Məhkəmə qərarları › İş №3(005)-3381/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-3381/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-3381/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclsa katibi X8 oğlunun katibliyi Şikayət vermiş şəxs X1 iştirakları ilə, X3 Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən mənə edilmiş telefon zəngindən sonra, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmişəm və inənə təqdim edilmiş sənədlərdən, xx.xx.2022-ci il tarixli, “İcraata başlamaq haqqında Qərardan”, “Tələbin könüllü icrası haqqında bildirişdən və bu sənədlərə əlavə edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X7 tərəfindən xx.xx.2020-ci il arixdə qəbul edilmiş, “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən ona məlum olmuşdur ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 92.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyimə görə, barəsində 1400 (bir min dörd yüz) manat inzibati cərimə növü tətbiq edilmişdir xx.xx.2020-ci il tarixində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərarda istinad edilən 13 oktyabr 2020-ci il tarixli, MN ******* nömrəli Protokolun tərtibatı ilə əlaqədar hər-hansı bir məlumatımız olmamışdır, protokol onların iştirakı ilə tərtib edilməmişdir, mahiyyəti nədən ibarət olduğunu bilmirlər, o cümlədən, sözügedən protokol əsasında Qərar qəbul edilən zaman onalrın iştirakı təmin edilməmişdir, protokolun tərtibatından məlumatsız olduqlarından sözügedən protokol əsasmda qəbul edilmiş Qərar qəbul edilməsindən də məlumatsız olmuşlar. Məhkəmə iclasında iştirak edən X3 şikayətin məzmununa uyğun çıxış edərək prootkol onun iştirakı olmadan yazılması və məlumatlandırılmamasını nəzərə alaraq barəsində olan Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1400 (min dörd yüz) manat miqdarında şərti cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 192.4-cü maddəsində ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yaşayış sahəsində yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetrilməməsi ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X3 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsi vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 192.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinn Bakı şəhər İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikasınən Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar