20:00-da əyləşmişdilər. Kartof fri, mimoza salatı, paytaxt salatı, çörək, pendir, feyxoa sifariş verilmişdir. X13 nəvəsi Nihad mimoza salatı yemiş və daha sonra qaytarmışdır. Onun qızı Rəqsanə kabab yemiş və onu qusmuşdur. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 31.9-cu maddəsinə əsasən, aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən risklərin qiymətləndirilməsi nəticələri əsasında Azərbaycan Respublikasının gömrük ərazisinə qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasına uyğun olaraq dövlət nəzarəti tədbirləri həyata keçirilir.. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu Qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır. “Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: 447.0.1. mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına; 447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; 447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 447.0.5. standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə; 447.0.6. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə; 447.0.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına; 447.0.8. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair məcburi tələblərə riayət edilməməsinə; 447.0.9. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X10 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 447.0.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X7 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X7 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-3378/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3378/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver